Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика
İnstance - Форум
[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Форум » Kataloq » wap master » skriptler » İnstance
İnstance
dangerДата: Среда, 26.01.2022, 01:18 | Сообщение # 1
Майор
Группа: Администраторы
Сообщений: 92
Репутация: 0
Статус: Offline
İnstance(instans-instansiya, obyektin oxşarı)
. Məmin notbukum və Orxanın notbuku,
notbuklar sinfinə, notbuk class-ına aiddir.
Məmin və Orxanın notbuku notbuk class-nın
instance-dır. Daxilində fərqli attributeları
olmağına baxmayaraq ümumi göstəriciləri
class-la eyni olan obyektlərdir. El dilində belə
deyək adından və ya sahibindən asılı
olmayaraq notbuk deyendə nə ağlına gəlir,
bax elə o təsvir notbuklar sinfinə aid olması
deməkdir. Kiməsə deyirsiniz mən notbuk
almışam onu görməyən adam belə artıq
təsəvvürü var ki notbuk sinfinə aid ola
biləcək obyekt necə olmalıdır. Onun
instance-nı fikirləşir( rəngini, ağırlığını və s.)
 
dangerДата: Среда, 26.01.2022, 01:20 | Сообщение # 2
Майор
Группа: Администраторы
Сообщений: 92
Репутация: 0
Статус: Offline
Encapsulasiya

Attribute-ların obyekt haqqında məlumat
verdiyini artıq bilirik. Obyekt
funksionallaşdığında encapsulasia method-
lar vasitəsi ilə obyektin məlumatlarını
gizlətmək rolunu oynayır. Proses sonundakı
nəticə məlum olsa belə daxildə hansı
attribute-ların qarşılıqlı əlaqəsindən
nəticənin yarandığı gizlədilir.
 
dangerДата: Среда, 26.01.2022, 01:21 | Сообщение # 3
Майор
Группа: Администраторы
Сообщений: 92
Репутация: 0
Статус: Offline
Abstraction

Abstraction isə vacib detalları göstərməklə
lazımsızları kənarlaşdırmaq funksiyasını icra
edir. Misal olaraq avtomobili işə salan sahibi
açarı döndürdükdə avtomobilin işə
düşəcəyindən başqa obyektdə gedən
proseslərin necə icra olunduğunu görmür. O
sadəcə açarı döndürüb avtomobilin
işləməsini gözləyir, digər proseslər ondan
uzaq tutulur və ya gizlədilir.
 
dangerДата: Среда, 26.01.2022, 01:22 | Сообщение # 4
Майор
Группа: Администраторы
Сообщений: 92
Репутация: 0
Статус: Offline
İnheritance(irsilik)

Velosiped, avtomobil, yük maşını ayrı-
ayrılıqda sinifdirlər. Avtomobil sinfinin alt
sinifləri kimi mini, VAN, SUV-ləri götürmək
olar. Amma hamısı insanlar üçün yaradılmış
minik vasitələrinə aiddirlər. Minik vasitəsi
irsilik daşıyır və ondan sonra gələn siniflər
və alt siniflər birlikdə irsilik daşıyırlar. İrsilik
varsa əlaqə təbii olaraq var.
 
dangerДата: Среда, 26.01.2022, 01:23 | Сообщение # 5
Майор
Группа: Администраторы
Сообщений: 92
Репутация: 0
Статус: Offline
Polymorphism(polimorfizm)

Poly-çoxlu, morph-forma, davranış deməkdir.
Bir neçə obyekt arasından ən düzgün olanın
seçilməsində polymorphism method-dan
istifadə edilir. Bir az lori dildə izah edim. Fərz
edin ki şirkətdə işləyirsiniz və nəqliyyat
departamentinə zəng edib deyirsiniz ki
şirkətin rəisinə digər şirkət tərəfindən orta
həcmdə heykəl hədiyyə edilib və rəis deyir ki
olduğunuz yerə heykəli daşıya biləcək minik
vasitəsi göndərilsin. Şirkətin balansında olan
minik vasitələri sinfində sedan, SUV, yük
maşını və traktor var. Polymorphism bu
yerdə işə düşür. Əsas dəyərlər minik
vasitəsinin seçilməsi, sonra orta həcmdə yük
daşıya bilən avtomobilin seçimini həyata
keçirir. Daha orta həcmli heykəl üçün traktor
göndərmir : )
 
dangerДата: Среда, 26.01.2022, 01:24 | Сообщение # 6
Майор
Группа: Администраторы
Сообщений: 92
Репутация: 0
Статус: Offline
Association(asosieyşn- əlaqə)

Obyektlər arasındakı hər hansı bir əlaqəyə
association deyilir. Avtomobil obyekti və yol
obyekti arasında association var. Belə ki,
avtomobil funksiya göstərmək üçün yoldan
istifadə edir.
 
dangerДата: Среда, 26.01.2022, 01:25 | Сообщение # 7
Майор
Группа: Администраторы
Сообщений: 92
Репутация: 0
Статус: Offline
Aggregation(əqreqeyşn)

Əlaqəyə sahib olmaq kimidə qəbul edilə bilər.
Avtomobil funksiya göstərmək üçün
daxilindəki motordan, sükandan,
təkərlərdən istifadə etməlidir. Bu cür əlaqəyə
aggregation deyilir. Həm onlara sahibdir
həmdə funksiya göstərmək üçün əlaqə
saxlayır.
 
dangerДата: Среда, 26.01.2022, 01:26 | Сообщение # 8
Майор
Группа: Администраторы
Сообщений: 92
Репутация: 0
Статус: Offline
Composition

Daxilindəki obyekt və ya obyektlərlə birgə
funksiya göstərmək üçün əlaqə saxlayır.
Buna misal olaraq bina obyekti və otaqları
arasındakı əlaqəni göstərmək olar. Təxmini
belə məntiqlə çalışır motor avtomobilsiz ola
bilər amma otaqlar binasız ola bilməz. Eyni
zamanda binanın yeri dəyişdirildikdə
otaqlarında yeri avtomatik dəyişdirilir. Bir-
birlərinə bağlıdırlar.
 
Форум » Kataloq » wap master » skriptler » İnstance
  • Страница 1 из 1
  • 1
Поиск:

 
 
Copyright MyCorp © 2024
Конструктор сайтов - uCoz