Bir vəzir 30 il idi ki, hökümdara xidmət edirdi. Öz sədaqəti, doğru danışmağı, Allaha inamı ilə hamının böyük hörmətini qazanmışdı. Ancaq o öz dürüstlüyü ilə sarayda çoxlu düşmən qazanmışdı. Onlar vəzirin ikiüzlülüyü və xəyanətkarlığı barədə şaiyələr yayır, hər gün sultanın qulağına vəzir haqqında böhtanlar pıçıldayırdılar. Nəhayət, təqsirsiz vəzirə qarşı sultanda şübhələr yarandı və o, uzun illər ona sədaqətlə xidmət etmiş vəziri ölümə məhkum etdi. Bu ölkədə ölümə məhkum edilmişlərin əl qolunu bağlayır və sultanın yırtıcı ov itlərinin saxlandığı qəfəsə atırdılar. İtlər isə dərhal onları tikə-tikə edirdi. Ancaq vəziri köpəklərin qabağına atmazdan əvvəl, ondan son arzusunu soruşdular. Vəzir dedi: “Borclarımı qaytarmaq, mənə borcu olanlardan pullarımı yığmaq, mənə əmanət olunmuş əşyaları sahiblərinə geri vermək, var dövlətimi uşaqlarım və yaxın adamlarım arasında bölmək üçün mənim edamımı on gün təxirə salın”. Sultan vəzirə qaçmağa cəhd etməyəcəyi baradə and içdirib onun arzusunu yerinə
...
Читать дальше »