| danger | Дата: Суббота, 25.01.2020, 00:38 | Сообщение # 1 |
|
Майор
Группа: Администраторы
Сообщений: 92
Статус: Offline
| Konstantlar proqramda define() funksiyası vasitəsi ilə elan olunurlar: <?php define(CONSTANT, value) ?> Bu funksiyanın birinci parametri konstantın adı, ikincisi onun qiymətidir. Konstantın istifadəsi zamanı ona adına uyğun istinad edilir: <?php define(CONSTANT1,15); define(CONSTANT2,"\x20"); // aralığın (boşluğun) kodu define(CONSTANT3,"Hello"); echo(CONSTANT1); echo(CONSTANT2); echo(CONSTANT3); ?> Ənənə olaraq, konstantın adını yuxarı reyestr hərfləri ilə yazırlar. Bu ənənə olmasına baxmayaraq, sizə bu üsulla yazmağınızı məsləhət görürəm. Belə bir funksiya mövcuddur - defined () (təsdiq olunub), hansı ki, konstantın müəyyən olub-olmadığını yoxlayarkən istifadə oluna bilər: <?php define(CONSTANT,"Hello"); if (defined("CONSTANT")) { echo("<p>Konstant təyin olunub.</p>"); } ?> Yuxarıda gördüyünüz { } işarələrinin qoyulma səbəbi if funksiyasıdır. Yəni əgər (if) konstant təyin olunubsa ( defined ) (şərtlə bağlı olan cümlələr { } daxilində gedir), o zaman funksiyanı et, yəni göstər (echo). Konstant təyin olunub. Əlbəttə ki, siz bu şərtdən əvvəl konstantı daxil etmişsizsə, doğru nəticə göstərəcəkdir.
|
| |
|
|
| danger | Дата: Суббота, 25.01.2020, 00:39 | Сообщение # 2 |
|
Майор
Группа: Администраторы
Сообщений: 92
Статус: Offline
| Dəyişənlər
PHP-də dəyişənlər $ işarəsi ilə başlayır. Bu işarədən sonra istənilən sayda hərf və rəqəm yazmaq mümkündür. Amma yadda saxlayın ki, rəqəmləri əvvəldə yazmaq qəbul olunmur. Həmçinin yadda saxlamaq lazımdır ki, PHP-də dəyişənlərin adları hərflərin kiçik və ya böyük olmasından asılı olaraq, hissiyyatlıdırlar. PHP-də qeyd olunan dəyişənlər proqram ərzində bir neçə tipdə ola bilərlər. Tipləri sonra izah edəcəyəm. Dəyişənə mənimsədilən məna axıra kimi özünü saxlayır, yəni sorğu qurtarana qədər.
|
| |
|
|