| danger | Дата: Суббота, 25.01.2020, 00:41 | Сообщение # 1 |
|
Майор
Группа: Администраторы
Сообщений: 92
Статус: Offline
| Əvvəl deyildiyi kimi, PHP-də dəyişənlərin tipləri ilə bağlı özündə müəyyən elastiklik imkanı verir, proqram daxilində bir dəyişənlə həm yazını, həm də rəqəmi işləmək mümkündür. Lakin buna baxmayaraq, PHP-də əsas məlumat tiplərinin komplekti vardır, hansı ki, dəyişənlərlə bağlı işlərdə açıqcasına göstərilə bilərlər: integer; string; boolean; double; array; object; Belə bir funksiya var: gettype (), hansı ki, PHP dəyişənə təyin etdiyi tipi geri qaytarır (sorğunu geri qaytarmaq): <?php $var = "5"; $var1 = "5"; echo(gettype($var)); echo "<br>"; echo(gettype($var1)); ?> Birinci halda PHP string geri qaytaracaq, ikinci halda integer. Həmçinin belə bir funksiya da mövcuddur: settype (), hansı ki, tipi təyin etməyə imkan verir : <?php $var = "5"; echo(gettype($var)); settype($var,integer); echo "<br>"; echo(gettype($var)); ?> Yuxarıda yazdığım kod, bundan əvvəlki kodun nəticəsi ilə eyni olacaq. settype () funksiyasından başqa da PHP-də tipləri təyin etmək mümkündür. Belə ki, dəyişənin yeni tipini ona mənimsətmək lazımdır. Bunu etmək üçün aşağıdakı formada yazmaq lazımdır: <?php $var = (int)$var; ?> Müvafiq olaraq, növbəti kodun yerinə yetirilməsi РНР-nin integer geri qaytarmasına səbəb olur: <?php $var = "5"; // tip string $var = (int)$var; // int dəyişdiririk echo(gettype($var)); ?>
|
| |
|
|