Bahalı vitamin, mineralları və kremləri bir kənara buraxmağın zamanı gəldi. Çünki bütün bunları əvəz edəcək daha sağlıqlı bir alternativ var.
Publika.az xəbər verir ki, “təbiətin multivitamini” adlandırılan sümük suyu cildin, sümüklərin, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir.
Tibbin atası olan Hippokrat xəstəliklərin bağırsaqlardan başladığını deyib. Buna görə də bədənimizi müalicə edərkən ilk növbədə bağırsaqlardan başlamalıyıq. Bağırsaqların müalicəsində ən effektiv üsul isə sümük suyundan istifadə etməkdir.
Bu suyun artıq professional satışı ilə məşğul olan kafelər belə açılıb.
Əslində sümük suyu ta qədim zamanlardan mövcud olub. Belə ki, əcdadlarımız ovladıqları heyvanların yeyə bilmədikləri parçalarını israf etməmək üçün qaynadıb suyu içirmişlər.
Sümük suyunu heyvanın qığırdaq, sümük, ilik, dəri kimi parçalarını uzun müddət qaynadaraq əldə ediblər.
Bu parçaları uzun müddət az odda bişirmək kolagen, qlutamin, prolin, qli
...
Читать дальше »