Əsasən soyuq aylarda özünü biruzə verən qan dövranı problemlərini qulaqardına vurmaq olmaz. Təzyiqin qəfil qalxması, yorğunluq, təngnəfəslik, istənilən havada əl və ayaqların soyuması, qəfiltutmalar, baş ağrıları qan dövranı pozulmasının aşkar əlamətləridir.Qan dövranın zəifləməsi venaların varikoz genişlənməsinə, hipertoniya, kapillyarların görünməsinə, eləcə də, göz ətrafında qara halqaların yaranmasına səbəbolur. Bundan əlavə, zəif qan dövranı ürək çatışmazlığının yaranmasına yol açan səbəblərdən biridir. Səhhətinizdəki ciddi problemləri aradan qaldırmaqvə ürək fəaliyyətini qaydaya salmaq üçün təbii üsullardan istifadə edin.Daha çox istiotQida rasionuna daha çox istiotəlavə etmək insanın öz sağlamlığına daha ciddi yanaşması deməkdir! Bütün bu aktiv maddələr qan dövranını gücləndirir: qırmızı bibər, qara istiot, ətirli rozmarin, kəklikotu, darçın, sarımsaq. Maddələr mübadiləsini yaxşılaşdırmaq və gəncliyi qorumaq üçün onlar vacibdir.Pilləkəndən istifadə edinBu, varikoza qarşı ən etibarlı profilaktikadır! Liftdən imtina etməklə ürək əzələsini və qan damarlarını möhkəmləndirmiş olacaqsınız.Gərnəşin!Əgər kompüter arxasında çox vaxt keçirirsinizsə, onda tez-tez gərnəşin, heç olmasa, hər saatdan bir qalxıb otaqda gəzişin. Oksigen çatışmazlığı qan dövranının zəifləməsinə gətirib çıxarır. Lakin daimi gəzinti ilə vəziyyəti düzəltmək öz əlinizdədir.Siqaretdən imtina edinNikotin C vitaminini orqanizmdən çıxarır. Bu da birbaşa ürəyin işinə təsir göstərir! Hətta bir-iki gün siqaretdən imtina səhhətinizdə ciddi dəyişiklikləryaradır.Masajdan zövq alınMasaj qan dövranını inanılmaz dərəcədə yaxşılaşdırır, mövcud problemin öhdəsindən gəlməyə kömək edir. Əl və ayaqların soyuması zamanı özünüz-özünüzü masaj edin. Bu da çox səmərəlidir.Düzgün pozada dincəlinQan dövranını yaxşılaşdırmaq üçün, sadəcə, bir neçə dəqiqə istirahət kifayət edir. Gündə ən azı 15 dəqiqə döşəmədə uzanın, ayaqlarınızı uzadıb divana qoyun.Çeşidli vitaminlərQida rasionunuza balqabaq vəgünəbaxan tumu, avokado, tuna balığı, xurma, daha təzə göyərti və meyvə əlavə edin. Bundan başqa, qara şokolad aktiv qan dövranı üçün olduqca faydalıdır.Kontrast duşİsti-soyuq duş səhhətinizdə ciddi problemləri aradan qaldırmağa kömək edəcək! Odur ki, isti vannadan sonra sərin duş qəbul etməyi unutmayın. Bu üsulla siz insultriskini 30 faiz azaltmış olacaqsınız.Aktiv olunÜrək əzələsini dəstəkləməyin və qan dövranını yaxşılaşdırmağın ən optimal üsulu aktiv olmaqdır. Sübut olunub ki, velosiped sürmək ürək xəstəliklərinin profilaktikası baxımdan əla üsuldur.Rahat ayaqqabı seçinEvdə hərdən bir ayaqlayın gəzin. Seçdiyiniz ayaqqabı da mümkün qədər rahat olmalıdır.İsti su içinHər gün kifayət qədər isti su için. Bununla ürəyə əvəzsiz xidmət göstərəcəksiniz.