Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2019 » Январь » 29 » Quranda adı çəkilən yeganə ədviyyat- Zəncəfil
00:07
Quranda adı çəkilən yeganə ədviyyat- Zəncəfil
Bəli, zəncəfil müqəddəs kitabımızda adı çəkilən yeganə ədviyyatdır. Amma çox təəsüf ki, biz bu dəyərli bitkidən lazımi dərəcədə istifadə etmirik. Mən, demək olar, bütün bitki tərkibli qarışımlarda, məcunlarda zəncəfildən istifadə edirəm. Zəncəfilin faydalarını yazandan sonra onun daha geniş işlədilməsi üçün istifadə qaydalarını da yazacağam.

Zəncəfil mədə-bağırsağın hərəkə-tini artırır, köpün xaric olmasını asanlaşdırır, mədə-bağırsaq ağrılarında ağrıkəsici təsir edir. Zəncəfil, həmçinin həzmi yaxşılaşdırır, iştahaaçıcıdır, zəncəfil qatılmış çayın içilməsi ürəkbulanmanın qarşısını alır, hətta hamiləlik zamanı zəncəfildən istifadə oluna bilər.

Zəncəfil cinsi zəiflikdə faydalı olmaqla yanaşı, həm də spermada cinsi hüceyrələrin miqdarını artırır, buna görə də sonsuzluğun müalicəsində balla qarışdırılaraq məcun halında istifadə edilir.

Zəncəfil bədəni, əl və ayaqları soyuq olanlar üçün əsl şəfadır. Zəncəfil orqanizmdə qan dövranını sürətləndirdiyi üçün bütün iltihabi xəstəliklərin müalicəsində, xüsusən də revmatizm zamanı çox faydalıdır. Bundan əlavə beynə gedən qanın miqdarını artırır, skleroz, Alsheymer kimi xəstəliklərin əmələ gəlməsinin qarşısını alır, hafizəni və əzbərləmə qabiliyyətini dərinləşdirir. Zəncəfil, həmçinin yaddaşsızlıq və diqqətsizliyi aradan qaldırmağa kömək edir.

Bronxit xəstələrində bəlğəmin tərkibini durulaşdırır. Zəncəfil təbii ağrıkəsici və tərlədici olduğundan soyuqdəymələr və boğazgəlməsi zamanı faydalıdır. Bütün saydığım xəstəliklər zamanı zəncəfilin çayından və məcunundan istifadə oluna bilər. Yaxşı olar ki, zəncəfili özünüz alıb üyüdəsiniz və ağzı bağlı qabda saxlayasınız. Bu həm tozun ətrini qoruyur, həm də təmiz olmasına şübhə qalmır.

*Çayın hazırlanma qaydası:
1/3 çay qaşığı zəncəfil tozu 1 stəkan adi çaya və ya qaynar suya qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl bir stəkan qəbul olunur. Bu çay, həmçinin piylərin əriməsinə və arıqlamağa da səbəb olur və yaxud barmaq böyüklükdə təzə zəncəfilin qabıqları soyulur, adi qəpik ölçüsündə doğranılır, 3 stəkan suda dəmlənilir. Zövqə görə bal da qata bilərsiniz. Mənim ən çox sevdiyim çaylardan biridir.

* Məcunun hazırlanma qaydası:
50 qram zəncəfil tozu 500 qram bal ilə qarışdırılır, gündə üç dəfə yeməkdən əvvəl bir çay qaşığı yeyilir. Sağlamlıq üçün 1 xörək qaşığı bal, 1 çay qaşığı alma sirkəsi və 1/3 çay qaşığı zəncəfil bir-birinə qarışdırılır və 1 stəkan çiy suda həll edilir, səhər və axşam yatmazdan əvvəl içilir.

Fizuli Hüseynov
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 195 | Добавил: danger | Теги: zəncəfil çayı, xalq təbabəti, faydalı bitkilər, faydalı ədviyyatlar zəncəfil, zencefil | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Январь 2019  »
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz