Bel ağrısı həzm pozğunluğu, əsəbi narahatlıq, psixoloji amillər, yorğunluq və s. səbəblərdən meydana çıxa bilər. Bə”zən mə”də, dalaq, qara ciyər və öd kisəsi xəstələnərkən beldə ağrılar olur. Adi bel ağrılarının qarşısını almaq üçün yol gedərkən beli düz saxlamaq, oturarkən beli əyməmək, ürək və mə”də fəaliyyətinin yaxşı olması üçün dərindən nəfəs almaq lazımdır. Bu həm də qan dövranına yaxşı tə”sir göstərir, nəticə e”tibarilə bel ağrısının qarşısını alır.
Həmçinin dar ayaqqabı və paltar geymək lazım deyil. Buna qadınlar daha çox diqqət yetirməlidir. Həmişə hərəkətdə olmalı, yataq yerinin çökək olmasına xüsusilə fikir verməlidir. Bel ağrısı olanlar ispanaq yeməlidirlər. Limon şirəsi işlətmək bel ağrısını sakitləşdirir. Bu baxımdan halva da faydalıdır.
Boyun ağrısı zamanı boyunu aşağı, yuxarı, sağ və sol istiqamətlərində masaj etmək məsləhətdir. Ağrını sakitləşdirmək üçün təzə kəklikotu yarpaqlarını xırdalayıb, ağzı örtülü qabda su əlavə etmədən bişirir, sonra onu isti-isti parçaya bükü
...
Читать дальше »