Cavab:
Keyfiyyətli bal seçmək üçün bir neçə sadə qaydaları bilmək lazımdır. İlk növbədə balın rənginə fikir verin, rəng müxtəlif ola bilər, ağ rəngdən başlayaraq tünd qəhvəyi rəngə qədər (rənglər ondan asılıdır ki, hansı bitkidən tozcuq yığılıb). Lakin rəngin rəngliliyi və konsistensiyası eyni olmalıdır. Bal qatı olmalıdır və qaşıqdan damcı-damcı axmamalıdır. Balı qızdırın, keyfiyyətli bal qatılığını itirməməlidir, əks halda balın tərkibində qatışıq (əksər hallarda şəkər) var. Həmçinin keyfiyyəti yoxlamaq üçün balın bir qisimini isti süddə əridin, süd çürüsə, deməli bala şəkər şirəsi qatılıb. Digər üsul - çiy yumurtanı bal olan qaba yerləşdirin, yumurta balda batmırsa, deməli bal keyfiyyətlidir.
|