Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2019 » Январь » 29 » Sevgi hormonları
23:49
Sevgi hormonları
Sevgi 5 hormonun təsirindən yaranır. Bu hormonları yaratmaqla istənilən insanın sevgisinə nail olmaq olar. Sevginin və hormonların sirlərini açıqlayan terapevt Hüseyn Mehdiyevin sözlərinə görə, sevgi orqanizmdə gedən hormonal prosesdir. «Sevgidə əsas 5 hormon iştirak edir: dofamin, serotonin, adrenalin, oksitosin, vazopressin. Bunlardan əlavə, hormon və maddələr də sevgi hissi ilə müşayiət olunur». H.Mehdiyev bildirir ki, insan ilk sevməyə başladığı anlarda onun orqanizmində dofamin əmələ gəlir. «Bu hormon adrenalin və noradrenalinin sələfidir. Bu, müəyyən məqsədə çatmaq hormonudur. Sevərkən insan müəyyən arzulara qovuşmaq istəyir ki, bunun da nəticəsində dofamin hormonu artmağa başlayır. Nail olduqlarının nəticəsindən razı qaldıqda, bu hormonun miqdarı daha da çoxalır». Terapevtin dediyinə görə, sevgi yaradan ikinci hormon serotonin dir ki, buna zövq almaq hormonu da deyirlər. «Serotonin sevgiyə çatanda daha çox olur. Belə ki, sevdiyin şəxslə təmasda olanda, onunla tez-tez görüşəndə, danışanda bu hormonun miqdarı artır. Eyni zamanda arzulara çatdıqdan sonra sevginin miqdarı aşiq olan tərəflərin heç birindən asılı olmayaraq azalmağa başlayır. Sevgi azaldıqca da insan iztirab, əzab çəkir. Misal üçün, telefon zənginə gec cavab verdikdə narahat olursan. Eləcə də, serotonin hormonu əhvala təsir edir, onu yaxşılaşdırır. Əhvalın yaxşılaşması da öz növbəsində serotoninin sintezinin ifrazına müsbət təsir edir. Bunun azalması isə depressiya yaradır». Üçüncü hormon — adrenalin haqqında məlumat verən həmsöhbətimizə görə, adrenalinə çox vaxt stress hormonu da deyirlər. Adətən qaçış zamanı, həyəcanlı anlarda onun ifrazı artır. Həkim endorfin hormonunun rahatlıq, xoşbəxtlik, məmnunluq hisslərini yaratdığını deyir. «Bu maddə kimyəvi quruluşuna görə narkotik analgetik olan morfiyə daha çox bənzəyir. Ona görə deyirlər ki, sevginin gözü kor olur. Endorfinin təsirindən hər şeyi unudursan, heç nə görmürsən, beynində ancaq o sevgidir. Ətrafdan kim nə desə də, sənə təsir etmir. İnsan o dərəcədə sevdiyinə aludə olur ki, düşünə bilmir. Bəzi qidalar isə sevgi hissini daha da alovlandırır və ya sevməyən insanda məmnunluq hissi yaradır». H.Mehdiyevin dediyinə görə, balıq, kartof, banan, bolqar bibəri, şokolad, dondurma, badam, düyü və başqa qidalar var ki, endorfin maddəsi ilə zəngindir. İnsan bu məhsullardan çox istifadə etdikdə həyata baxışı dəyişir. İnsan həyatdan daha razı olur. Bu məhsullar məmnunluq hissini yaradır. Terapevt qeyd edir ki, oksitosin hormonu isə sevgililər təmasda olanda daha çox yaranır. «Buna sevgi hormonu da deyirlər. Çox təmasda olduqca bu hormon da çox ifraz olur və insanları bir-birinə daha çox bağlayır. Toxunmaqla bu hormon artır. Lakin bir müddətdən sonra, insan öz sevgisinə qovuşandan sonra bu hormon azala bilər. Buna misal olaraq, evliliyin bir ilindən sonra adətən bu hormonun azalmağını göstərmək olar. Oksitosin azalanda insanın əsl üzü meydana çıxır». Onun sözlərinə görə, beş hormonla yanaşı, beyində feniletamin və amfetamin maddələri də sintez olunur ki, bu maddələrin sintezi bədəndə metabolizmi artırır. «Buna görə də insan sevəndə narahat olmağa başlayır. İştahasızlıq, yuxusuzluq, diqqətsizlik sevəni narahat edir. Bütün fikri ancaq sevgidə olur. Bunlar həmin iki hormonun verdiyi fəsadlardır». H.Mehdiyev deyir ki, sevənlər arıqlamağa başlayırlar. "Əgər fikir vermisinizsə, adətən arıqlayanlar barədə belə deyirlər ki, kiminsə dərdini çəkir, arıqlayır. Aşiqlər məhz kortizol deyilən hormonun təsirindən arıqlayırlar. Kortizol bədəndəki yağları yandırır. Bu da arıqlamağa gətirib çıxarır". Həkimin bildirdiyinə görə, ilk hisslər burunla gəlir. "İnsan elə bil ki, burnuyla sevir. Bir insan haqqında müəyyən təəssürat burun vasitəsilə yaranır. Yəni qarşı tərəf haqqında ilk dəfə müsbət emosiya burun vasitəsilə yaranır. Ondan sonra hormonların ifrazı başlayır. Yaranan mənfi emosiya əks hissləri oyadır. Nə qədər gülməli çıxsa da, insan nə gözü ilə sevir, nə də qulağı ilə. İnsan burnu ilə sevir". Çox vaxt sevgi hormonlarının ifrazı müəyyən müddət olur. Bəziləri deyir ki, sevginin ömrü evlənən günə kimidir. H.Mehdiyev bu deyimin əsassız olmadığını vurğulayır. «Yəni müəyyən hormonlar öz arzusuna çatandan sonra azalmağa başlayanda, artıq əsl sevgi ilə yalançı və ya yalnız ehtirasa əsaslanan sevginin iç üzü açılır. Həqiqi sevgidirsə, hormonların ifrazı bir qədər də davam edir. Yalançı sevgi isə bir ilə təmiz sönür. Bəzən bu, heç bir il də sürmür», — deyən müsahibim hər iki tərəfin iç üzü açılandan sonra problemlərin başladığını bildirir. «Sevən tərəflər anlayırlar ki, ortada heç sevgi yox imiş. Əsl sevgini isə bu hormonlar azaldıqca insan özü yaradır. Yəni o insan haqqında olan müsbət fikirləri, onu bir insan kimi dəyərləndirməyi sevgini uzadır. Artıq qarşındakını ikinci dəfə sevməyə başlayırsan». Həkimin dediyinə görə, sevginin uzunömürlüyü insanın müsbət aurası, bəxş etdiyi müsbət emosiyalarından asılıdır. «Qırğın və daimi mübahisələr sevginin tədricən sönməyinə gətirib çıxarır. Müsbət auranın, müsbət əhvalın təsirindən isə hormonların ifrazı bərpa olur və sevgi bir qədər də yaşayır». Terapevtə görə, müəyyən dərmanlar var ki, sevginin ömrünü uzadır. «Amma onların təsiri az və qısamüddətlidir. Bədənin özünü müsbət emosiyalarla tərbiyə etmək lazımdır». «Ekspress»
Категория: Maraqli melumatlar | Просмотров: 260 | Добавил: danger | Теги: adrenalin, serotonin, oksitosin, sevgi hormonları dopamin, sevgi, hormonlar | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Январь 2019  »
Пн Вт Ср Чт Пт Сб Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz