Əgər iflic baş vermişsə deməli beyindaxili qansızma baş vermişdir. Bu zaman başdan həcəmət eləmək çox faydalıdır. İflic keçirmiş xəstələr təzyiqlərinə diqqət etməli həmişə normada saxlanılmasına diqqət etməlidirlər. İflic olunmuş hissələr müxtəlif yağlarla bitki cövhərləri ilə masaj edildikdə sağalma prosesini dahada sürətləndirmək olur.
1. İflic keçirmiş xəstələr başdan 3 iflic olunmuş bölgələrdən 6 ədəd hicama etdirməsi faydalıdır bunu ayda 1dəfə etmək olar.
2. İflicdə zəli müalicəsidə çox faydalıdır. Zəlinin ağzındakı bioloji fəal maddələr sinir keçiriciliyini artırır sağalmanı tezləşdirir. Zəlini həftədə 8 ədəd cəmi 48 ədəd, hər 3 aydan bir edə bilərsiniz. Hər həftə zəlini qoyanda 3 ədəd başda qansızma üstünə və bölgələrdəki iflic olunmuş nahiyyələrə 5 ədəd qoya bilərsiniz.
3. 1 stəkan rafinə olunmamış zeytun yağına 2 xörək qaşığı pul bibər tozu qarışdırın yayda 10 gün günəş altında qışda isə 10 gün soba üstündə (otopleniya) saxlayıb gündə 2 dəfə iflic olunmuş bölgələri masaj etmək lazımdır.
4. 1 stəkan rafinə olunmamış zeytun yağı ilə 1 stəkan qarazirə yağını bir birinə qarışdırın sonra yağın içinə 7 ədəd xiyərək qarışdırıb 10 gün günəş altında dəmlənməsini gözləyin sonra süzüb iflic bölgələrini gündə 2dəfə masaj edin.
5. Zəncəfil yağı ilə iflic bölgələrini masaj etmək faydalıdır.
6. Təzə zəncəfili ət maşınından keçirib lapa halında iflic olunmuş bölgələrə qoyub bağlayın 2-3 saat sonra açıb təmizləyin, yaxşı olar ki zəncəfili qoymazdan əvvəl həmin bölgələr 5 dəq rafinə olunmamış zeytun yağı ilə masaj edin.
7. 100 qram sarıkökün üstünə meymunalması cövhəri qarışdıraraq tam xəmir kimi olana qədər qarışdırın sonra iflic olunmuş bölgəyə qoyun üstdən bağlayın əgər dəridə allergiya və yandırma olmasa 6-8 saat saxlaya bilərsiniz.
8. 100 qram qoyun quyruğu, Orta ölçülü kartof boyda acırğanı (xren) ət maşından kçirib bir birinə qarışdırın sonra iflic olunmuş bölgəni yağla gündə 2dəfə hər dəfədə 10 dəq masaj edin
9. Əgər iflic olunmuş bölgələrdə oynaqlar işləmirsə onda 100 qram qoyun quyruğu ilə 150 qram çilədağını ət maşından kçirib bir birinə qarışdırın təpitmə kimi oynaq üstünə qoyun bağlayın 2 gün saxlayıb açın olduqca faydalıdır.