Çaytikanı qiymətli vitaminli bitkidir. Təbabətdə meyvələrindən istifadə edilir, meyvələri oktyabr-dekabr aylarında yığılır və onlardan yağ alınır. Çaytikanının yağı yarasağaltma qabiliyyətinə malik olduğu üçün şüa zədələnməsini, dəri xəstəliklərini, yanığı, mədə və 12 barmaq bağırsaq yarası və b. xəstəliklərin müalicəsində istifadə edilir. Qədim Monqol, Çin xalq təbabətində çaytikanının meyvələri və yarpaqları mədə xəstəliklərinin müalicəsində, yel xəstəliklərində, dəri xəstəliklərində işlədilirdi. Qədim Yunanıstanda yarpaqlarının və budaqlarının həlimi ilə adamları və heyvanları müalicə edirdilər. Xalq təbabətində meyvələrinin həlimi dəri xəstəliklərinin müalicəsində, yarpaqlarının həlimi podaqranı, revmatizmi müalicə etmək üçün işlədilirdi. Toxumlarının həlimi işlədici kimi istifadə edilirdi. Mədə və onikibarmaq bağırsaq yarası xəstəliklərində yeməkdən qabaq gündə 2-3 dəfə bir çayqaşığı çaytikanı yağı içmək məsləhətdir. Müalicəni bir ay ərzində aparmaq lazımdır. Bu məqs
...
Читать дальше »
|
Xalq təbabətində badam ləpəsi qan azlığında, bronxial asmada və yuxusuzluqda işlədilir. Badam yağı ürək və qulaq ağrısında, sətəlcəmdə, iltihabda və boğaz ağrısında faydalıdır. Badamda xüsusi maddə vardır ki, o orqanizmin hüceyrələrini qoruyur və onları sağlam saxlayır. Yataq yarasında badam yağı bədənin xaricinə çəkilir. Badam orqanizmdə olan pis xolesterinin miqdarını azaldır. Şərq təbabəti təsdiq edir ki, badam və əncirin qarışığı jenşenin bütün faydalı xassələrini üstələyir. Badam şəkərlə birlikdə asmada, plevritdə, bağırsaq və sidik kisəsində yara olanda çox faydalıdır. Badam kişiliyin qüvvəsini artırır, görməni yaxşılaşdırır. Badam sevənlər üçün yaxınlaşan qocalıq qorxulu deyildir. Badamı sevənlər istənilən yaşda özlərini gümrah, cavan və yüngül hiss edir. İnfarkdan sonra 100 qr badam ləpəsini qaba töküb, üstünü örtənə qədər qaynar qaynanmış su tökmək, 10 dəq. saxlayıb qabıqları təmizləmək. Həvəndəstədə xəmirə çevrilənə qədər əzmək və bu zaman vaxtaşırı 2-3 x.qaşığı
...
Читать дальше »
|
Bananda C, B1, B2, PP, E vitaminləri, şəkər, karotin və fermentlər vardır. o, üzvi, xüsusilə alma turşuları, efir yağları və mədə - bağırsaq xəstəliyində faydalı, nişasta ilə zəngindir. Kalium bananda xüsusilə çoxdur, belə ki, orta ölçülü bananda onun miqdarı 450 mq-a qədər olur. Banan insan orqanizmində serotonin əmələgətirmə qabiliyyətinə malikdir ki, buna da xoşbəxtlik harmonu deyirlər. Arterial təzyiqi olan adamlara xeyirlidir. Norveç alimləri müəyyən edib ki, hər gün 2 banan yeyən adamların təzyiqi aşağı salması üçün dərman tələb olunmur. Qəbizlikdə 150 qr bananın üzərinə küncüt səpip yemək. Bunu 7 gün davam etdirmək. Latın Amerikasında göyöskürəyi və güclü öskürəyi bananla müalicə edirlər. Çox dəymiş 2 ədəd banan ələkdən keçirtmək və bu kütlənin üzərinə 1 stəkan qaynar şirin su tökmək. Bu içkidən qaynar, gündə 1-2 stəkan qurtum-qurtum içmək.
