Bəzən gözlə görünməyən heyvanlardakı bığcıqlar bir çox heyvanın yaşaması üçün böyük əhəmiyyət daşıyan orqanlardır. Uca Allah yer üzündə mükəmməl sistemlər yaratmış, yaratdığı hər şeydə Öz ucalığının və qüdrətinin dəlilləri olan qeyri-adi möcüzələr var etmişdir. Canlıların müxtəlif məqsədlər üçün istifadə etdiyi bığcıqları da hər gün yeni xüsusiyyətləri kəşf edilən yaradılış möcüzələrindən biridir. Qarışqaların “bığcıq dili” Keçən əsrdə qarışqalar üzərində aparılan elmi tədqiqatlar bu kiçik heyvanlar arasında mürəkkəb ünsiyyət şəbəkəsi olduğunu üzə çıxarmışdır. İnsan qarşısına çıxan bir neçə qarışqanı bir-birindən ayırd edə bilməsə də, bir-birinin tamamilə bənzəri olan qarışqalar bir-birlərini asanlıqla tanıya bilirlər. Qarışqalar bir-birlərini necə tanıyırlar? İşçi qarışqa yuvasına girən qarışqanı tanımaq üçün bığcığı ilə onun bədəninə toxunur. Koloniyadan olanla olmayanı həmin qarışqanın üzərindəki “koloniyanın qoxusu” ilə dərhal ayırd edir. <
...
Читать дальше »
Категория:
Elm
|
Просмотров:
90
|
Добавил:
danger
|
Дата:
31.01.2022
|
|
Biologiya yunanca "bios"- həyat, "loqos" - elm deməkdir. Biologiya - Yer üzərində yaşayan canlılar haqqında elmdir. Planetimizdə yaşayan canlılar olduqca müxtəlifdir. Gözlə görünməyən ən xırda orqanizmlərdən başlamis bütün bitkilər, heyvanlar və insan calılara aiddir. Bütün canlı orqanizmlər bitkilərə, heyvanlara və onlar arasında keçid təşkil edən göbələklər, bakteriyalar və digər canlılar qrupuna bölünur. Heyvanlarla bitkilər arasında keçid təşkil edən canlılarda həm heyvanlara, həm də bitkilərə xas olan əlamətlər olur. Bitkilər haqqında olan elm - botanika, biologiya elminin bir bölməsidir. Bu elmin adı yunanca "botane" sözündən götürülmüşdür KI, bu da "göyərti", "ot", "bitki" deməkdir. Təbiət canlılardan və cansizlardan ibarətdir. Bitki və heyvanlar, həmçinin bakteriyalar, göbələklər və viruslar birlikdə canlı təbiəti təşkil edir. Son məlumatlara görə bütün canlılar 4 aləmə — bakteriyalar, göbələklər, bitkilər və heyvanlar aləminə ayrılır. Onların oxşar cəhətlə
...
Читать дальше »
Категория:
Elm
|
Просмотров:
98
|
Добавил:
danger
|
Дата:
31.01.2022
|
|
İnsanın biologiyası iki bölməyə ayrılır: morfologiya və fiziologiya. Morfologiya orqanizmin formasından, daxili quruluşundan - strukturasından bəhs edən elmə deyilir. Fiziologiya üzvlərin vəzifələrindən bəhs edən elmdir. Forma və vəzifə bir-birilə sıx rabitədədir, bir-birini tamamlayır. Forma vəzifəyə təsir etdiyi kimi vəzifə də formaya təsir edir ki, onlar daim bir-biri ilə qarşılıqlı əlaqədə olur. Anatomiya morfoloji elmdir və tədqiqetmə metoduna görə iki şöbəyə ayrılmışdır: makroskopik və mikroskopik anatomiya. Makroskopik anatomiya orqanizmi cihazsız, göz ilə yaxud bəzən az dərəcədə böyüdücü optik alətlərlə öyrənir. Mikroskopik anatomiya mikroskop vasitəsi ilə orqanizmin incə quruluşunu tədqiq edir. Bu elm öz növbəsində bir neçə şöbəyə ayrılır: 1) sitologiya - hüceyrələrdən, 2) histologiya - toxumalardan, 3) orqanologiya - üzvlərin mikroskopik quruluşundan bəhs edən elm. Mikroskopik anatomiyaya bir də embriologiya üzvlərin ana bətnində inkişafından, diferensias
...
Читать дальше »
Категория:
Elm
|
Просмотров:
95
|
Добавил:
danger
|
Дата:
31.01.2022
|
|
Genetika canlıların irsiyyət və dəyişkənliyindən bəhs edən elmidir.İnsanlar çox qədimdən müşahidə etmişlər ki, canlılar aləmi çoxalma yolu iləhəmişə özünə oxşar nəsil verir. İnsandan insan, atdan at, qoyundan quzu, inəkdən buzov, almadan alma, üzümdən üzüm, pambıqdan pambıq törəyir.Hələ bizim eramızdan əvvəl yeddinci və onuncu minillikdən başlayaraq ayrıayrıinsan qəbilələri yabanı bitki növlərini mədəni sortlara çevirməyə başlamışlar.Bunun nəticəsində vəhşi heyvanlar və yabanı bitkilər yeni əlamət və xassələr əldəedərək daha sürətli təkamül prosesinə məruz qalmışlar.Qədim insanlar yalnız kortəbii şəkildə özləri üçün lazımi əlamətə malik bitki vəheyvanları qoruyub saxlamağa çalışırdı. Onların əhliləşdirdikləri yabanı bitki sortlarıyeni şəraitdə inkişaf edib əlavə xassələrdə qazqnsalar da öz əcdadlarının ən mühüm xassələrini qoruyub saxlamış və nəsildən - nəslə vermişlər.Əcdad əlamətlərinin nəsildən nəslə ötürülməsi irsiyyət adlanır. Məsələn, əksər otyeyən heyvanların yeni doğulmuş balal
...
Читать дальше »
Категория:
Elm
|
Просмотров:
87
|
Добавил:
danger
|
Дата:
31.01.2022
|
|
1.Cücüləri öyrənən elm entomologiya adlanır. 2.Məməliləri öyrənən elm teriologiya adlanır. 3.Heyvanların quruluş xüsusiyyətlərini öyrənən elm morfologiya adlanır. 4.Heyvanların yayılmasını öyrənən elm zoocoğrafiya adlanır. 5.Heyvanların davranışını öyrənən elm etologiya adlanır. 6.İlk dəfə sistematikanın prinsiplərini qeyd edərək onları 6 sinfə bölən,növ haqqında təlim yaradan,müasir sistematikanın əsasını qoyaraq insanı zooloji növ kimi göstərən alim Karl Linney olmuşdur. 7.İbtidai onurğasızları öyrənən,heyvanların 14 sinfini qeyd edən,heyvanları onurğasızlar və onurğalılara bölən,təbiətin tarixi inkişafı-təkamül təliminin banisi,ilk dəfə insanın insanabənzər meymundan əmələ gəlməsi hipotezini irəli sürən alim Jan Batist Lamark olmuşdur. 8.Təkamül təlimi nəzəriyyəsini şərh edən,təbii seçmə anlayışını elmə gətirən alim Çarlz Darvin olmuşdur. 9.Ən böyük aralıq vahid(sistem vahidlərindən əlavə vahid) imperiyadır.(canlılar imperiyası
...
