Uzunömürlülüyə görə, yaponlar mütləq rekordçulardır. Onlar həm də haqlı olaraq dünyanın ən arıq xalqlarından biri sayılır. Ölkə əhalisinin orta hesabla 3%-i artıq çəkidən əziyyət çəkir. Bu məsələdə yaponların qida mədəniyyətinin rolu az olmayıb. Yaponiyada hökumət tərəfindən rəsmən tövsiyə edən qida sistemi mövcuddur. Bu sistemi 2000-ci ildə bir neçə nazirlik hazırlayıb və o «Fırfıra» (populyar uşaq oyuncağının şərəfinə) kimi tanınır.
Bu yazıda sizi yaponların qidalanma sistemi ilə tanış edəcəyik:
«Fırfıra» qidalanma sisteminin əsas xüsusiyyəti odur ki, tərkibində aşağı miqdarda yağ olan karbohidratlar üstünlük təşkil edir. Həmçinin böyük miqdarda şəkər, duz, şirniyyat və içki məhsullarının istehlakını azaltmaq tövsiyə olunur.
Bütün məhsullar bir neçə qrupa ayrılır, onların hər biri tövsiyə edilən miqdarda günlük porsiyalara (porsiyalar insanın cinsindən və yaşından asılıdır) bölünüb. Rasionun əsasını yarmalar, dənli bitkilər, tərəvəz, (təzə hazırlanmış şorbalar) t
...
Читать дальше »