Меню сайта
Категории раздела
Gundelik burcler [3]
Texnologiya [3]
Idman [0]
Sou biznes [0]
Maraqli [2]
Umumi [1]
Iqtisadiyyat [0]
Medeniyyet [1]
Saglamliq [0]
Qadinlar [5]
Metbex [7]
Elm [0]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Главная » 2022 » Апрель » 24 » Kişi kostyumlarının təmizlənməsi
09:40
Kişi kostyumlarının təmizlənməsi
Kostyumu hər gün adi şotka ilə təmizləyin, həftədə bir dəfə pencəyin yaxalığını əvvəl çiy kartof, sonra yaş əski ilə silin və qurulayın.
Kişi kostyumunda ən çox çirklənən hissə onun yaxası, qollarının ağzı, sinəsi, şalvarın balaqlarıdır. Buna görə pencəyi şotka ilə təmizləyib çırpandan sonra ən çox sürtülən yerləri (parıldayan yerləri) əvvəl təmiz benzinlə, sonra bir hissə naşatır spirti və beş hissə qaynanmış sudan hazırlanmış məhlulla silin. Bundan sonra üstünə quru parça qoyub ütüləyin. Parıltını üç hissə sirkə və bir hissə su məhlulu ilə də aparmaq olar.
Qara kostyumda ütüdən əmələ gəlmiş parıltını çayın dəmi ilə, ya da naşatır spirti ilə aparmaq mümkündür.
Şalvarı çırpandan və balaqlarının çirkini təmizləyəndən sonra onu tərsinə çevirib qatlarına içəri tərəfdən yığılan tozu yaxşıça təmizləmək, pambıq və ya şotkanı naşatır spirti qatılmış suda isladaraq, onunla şalvarın daxili və xarici tikişlərini sürtmək lazımdır.
Şalvarın hər balağını ayrıca – əvvəl bayırdan, sonra iç tərəfdən yaş əski salıb ütüləmək lazımdır. Elə etmək lazımdır ki, qatlar öz yerinə düşsün. Ütülənmiş şalvarı xüsusi paltarasanda yaxşıca qurutduqdan sonra şkafa asın. Pencəyi hərdənbir, şalvarı isə ən azı, ayda iki dəfə təmizləmək lazımdır. Laxlayan düyməni bərkitməyi heç vaxt növbəti dəfəyə saxlamayın. Ona görə ki o, düşüb itə bilər. Onda gərək yenidən bir komplekt düymə alasınız. Çünki çox vaxt təkcə bir oxşar düymə tapıb almaq mümkün olmur. Üst paltarı düymə tikilən yerdən cırılmasın deyə düyməyə paltonun və ya pencəyin iç tərəfindən başqa bir xırda düymə tikmək lazımdır. Əgər həyat yoldaşınızın düyməsi qırılında sizi diqqətsizlikdə günahlandırsalar, «bunu o, özü də tikə bilər» deyə özünüzə haqq qazandıra bilərsiniz. Amma sizin körpənizin düyməsi qırılsa, bu zaman bəhanəniz olmayacaqdır.
Категория: Qadinlar | Просмотров: 73 | Добавил: danger | Теги: evdarliq | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт

Поиск
Календарь
«  Апрель 2022  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
252627282930
Архив записей
Block title
gunluk burcler gundelik burcler internet nar internet kitab kəşf plov qadin dovrani qan meyveler haqqinda motivasiya Marafon motivasiya nedir depresiya maraqli psixoji test psixoloji test yaş lobya şaftali ugur psixologiyasi hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq yuxu qarpiz almanin faydalari Ana şəxsi inkişaf Beyin sağlam qidalanma qiymətli daşlar mineral daşlar bitkilər sevgi hormonlar burcler ve karyera turke care qida sevgi testi psixolji test sexsiyyetin testi xoşbəxtlik dieta şəfali bitkilər heyva yaponiya pehriz qidalanma kişilər qarını əritmək üçün məşq proqramı sağlamliq Kişi bilirsinizmi IDMAN Enerji geyim qadinlar kisiler burcler xarakter qoroskop Flora bitkiler reqemler ixtiralar kesfler maraqli melumatlar kimya Sabun faydali terevezler Biber mətbəxt evdarliq saglamliq Meyveler Banan olkeler heyvanlar maraqli hekayeler maraqli faktlar bürclər türke çare Sac inanc psixologiya xalq tebabeti nar qidalar flora ve fauna qargidali arılar göz genetika Zoologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2024
    Конструктор сайтов - uCoz