Читать дальше »
Категория:
Elm
|
Просмотров:
94
|
Добавил:
danger
|
Дата:
31.01.2022
|
|
Hüceyrəni öyrənən elm sahəsi sitologiya adlandırılmışdır. О da bioloji elmlər sırasına daxildir. Müasir sitologiya hüceyrənin mikroskopik və ultra mikroskopik quruluşundan, onun funksiyasından, inkişafından, kimyəvi təşkil xüsusiyyətlərindən, fiziki-kimyəvi xassələrindən, özünü törətməsi, regenerasiyası, mühitə uyğunlaşmasından bəhs edən elmdir. Hüceyrə orqanizmin çoxalan elementar canlı hissəsidir. Ona görə də biologiyanın inkişafı bir çox cəhətdən sitologiyanın inkişafı ilə əlaqədardır. Canlılar adi gözlə görünməyən kiçik hüceyrələrdən təşkil olunmuşlar. Böyüdücü cihazların ixtirasından sonra onları öyrənmək mümkün olmuşdur. Hollandiyada optik cihaz ustaları ata və oğul Hans və Zaxariya Yansenlər tərəfindən 1590-cı ildə ilk mikroskop tipli cihaz quraşdırılmışdır. İtaliya alimi Q.Qaliley həmin mikroskopu bir qədər də təkmilləşdirdi. 1625-ci ildə Almaniyada Yohan Faber ilk dəfə olaraq «mikroskop» terminini elmə gətirdi. XVII əsrin əvvəllərində Hollandiya alimi A.Le
...
Читать дальше »
Категория:
Elm
|
Просмотров:
85
|
Добавил:
danger
|
Дата:
31.01.2022
|
|
1. İnsan orqanizmində 3 cür daxili mühit mayesi (toxuma mayesi, qan, limfa) olur. 2. İnsan orqanizmində 4 qrup toxuma vardır. (Epitel, birləşdirici, əzələ, sinir) 3. Vəzilər 3 cür olur: daxilı sekresiya, xarici sekresiya və qarışıq. 4. İnsan əziyyət çəkmədən 120°C temperatur fərqində (+50°C-dən 70 C — yə qədər) yaşaya bilir. 5. 1 sinir hüceyrəsinə (neyrona) təxminən 10 peyk hüceyrəsi düşur. Yəni sinir toxumasının 11 hüceyrəsindən biri neyrondur. 6. Hər bir neyronda 2 cür (akson, dendrit) çıxıntı ola bilər. 7. Hər bir neyronun ancaq 1 aksonu ola bilor. 8. Aksonun uzunluğu 1 m-ə çata bilər. 9. 3 cür neyron var (duyğu, hərəki, ara) 10. 3 cür sinir var (duyğu, hərəkı, qarışıq) 11. Refleks qövsü 5 hissədən ibarətdir. 12. Onurğa beyni 4 şöbəyə bölünür: boyun, dös bel və oma. 13. Onurğa beynindən 31 cüt (62 ədəd) qarışıq onurğa beyni siniri çıxır. (8 cüt boyun, 12 cüt döş, 5 cüt bel, 6 cüt oma) 14. Hər
...
Читать дальше »
Категория:
Elm
|
Просмотров:
82
|
Добавил:
danger
|
Дата:
31.01.2022
|
|
1. Lupa əşyanı 2-25 dəfə böyüdür. 2. Lupada 1 böyüdücü şüşə olur. 3. Levenhukun mikroskopu 270 dəfə böyüdürdü. 4. Müasir işıq mikroskopu əşyanı 3600 dəfə böyüdür. 5. Okulyarda 2 böyüdücü şüşə olur. 6. Palıd ağacının ömrü 1000 ildir. 7. Alma bitkisinin kökü 3-4 m dərinliyə, 15 m yanlara yayılır. 8. Kökün əmici tellərinin uzunluğu 10 mm-dən çox olmur. 9. Dəvətikanı bitkisinin kökü 15 m dərinliyə gedir. 10. 2 cür kök sitemi var: mil və saçaqlı. 11. Mənşəyinə görə 3 cür kök var. (əsas, əlavə, yan) 12. Növbəli düzülüşdə hər buğumdan 1 yarpaq(tumurcuq) çıxır. 13. Qarşı — qarşıya düzülüşdə hər buğumdan 2 yarpaq (tumurcuq) çıxır. 14. Topalı düzülüşdə hər buğumdan 3 və ya daha çox yarpaq (tumurcuq) çıxır. 15. Yarpağın hər bir ağızcığını 2 qapayıcı hüceyrə əhatə edir. 16. Darı toxumunun cücərməsi üçün onun çəkisindən 4 dəfə az su tələb olunur. 17. Seyşel palmasının toxumunun çəkisi 10
...
Читать дальше »
| |