Меню сайта
Категории раздела
Gundelik burcler [3]
Texnologiya [3]
Idman [0]
Sou biznes [0]
Maraqli [2]
Umumi [1]
Iqtisadiyyat [0]
Medeniyyet [1]
Saglamliq [0]
Qadinlar [5]
Metbex [7]
Elm [0]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Главная » 2020 » Январь » 4 » Gündəlik Bürclər - 05.01.2020 (05 Yanvar 2020 Günlük Bürclər)
00:11
Gündəlik Bürclər - 05.01.2020 (05 Yanvar 2020 Günlük Bürclər)
Qoç - hisslərin möhkəmliyi yoxlanılır və uzun müddətdir sülh içərisində yaşayan cütlüklərin heç də hamısı bu yoxlamadan üzüağ çıxa bilməyəcək. Yüngülxasiyyət adamlar düşünülməmiş, tələsik hərəkətlər edə və sonradan təəssüflənə bilərlər.

Buğa - gələcək barədə düşünmək olar. Bu gün vacib qərarlar qəbul etməli olacaqsınız. Onların hər birinin uzağa gedən nəticələri olacaq.
Hər dəqiqənizi işə həsr etməyin, gəzin, istirahət edin, zövq verən insanlarla görüşün. Gün boyu əhval-ruhiyyənizin yüksək olması uğurun vacib şərtlərindəndir.

Əkizlər - gün əks cinsin nümayəndələri ilə xoş ünsiyyət vəd edir. Düzdür, iş yüngül flirtdən o yana keçməyəcək, amma sizi bu variant da qane edə bilər. Köhnə tanışlarla görüş istisna deyil. Onlardan hansısa dostluq münasibətləri ilə kifayətlənməməyi və romantik münasibətlərə başlamağı təklif edə bilər.

Xərçəng - əksər problem və çətinliklərinizin əsl səbəbinin nədən ibarət olduğu barədə ciddi düşünsəniz, xeyli irəliyə gedə bilərsiniz. Bu gün istənilən ağır yükdən qurtulmaq (həyatı zəhərləyən xatirələri beyindən silmək, ümidləri doğrultmayan münasibətlərə son qoymaq və s.) üçün münasibdir. Sərt hərəkətlərə meyllisiniz və ünvanınıza xeyli tənqid səslənir. Hətta rəğbət bəslədiyiniz və hörmət etdiyiniz adamlar da bəzən kəskin danışırlar. Lakin öz daxili səsinizə daha diqqətlə qulaq asmaqda davam edin.

Şir -özündən, ətrafdakılardan narazılıq bəzən məntiqli sərhədləri aşır, çoxsaylı münaqişə və mübahisələrə səbəb olur. İş sahəsindəki "heç-heçə"ləri şəxsi həyatdakı qələbələrlə kompensasiya etmək həzzi mümkündür. Çoxları bu gün romantik münasibətlər burulğanına düşür.

Qız - günün hər hansı xüsusi özəlliyi yoxdur. Pis gün deyil, məhsuldar və sakitdir. Darıxdırıcıdır. Peşəkar işlərdəki durğunluq sıxıntı verir. Daha çox adam bütün güclərini qoyduqları layihələrin gələcəyindən şübhələnməyə başlayır.

Tərəzi - əhval-ruhiyyəniz dəyişkəndir. Bu, ətrafdakılarla münasibətlərinizə pis təsir göstərir. Siz gah boş şeylərə görə əsəbiləşirsiniz, gah da həqiqi çətinliklər və problemlərə filosofcasına sakit yanaşırsınız. Reaksiyalarınızın qabaqcadan məlum olmaması təkcə yeni tanışlarınızı yox, həm də yaxınlarınızı çaşdırır.

