| danger | Дата: Среда, 26.01.2022, 01:13 | Сообщение # 1 |
|
Майор
Группа: Администраторы
Сообщений: 92
Статус: Offline
| Obyekti real həyatdakı kimi virtual olaraq yaratmaq üçün onu tam incələmək, mümkün xüsusiyyətlərini anlamaq lazımdır. Təhlil üçün avtomobil obyektini götürək: Avtomobil haqda bizə nə məlumdur: İstehsal edən firmanın adı Modelin ili Motoru Rəngi Salonu bu xüsusiyyətlər ATRİBUTE-lar adlanır. Bəs maşının nə kimi funksiyaları vardır? İşə düşür Sönür Əyləci sıxdıqda dayanır Qapı və baqaj hissəsi açılır/qapanır Şüşə silənləri hərəkət edir Bu funksiyalar Method(metod) və Operation (opereyşn-əməliyyatlar, funksiyalar) adlanır. Digər bir misal olaraq bank hesabını götürə bilərik. Hesabda bizə nə bəllidir: Hesabın nömrəsi Hesabın kimə aid olması Balansı Gəlir faizi Ünvanı Yuxarıdakı məlumatlar Attribute-lardır. Bəs bank hesabının hansı funksiyaları vardır? Deposit qoymaq Bankomatdan pul çıxartmaq Çek yazmaq Ünvanı dəyişmək Telefon nömrəsini dəyişmək Bu funksiyalarda Metod və Operation-lardır. Yəqin ki artıq aydın oldu, hər hansı bir obyektin məlum olan xüsusiyyətləri Attribute-ları və attribute-ları işə salan Method-ları vardır. Bəzi hallarda method-lar attribute-la əlaqəli olmaya bilər.
|
| |
|
|