Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2020 » Июнь » 23 » Mükəmməl eşitmə sisteminə malik güvələr
18:51
Mükəmməl eşitmə sisteminə malik güvələr
Bir heyvan həyatda qalmaq üçün düşmənini və ya ovunu müəyyən etməlidir. Bunun üçün qarşısındakı canlını çox yaxşı tanımalıdır. Bu baxımdan güvələr ən böyük düşmənlərinin, yəni yarasaların yem ovlayarkən istifadə etdikləri yüksək tezlikli səsləri eşidib tanıma xüsusiyyətlərinə malikdirlər.

Güvəyə bu xüsusiyyəti qazandıran mərkəzi sinir sistemini öyrənmək və güvənin yarasadan necə xilas olduğunu müəyyən etmək məqsədilə tədqiqatlar aparan Tafts Universitetindən bir neçə tələbə və elm adamı gecə güvələrinin mərkəzi sinir sistemini tədqiq edərək möcüzəvi nəticələr əldə etdilər. Tədqiqatlar nəticəsində güvələrin qulaqlarındakı xüsusi sistemlə yarasalardan qorunduqları məlum oldu. Sadə görünən bu sistem, əslində, güvənin ultrasəs dalğalarını eşitməsini təmin edən mükəmməl quruluşa malikdir.

Yarasalar qaranlıqda necə yem ovlayırlar?
Həşəratyeyən yarasalar gecə uçarkən ardıcıl yüksək tezlikli səs yayırlar. Beləliklə, əks-səda mənbəyinin istiqamətini və uzaqlığını müəyyən edərək yemi tapa bilirlər. Bu radar o qədər həssasdır ki, yarasalar bununla ağcaqanaddan da kiçik həşəratları tapa bilirlər.

Güvələr yarasaların tələsindən necə qorunurlar?
Yarasa mahir ovçu olsa da, bəzi gecə uçan güvə növləri (Noctuidae, Geometridae və Arctiidae ailəsindən olan güvələr) yarasaların ultrasəs siqnallarını eşidən qulaqlara malikdir. Bu qulaqlar güvələrin qanadlarının altında yerləşir və erkən xəbərdarlıq sistemi kimi işləyirlər. Bu yolla yarasaya yem olmaqdan xilas olurlar.
Bir yarasanın yaxınlaşdığını eşitdikdə güvələr adəti uçuşlarından fərqli olaraq havada kəskin hərəkətlər edir və ya qarışıq halqavarı formada uçurlar. Bəzən də böyük sürətlə yarasanın göndərdiyi yüksək tezlikli səsin əks istiqamətində uçurlar. Nyu York Siti Universitetindən Aşer E. Trit yarasaların hərəkətinə əsasən, fərqli istiqamətdə uçan güvələrin həyatda qalma ehtimalının digərlərinə nisbətən daha çox olduğunu müşahidə etmişdir.

Ultrasəs dalğalarını qəbul edən eşitmə sistemi
Güvənin qulağı bizim heç eşitmədiyimiz, 3.2 kilometrdən daha uzaqdakı ultrasəs yarasa səslərini tutur. Bununla bərabər, yarasa səslərini də daxil olmaqla, saniyədə 10-100 kilosikla arasındakı tezlikləri qəbul edir. Ən böyük qabiliyyətləri isə səssizliklərə bölünən qısa səs partlayışlarını müəyyən etmələri və səs impulslarının tezlikləri arasındakı fərqi ayırd etmələridir. Bunlar güvə ilə yarasa arasındakı döyüşdə güvə üçün böyük üstünlükdür.

Güvələr necə eşidir?
Güvənin qulaqları sinəsinin arxasında, yan tərəflərdə yerləşir. Qulaq, əsasən, həşəratın sinə və qarnını ayıran dar keçiddə yerləşir. Qulaqlar kənardan baxdıqda kiçik oyuqlar kimi görünür. Bu oyuqların hər birinin içində şəffaf qulaq pərdəsi var. Güvənin qulağındakı bütün detallar daha yaxşı eşitməsinə və yarasanın ultrasəs siqnalını təhlil etməsinə imkan verir. Güvənin qulağının orta qulaq adlandırılan hissəsində yerləşən pərdənin arxasında hava kisəsi yerləşir. Bu kisənin içində bir tərəfindən digərinə uzanan incə toxuma yerləşir. Bu toxuma güvənin eşitmə sistemi hissələrindən ibarətdir və qulaq pərdəsinin ortasından skelet dəstəyinə qədər uzanır. Bu sıra üzərində A hüceyrəsi adlanan iki eşitmə hüceyrəsi yerləşir. Güvənin qəbul etdiyi yüksək tezlikli səslərlə bağlı bütün məlumatlar A1 və A2 adlanan bu iki A lifindən mərkəzi sinir sisteminə göndərilir.
Sinir liflərindəki elektrik siqnalları 1 voltun 1/1000-2/1000-nə bərabərdir. Güvənin A liflərindəki siqnallar eşitmə hüceyrələrindən mərkəzi sinir sisteminə saniyənin 2/1000-dən daha qısa müddətdə çatırlar.

Bu sinirlər yarasaların yaydığı səs dalğalarını qəbul edə bilirlər. Bundan əlavə, bu dalğalar arasındakı fərqləri və dalğa uzunluqlarını müəyyən etməkdə çox həssasdırlar. Güvə liflərdəki bütün bu xüsusiyyətlərinə görə, uzaqdakı yarasanın uzun, zəif səsini onu öldürmək üçün yaxınlaşan yarasanın güclü səsindən ayırd edə bilir.

Eşitmə prosesini dəstəkləyən sistemlər
Güvənin iki qulağı olması ona səs mənbəyinin istiqamətini təyin etmə imkanı da verir. Əgər yarasa güvənin solundadırsa, sağdan gələn səs dalğaları soldakına nisbətən saniyənin 1000-də 1-i qədər ləngimə ilə qəbul edilir. İki qulaq arasındakı bu səsi qəbul etmə fərqi güvənin səsin mənbəyinin yerini müəyyən etməsi üçün kifayətdir.

Güvənin qulaqlarındakı heyranedici xüsusiyyətlər bunlarla məhdudlaşmır. Bəzi güvələrin qulaqlarının pərdəli qapağı var. Bu qapaq eynilə bizim qulaq seyvanımız kimi fəaliyyət göstərir. Səsi toplayaraq eşitmə keyfiyyətinin gücləndirilməsinə kömək edir.
Bəzi güvələr təkcə ultrason səsləri qəbul etmir, eyni zamanda bu səsləri yayırlar. Bu cür güvələr yarasanı müəyyən etdikdə qaçmır, əksinə, ultrason səs yayırlar. Ancaq bu, təəccüblüdür. Çünki yarasalar ultrason səsləri qəbul etməkdə ustadırlar. Bu halda, güvənin bu hərəkətini bir növ intihar kimi düşünmək olar. Ancaq yarasalar bu cür güvələrlə qarşılaşdıqda sürətlə oradan uzaqlaşırlar. Elm adamları bu davranışı iki cür izah edirlər:
Güvənin çıxardığı səs yarasanın eşitmə sistemini pozur.

Səs yayan güvələrin dadını yarasalar sevmir. Yarasa bu səsi eşitdikdə dadsız yemlə qarşılaşdığını düşünür.
Категория: Elm | Просмотров: 177 | Добавил: danger | Теги: güvələr, Heyvanlar alemi, səs | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Июнь 2020  »
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz