Bu giləmeyvənin faydalı xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.
Yemişan bir çox vitaminlər (xüsusilə C və B qrupu vitaminləri), mikroelementlər, orqanik turşular, efir yağları və s. faydalı maddələrlə olduqca zəngindir. Bu giləmeyvənin tərkibində olan bəzi insan orqanizmi üçün faydalı maddələrə təbiyətdə az rast gəlinir. Məhz bu zəngin tərkibinə görə yemişan insanın sağlamlığı üçün ən faydalı giləmeyvələrdən biri sayılır.
Yemişan xüsusilə ürək-damar və sinir sistemi üçün faydalıdır. Bir çox ürək üçün olan və sakitləşdirici dərman preparatların tərkibinə yemişan ekstraktı daxil edilir.
Yemişanın tərkibində olan xeyirli maddələr ürəyin tac damarlarını və beyin damarlarını genişləndirir, sinir sistemində olan oyanıqlığı azaldır.
Yemişan ürək əzələsini tonuslaşdırır, taxikardiya və aritmiyanı aradan qaldırır.
Yemişan ürəyin və beyinin oksigenlə təchizatını artırır, maddələr mübadiləsini yaxşılaşdırır, yuxusuzluql
...
Читать дальше »