Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Əsas anlayışlar - Форум
[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Əsas anlayışlar
dangerДата: Пятница, 24.01.2020, 21:12 | Сообщение # 1
Майор
Группа: Администраторы
Сообщений: 92
Репутация: 0
Статус: Offline
Başlanğıcda gələcək səhifə üçün ayrıca direktoriya (qovluq) yaradın.
C:\Ilk addimlar\
İndi bloknotu (notepad) açın və ora növbəti mətni köçürün:
<html>
<head>
<title>Menim ilk addimim</title>
</head>
<body>
Salam, bu menim ilk sehifemdir.
<br>
Xosh gelmisiniz smile
</body>
</html> Nümunə
İndi bu sənədi *.html adı mənimsətməklə yaddaşa verək
C:\Ilk addimlar\index.html
Bir çox oxucular növbəti yazıda səhv edirlər: "İndi isə bu sənədə *.html adı mənimsədərək yadda saxlayaq ", onlar sonra məktub yazırlar ki, sənədi yaddaşa verdikdən sonra o, *.txt kimi yadda saxlanılır, *.html kimi yox. Bu problemi həll etmək üçün ətraflı yazıram.
Əgər siz sənədi File -> Save seçərək yadda saxlayırsınızsa, onda o sənəd *.txt kimi yadda saxlanılır. Sənədinizi növbəti üsulla yadda saxlayın:
- File -> Save as
- Sonra öz sənədinizi məsələn, index.html adı ilə yazırsınız (sadəcə olaraq index kimi yox, *.html yazmaq əsasdır).
- Əgər siz sənədi *.html kimi yadda saxlamısınızsa, onda onu hər dəfə yadda saxlamaq üçün File -> Save seçmək kifayətdir.
Bu da hamısı. Əminəm ki, hər şey öz qaydasında olacaq.
Sonra səhifəni Internet Explorer-də açırıq (Bloknotu bağlamayın, o bizə yenə lazım olacaq).
File - Open - Browse... düyməsi - bizim sənəd (index.html).

Əgər biz *.html sənədimizdə (bloknotda) nə isə dəyişmişiksə, onda bu dəyişiklikləri Internet Explorer-də görmək üçün, IE-də (Internet Explorer) "Refresh" düyməsini sıxmaq lazımdır (Bu həmçinin başqa brouzerlərə də aiddir). Əgər dəyişikliklər görünmürsə, deməli ya siz hardasa düz yazmamısınız, ya da ki, sənədi yadda saxlamamısınız:)

İndi baxaq görək bizdə nə alınıb və bunun necə alınmasını aydınlaşdıraq:
 
  • Страница 1 из 1
  • 1
Поиск:

 
 
Copyright MyCorp © 2026
Конструктор сайтовuCoz