İmmunitet sözünü kimdən soruşsaq nədir, ilk cavabı belə olacaq xəstəliklərə müqavimət. Bəli belədir bəs necə etmək lazımdır ki, bizim orqanizmimiz az xəstələnsin və xəstəlikləri rahat keçirsin. Bəzi adamlar bunun çarəsini çox yeməkdə, bəziləri çox yatmaqda və sairədə görürlər. Allah bizim hamımıza bəlli bir ömür vermişdir və biz bu ömrü sağlam da yaşaya bilərik xəstə də. Elə yaşamaq lazımdır ki, həmişə sağlam qalasan. İmmunitetin əsası hələ ana bətnində qoyulur, hamilə qadınlar bol bol meyvə tərəvəz yeməli, çiy su içməli, açıq havada gəzməli və əsəbdən özünü qorumalıdırlar. Çalışmaq lazımdır ki, doğuş təbii doğuş olsun, bunun yeni doğulmuş uşağın immun sisteminə faydası çoxdur. Uşağa analar maksimum dərəcədə çalışmalıdırlar ki, ana südü versinlər. Unutmayın kimlər indi və bundan sonra nə qədər desələr də ki, bu yemək ana südündən yaxşıdır inanmayın bunlar hamısı yalandır. Çünki ana südünün tərkibində xüsusi antitellər var ki, bu antitellər uşaqdakı antitellərlə birləşib uşağın imunitetini formalaşdırır. Bəs nə etməli ki, sağlam olaq. Birinci növbədə immuniteti aşağı salan qidaları bilmək lazımdır. Bunlara aiddir ağ çörək, şirniyyatlar, cipsilər, qazlı içkilər, konserv məhsulları, bişirmə vaxtıı yanmış yeməklər, ümumiyyətlə imkan daxilində təbii yeməklərə üstünlük verilməlidir sənaye üsulu ilə hazırlanmış qıdaların tərkibindəki qatqılar immunitetə pis təsir edir. Hər gün açıq havada 2 saata yaxın gəzmək çox yaxşıdır. Yemək yeyən zaman yeməkdən əvvəl meyvə, salat və tərəvəzlər yeyilsə yaxşıdır. Yemək yeyən zaman 1 növ yemək yeyin, yeməkləri bir birinə qarışdırmayın. Ət yeməklərini çox yeməyə vərdiş etməyin, mədənizi yeməklə tam doldurmayın, acmamış yemək yeməyin, doymamış yeməkdən durun. Yemək zamanı bol göyərtilərdən, soğandan, sarımsaqdan istifadə edin. Meyvəni ya yeməkdən yarım saat əvvəl yada 2 saat sonra yeyin. İmmunitetin ən əsas düşmənlərindən biri əsəbdir. Özünüzü əsəbdən qoruyun. Yeməkdən sonra ya 1 stəkan qatıq yada kefir içməyə vərdiş edin, bu bağırsaq mikroflorası üçün lazımdır. Yayda 2 litr, qışda 0.5-1 litr çiy su için. Gündə 1 stəkan bal şərbəti için, buna alma sirkəsi də qarışdırılsa çox yaxşı olar. Gündə 1 xörək qaşığı qarazirə yağı içmək immuniteti artırır. Çobanyastığı, cökə, dazıotu, bağayarpağı, biyan kökü, andız, ud hindi, güldəfnə, məkkəgülü, zəfəran, zəncəfil, darçın, dəvədabanı, bibəriyyə, adaçayı, solmazçiçəyi, ballınanə, kəklikotu, itburnu, qatırquyruğu kimi bitkiləri növbəli şəkildə gündə birini çay kimi dəmləyib için. Mövsümü meyvələri bol bol yeyin. İnfeksion xəstəlik yayılmış yerlərə getməyin. İnsanın sağlam olması üçün bədəninizdə orqanlarınızı qidalandıran qanın mütləq təmiz və saf olması lazımdır, bunun üçün ildə 2 dəfə həcəmət etdirin, 2 dəfə zəli qoydurun (hər dəfə 40 ədəd zəli).
Mənbə:modernhospital.az
|