Hər gün səhərdən axşama kimi işləyən insanlar, xüsusən gənclər tez yorulur.
Onlar bunun səbəbini işin çoxluğunda görürlər. Halbuki, yedikləri qida onları gün ərzində ağırlaşdırır, bütün gücünü alır və heç bir enerji vermir.
Bizimyol.info Medicina.az-a istinadən insanı tez yoran, toxluqdan çox halsızlıq verən qidaların siyahısını təqdim edir.
1. Bublik, peçenye
Orta ölçüdə bir bublikdə 50 qrama yaxın rafinə edilmiş karbohidrat var. O, tez müddətdə şəkərə çevrilir, qanda insulini artırır. Bu isə bir çox xroniki xəstəliklərə, ürək problemlərinə, hətta onkologiyaya səbəb olur.
2. Kofein və qəhvə tərkibli içkilər
Kafelərdə, yolüstü barlarda, avtomatlarda, marketlərdə satılan belə içkilər təbii qəhvədən çox uzaqdır. Onlarda çox miqdarda rənglər, şirin sirop və əlavələr vardır ki, bunlar enerjini söndürür. Məşhur 3-ü birində birdəfəlik paket qəhvələr isə quru süd və şəkərdən hazırlanır. Bu içkilər çox qısa müddət 10-15 dəqiqə enerji
...
Читать дальше »