Əqrəb - ailədə fikir ayrılıqları mümkündür. Ətrafda baş verənlərdən narazılığınızı gizlətməkdə çətinlik çəkirsiniz. Pul və ya mülk üstündə mübahisələr ola bilər. Hansısa uzaq qohumunuzla münasibətlərin tamamilə kəsilməsi istisna olunmur. Sevdiyiniz şəxs sizin diqqətinizin yetərsizliyindən əziyyət çəkir.

Oxatan - əlverişsiz, darıxdırıcı gündür. Hadisələr sizi öz müvəffəqiyyətinizdən, çətinlikləri aşmaq qabiliyyətinizdən şübhələnməyə vadar edə bilər. Ən yaxın adamınızdan başqa heç kimin dəstəyini görməyəcəksiniz. Bu, başqa vaxt sizi qane edərdi. Amma indi hamının sizi təqdir etməsini istəyirsiniz.

Oğlaq - gün dostluq görüşləri, müxtəlif əyləncələr üçün münasibdir. Nəsə yeni bir şeyi sınamaqdan qorxmayın: ulduzlar cəsur eksperimentləri dəstəkləməyə hazırdırlar. Bir çox işgüzar başlanğıclar uğurlu olacaq. Kommersiya və şəxsi həyatı bir-birinə qarışdırmaqdan çəkinmək lazım deyil. Romantik məhəbbət sahəsində isə ciddi problemlər mümkündür.

Dolça - günün birinci yarısı uzun müddətdir üzərində əziyyət çəkdiyiniz işlərin müvəffəqiyyətlə və tez bir zamanda həllinə yönələn ciddi səylər vaxtıdır. Təəssüf ki, yaxın zamanda qələbə görünmür. Nə güc, nə məqsədə çatmaq istəyi, nə də istənilən səddi aşmağa hazırlıq bunu dəyişə bilər. Əlverişsiz tendensiyaların təsiri ilə mübarizənin mənasız olduğunu anladıqda həyat daha asan olacaq. Əvvəllər gizli olan imkanlar dərhal üzə çıxacaq, kiçik də olsa, müsbət təzahürlər hiss olunmağa başlayacaq. Maddi sahədə işlər qaydasında getmir. Nəyə və necə qənaət etmək barədə ciddi şəkildə düşünmək lazım gələcək.

Balıqlar - xoşunuza gəlməyən bir neçə işlə məşğul ola bilərsiniz. Onları nə təxirə salmaq, nə də başqasına tapşırmaq olar. Nəzərdə tutulan işlərin icrasına nə qədər tez başlasanız, o qədər yaxşıdır. Çünki günün birinci yarısı, ikinci yarısıa nisbətən daha məhsuldardır.
Категория: Gundelik burcler | Просмотров: 152 | Добавил: danger | Теги: gunluk burcler, gundelik burcler | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт

Поиск
Календарь
«  Январь 2020  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Архив записей
Block title
gunluk burcler gundelik burcler internet nar internet kitab kəşf plov qadin dovrani qan meyveler haqqinda motivasiya Marafon motivasiya nedir depresiya maraqli psixoji test psixoloji test yaş lobya şaftali ugur psixologiyasi hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq yuxu qarpiz almanin faydalari Ana şəxsi inkişaf Beyin sağlam qidalanma qiymətli daşlar mineral daşlar bitkilər sevgi hormonlar burcler ve karyera turke care qida sevgi testi psixolji test sexsiyyetin testi xoşbəxtlik dieta şəfali bitkilər heyva yaponiya pehriz qidalanma kişilər qarını əritmək üçün məşq proqramı sağlamliq Kişi bilirsinizmi IDMAN Enerji geyim qadinlar kisiler burcler xarakter qoroskop Flora bitkiler reqemler ixtiralar kesfler maraqli melumatlar kimya Sabun faydali terevezler Biber mətbəxt evdarliq saglamliq Meyveler Banan olkeler heyvanlar maraqli hekayeler maraqli faktlar bürclər türke çare Sac inanc psixologiya xalq tebabeti nar qidalar flora ve fauna qargidali arılar göz genetika Zoologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2024
    Конструктор сайтов - uCoz