| danger | Дата: Суббота, 25.01.2020, 00:49 | Сообщение # 1 |
|
Майор
Группа: Администраторы
Сообщений: 92
Статус: Offline
| - Verilənlər bazası ilə işləyən Web səhifələrin yaradılması üçün PHP ən əlverişli proqramlaşdırma dilidir. PHP Oracle, Adabas D, Sybase, FilePro, MySQL, Informix, Solid, dBase, ODBC və s. - Proqramlara girişi təşkil etmək üçün xüsusi funksiyanın yaradılması və login/parolun qoyulması imkanları; - PHP nəinki HTML-in kodunu, mətnini, eyni zamanda, müxtəlif formatlı (GIF, JPEG və ya PNG) şəkilləri emal edə bilir; - PHP serverdən faylların daşınmasını təşkil edir. Bundan başqa, PHP yüklənən fayllara tam nəzarət edir və onun ölçülərinə məhdudiyyət qoya bilir, eyni zamanda, həmin faylları tam idarə edir; - İstifadəçinin kompüterində brauzer vasitəsilə baxılmış fayllar haqqında (4kb) informasiya saxlayır. Belə informasiya "Cookie" adlanır. Cookie HTTP-nin başlığıdır. İstənilən göndərilən Cookie avtomatik olaraq PHP dəyişəninə çevrilir; - İstənilən mətn sətirləri üzərində hər cür manipulyasiya aparmağa imkan verir. - Lokal və ya Qlobal səviyyədə səhvləri müəyyən edə bilir və bu səhvlərin istifadəçiyə göstərə və ya göstərməyə bilər. Eyni zamanda, bu səhvləri elektron poçt vasitəsilə istənilən ünvana göndərə bilər. - Elektron ünvanları idarə edir və istənilən məktubu istənilən ünvanlara göndərmək imkanı vardır. - Sonda onu qeyd etmək olar ki, tam PHP vasitəsilə yaradılmış proqramlar yükləmə zamanı heç bir gecikmələrə yol vermir və normal fəaliyyət göstərir.
|
| |
|
|