|
Dərman vasitəsi meyvələri və yarpaqlarıdır. Yarpaqları çiçək açan vaxtı, meyvələri isə yetişəndə yığılır. Hələ Dioskrid təzə yarpaqlarını əzərək onların həlimini dəri zədələnməsində, ekzemada, yara və irinli yaralarda məlhəm kimi istifadə etmişdir. Meyvələri və şirəsi susuzluğu yaxşı yatızdırır. Xalq təbabətində yarpaqlarının həlimi tərlədici, köklərinin həlimi isə sidikqovucu kimi işlədilir. Yarpaqlarının və cavan zoğlarının həlimi və çayı anginada, stomatitdə (ağızın selikli qişasının iltihabında), ekzemada məlhəm qoymaq və vanna qəbul etmək üçün istifadə edilir. Təzə və quru meyvələrinin həlimi və ya dəmlənmişi susuzluğu yatırdır, hərarəti aşağı salır, kəskin respirator və sətəlcəm xəstəliklərində məsləhət görülür. Qurudulmuş meyvələrinin və mürəbbəsinin çayı tərlədici və sidikqovucu təsirə malikdir. Dəymiş meyvələri, mədəni yüngül işlədici, kal meyvələri isə bərkidicidir. Meyvələri mədə-bağırsağın fəaliyyətini tənzimləyir, həzmini yaxşılaşdırır və sistit (sidik
...
Читать дальше »
|
Əncir ürək - damar sistemi xəstəliklərində, trombozda (damarlarda qan laxtası əmələ gəlməsi) faydalıdır və qanəmələgətirmə vasitəsidir. Onu tərlədici, sidikqovucu, yüngül işlədici və həzm prosesini yaxşılaşdıran qida kimi yemək məsləhətdir. Əncir beyin fəaliyyətini gücləndirir, fəhimi artırır. Yaponiya alimləri əncirin meyvələrindən şiş əleyhinə dərman təklif ediblər. Əncirin yarpaqları qurd əleyhinə təsirə malikdir. Əncir xalq təbabətində qədimdən məlumdur. Meyvələrin süddə həlimi quru və göy öskürəkdə və səs telləri şişində işlədilirdi. Xalq təbabəti mürəbbə və həlimini qastrit və qəbizlikdə məsləhət görür. Əziyyətverici quru öskürək zamanı ənciri süddə qaynadıb onun həlimini uşağa vermək çox faydalı vasitədir, bu həm də çox dadlıdır. Qəbizlikdə əncir 100 qr, qaysı–10 qr, tumsuz qara gavalı 10 qr, ½ stəkan murdarça həlimi, bal-100 qr. Meyvələri yumaq, ət maşından keçirtmək və bunların hamısını bir qaba töküb qarışdırmaq. Yatmazdan qabaq 1 x.qaşığı bu dərma
...
Читать дальше »
|
Müalicə məqsədilə təzə və quru meyvələrindən, çox az hallarda isə yarpaqlarından, qabıqlarından və köklərindən istifadə edilir. Meyvələrin həlimi və şirəsi isalda faydalıdır. Müəyyən olunmuşdur ki, zoğalın meyvəsi tif dizinteriya qruplu bakteriyaları öldürmə qabiliyyətinə malikdir. Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, zoğalın və cır armudun şirəsi isalda müsbət nəticə verir. Zoğal sinqa əleyhinə dərman vasitəsi kimi böyük əhəmiyyətə malikdir. Bu məqsədlə onun həm təzəsi və həm də cemi, kiseli və kompotu əhəmiyyətlidir. Xalq təbbətində zoğal maddələr mübadiləsi pozulanda, podaqra, dəri xəstəliklərində və həmçinin qanəmələgətirən dərman kimi istifadə edilir. Zoğalın meyvələri vərəm əleyhinə və iştahaçan vasitə kimi faydalıdır. Kökləri və qabığı malyariya və revmatizmə qarşı dərman kimi işlədilir. Baş ağrısında zoğal tumlarının həlimi ilə isladılmış dəsmalı alına, köklərinin həlimini arpa unu ilə qarışdırıb çibana qoyardılar. Budaqlarının yarpaqları ilə birlikd
...
Читать дальше »
| |