Bir gün bir nəfər həmişə olduğu kimi işdən evə gec qayıdır, yenə də yorğun... Birdən qapının qarşısında 5 yaşlı oğlunu görür. - Ata, olar səndən bir söz soruşum? - Əlbəttə, nəsə olub? - Ata, sən nə qədər pul alırsan? - Bu sənin işin deyil- ata qəzəbləndi- ümumiyyətlə niyə soruşursan? - Heç, elə-belə bilmək istəyirəm. xahiş edirəm de, sən 1 saata nə qədər pul alırsan? - 5 man. - Ata,- uşaq ciddi nəzərlərlə atasına baxdı - sən mənə 3 manat borc verə bilərsən? - Sən bunu onunçün soruşdun ki, mən sənə hər hansı bir mənasız oyuncaq üçün pul verim? - deyə ata hirsləndi- indi ise cəld otağına get. İnsan belə eqoist olmaz. Mən səhərdən gecəyə kimi işləyirəm, ancaq sən özünü çox pis aparırsan. Uşaq sakitcə öz otağına getdi və qapını bağladı. Ata isə hələ də oğluna qəzəblənirdi: O necə mənim maaşımı soruşa bilər ki, hələ sonrada pul istəsin. Lakin sonra o sakitləşdi və düşünməyə başladı: "Bəlkə ona doğrudan da nəsə vacib bir şey almaq üçün pul lazımdır. 3 manat... heç nə olmaz, axı o mən
...
Читать дальше »
|
Bu hadisə soyuq bir qış günü olmuşdu. Təxminən saat 8:30 radələrində 80 yaşında nurani bir qoca baş barmağındakı tikişi sökdürməyə gəlmişdi. Görünürdü ki, o çox tələsir, o titrək səsi ilə saat 9:00-da vacib işinin olduğunu bildirdi.Mən təəssüf hissi ilə ondan gözləməyini xahiş etdim, çünki bütün həkimlər məşğul idilər və onu 1 saata ancaq qəbul edə bilərdilər. Ağsaqqalkədərli halda tez-tez saata baxırdı və bu məni təsirləndirdi. İşim olmadığı üçün onun barmağına baxmağı qərara aldım. Barmağını müayinə edən zaman biz onunla bir az söhbət etdik. Mən marağımı gizlədə bilmədim və soruşdum:
- Yəqin siz başqa bir həkimə də getməlisiniz, ona görə belə tələsirsiniz?
- Xeyr, belə deyil. Mən saat 9-da xəstəxanada olmalıyam. Yoldaşımın səhər yeməyini verməliyəm.
Bu zaman mən ondan yoldaşına nə olduğunu soruşdum
Yaşlı kişi cavab verdi:- Onda Alçqeymer xəstəliyi tapıblar...
Mən saata baxıb soruşdum: -Bəs siz geciksəniz o narahat olmaz ki?
Qocanın sözləri məni təəccübləndirdi: Yoldaşım məni artıq 5
...
Читать дальше »
|
Türkan xanım dindar bir ailədə böyümüşdü. Anası hər fürsətdə ona və qardaşlarına namaz qılmalarını söyləyər, hətta əsəbləşərək onlara xəbərdarlıq edərdi. Türkan xanım namazın qılınması lazım olduğuna inanır, amma yenə də qılmazdı, çünki qılmaq nəfsinə çətin gəlirdi. Bəzən başlayır, sonra tərk edərdi.
Evləndi və uşaqları oldu. Anası hər gəldiyində eyni şəkildə namaz qılmaları üçün xəbərdarlıq etməyi davam etdirir, o da təkidlə qılmamağa davam edirdi. Çox istəməsinə baxmayaraq heç cür nəfsinə qalib gələ bilmirdi. Bir gün yoldaşları onlara qonaq gəldi. Onlardan biri anasını da gətirmişdi. Xala elə şirin danışırdı ki, onu dinləyən saatlar keçsə usanmazdı. Xala bir ara namaz mövzusuna toxundu. O izah edərkən, Türkan xanım anasını xatırlamış və anasının köhnə günlərdəki namaz xəbərdarlıqlarını düşünürdü. Indi də xalanı zövqlə dinləyirdi.
Türkan Xanımın kiçik oğlu Zəkəriyyə, dörd yaşında idi. Oynadığı oyunu buraxmış, xalanın oturacağı dibində iki əlini yumruq edib üzünə söykəmiş bir şəkildə,
...
Читать дальше »
|
Bir gün qoca hindu nəvəsinə həyat həqiqətini açdı.
— Hər bir insanın daxilində iki canavarın mübarizəsinə bənzər mübarizə gedir. Canavarlardan biri paxıllıq, qısqanclıq, təəssüf, eqoizm, ambisiya, yalanı təmsil edir. O biri canavar isə sülh, məhəbbət, ümid, həqiqət, xeyirxaxlıq, sadiqliyi təmsil edir. Babasının sözlərindən təsirlənən nəvə hindu bir anlıq fikrə gedib, sonra da babasından soruşur:
— Bəs sonda canavarların hansı qalib gəlir?
Qoca hindu gülümsəyərək cavab verir:
— Həmişə sonda sənin yemlədiyin canavar qalib gəlir.
|
Yeni ailə qurmuş cütlük, yeni bir məhəllədəki yeni evlərinə köçdülər. Səhər yeməyi yeyərkən, qonşu da paltarları asırdı. Qadın ərinə "Bax, paltarları təmiz deyil, paltar yumağı bilmir, bəlkə də doğru sabundan istifadə etmir." deyir. Əri ona baxır, lakin heç bir söz söyləmir yeməyinə davam edir.
Qadın, qonşusunun paltar asdığını gördüyü hər səhər eyni sözləri təkrar edir yoldaşına.
Bir ay sonra bir səhər, qonşusunun paltarlarının tərtəmiz olduğunu görən qadın cox təəccüblə "Bax paltar yumağı öyrəndi sonda, kim öyrətdi görəsən?"
'Mən bu səhər bir az tez oyanıb pəncərəmizi sildim' deyə cavab verdi əri..
Həyatda da belə deyildirmi?
Başqalarını izləyərkən gördüklərimiz, baxdığımız pəncərənin nə qədər təmiz olduğuna bağlıdır. Birini mühakimə etməzdən əvvəl öz vəziyyətimizə baxmaq və 'yaxşı' olanı görməyə hazır olub olmadığımızın fərqinə varmaq gözəl bir fikir ola bilər ...
Pəncərələrimizi təmiz tuta bilmək diləyi ilə.
| |