Ulduzlar sistemində sonuncu -
yəni 12-ci yeri tutan Balıqlar
bürcü bir qayda olaraq
fevralın 20-dən martın 20-nə
qədər olan dövrü əhatə edir.
Ünsürü su, planeti Neptun və Yupiter, rəngi bənövşəyi,
göy, rəqəmi 6 və 7, daşı
ametist, zümrüd, sapfir, çiçəyi
nərgiz, yasəmən, metalı sink,
uğursuz günü çərşənbə,
uğurlu günü isə cümə axşamıdır.
Bu bürcü əmələ gətirən
ulduzlar Göy qübbəsinin 900
kvadrat dərəcəlik sahəsini
tutur. Onun tərkibində adi
gözlə görünən 75-ə qədər ulduz var. Lakin "Sutökən"də
olduğu kimi bu bürcdə də heç
bir parlaq ulduz yoxdur.
"Balıqlar"ın tutduğu sahə
demək olar ki, səmanın
bütünlüklə şimal yarımkürəsini əhatə edir.
Bu zodiakın ulduzlar
sistemindəki təsvir pozası
olduqca maraqlıdır: balıqların
hər ikisi bir-birinə "bağlanıb"
və sanki yem axtarmaq üçün həmin nöqtədən çıxıblar.
Onlardan biri yuxarı - Göy
qübbəsinin cənub
yarımkürəsinə üz tutub,
digəri isə ağzını "Sutökən"in
dolçasından axan suya yönəldib. Lakin su onun
yaxınlığından keçib başqa
yerə - Cənub Balığı bürcünün
ağzına axır. Qənaətlərimizə
görə, bu balıqlar tələyə salınıb
və azadlıq naminə o tərəf-bu tərəfə çabalayırlar. Çünki
sadaladığımız xüsusiyyətləri
bəhs etdiyimiz bürcə şamil
olunan adamlarda da görmək
olar. Səma xəritəsində
"Balıqlar"ın digər qonşusu - "Qoç" isə neytral bir mövqe
seçib. Hər iki bürcün bir-
birindən fərqi böyük olduğu
üçün onların arasında
görünməz bir sədd var. Bu isə
ona dəlalət edir ki, hər iki zodiak işarəsindən olan
şəxslər həyatda bir-birinə
qarşı bir qədər ehtiyatlı
yanaşmalı, ələlxüsus da
işbirliyi yaratdıqda tədbirli
olmalıdırlar. Əks təqdirdə onların münasibətləri asanlıqla
pozula bilər. Balıqlar bürcünün gecə evi
olan Neptun astronomik
hesabla 8-ci sırada yerləşir.
Onun radiusu 2510 km,
elementi su, xarakteri
soyuqluqdur. Bu bürcün ikinci planeti - Yupiter isə
astronomik hesabla 5-ci
sıradadır. O, Ay və Veneradan
sonra Yerə ən parlaq işıq saçan
obyektdir. Onun radiusu 71300
km, elementi hava, tərkibi istilik, xarakteri hakimlikdir.
Bəziləri Yupiteri "Böyük
xoşbəxtlik planeti" də
adlandırırlar. Xarakterik xüsusiyyətləri Balıqlar bürcü altında dünyaya
gələn adamlar ən qəribə zodiak işarəsi hesab olunurlar.
Orta əsr münəccimləri bu cür
şəxsləri təmkinlərinə və uzun
ömürlərinə görə
digərlərindən fərqləndirirdi.
Qənaətlərə görə, "Balıqlar" qısa zamanda, həmçinin gənc
yaşlarında ikən məşhurlaşa
bilirlər. Haqqında yazdığımız
bürcün sakinləri
uzaqgörənlikləri sayəsində öz
həyat və peşə perspektivlərini neçə illər
öncədən təyin edir və
yanılmadan fəaliyyət
göstərirlər. Qərb münəccimləri isə
"Balıqlar"ı iki xüsusi
keyfiyyətə bölürlər. Bu,
artistlik bacarığı və
siyasətçilikdir. Qədim Babil
münəccimləri belə hesab edirdilər ki, Balıqlar bürcünün
himayəsində dünyaya
gələnlər özündən əvvəlki
işarələrin hərəsindən bir neçə
xüsusiyyət "oğurlayıb". Bu
səbəbdən də onları həddindən artıq "təzadlı və mürəkkəb
xarakterə malik adam" kimi
qələmə verirdilər.
Bu bürcün sakinləri
uzaqgörən, dəqiq, işini
ehtiyatla tutan və bir qədər hiyləgər olurlar. Onlarla
hansısa konfliktə girmək
təhlükəlidir. Və rəqibləri
bunun üçün böyük riskə
getdiklərini başa düşməlidir.
"Balıqlar" baş verən hər bir hadisəyə sakit və qərəzsiz
yanaşmağa çalışırlar. İşdir,
əgər çılğınlıq və ya
hövsələsizlik nümayiş
etdirsələr, mütləq
məğlubiyyətlə üzləşirlər. Hətta antik dövrün
münəccimləri də belə hesab
edirdilər ki, bu zodiak
işarəsində dünyaya gələn
adamlar yalnız səbrli olmaqla
öz niyyətlərinə qovuşa bilirlər.
Bu şəxslər kiçikboylu
görünürlər, hətta boyları
kifayət qədər hündür
olduqda da onları heç kim seçə
bilmir. Balıqlar bürcündən olan sürücünü heç təbii fəlakət də
yol hərəkət qaydalarını
pozmağa məcbur edə bilməz.
Hətta yolda piyada və ya
başqa maneə olmayanda da,
onlar yenə də dördyol kəsişməsində avtomobili
dayandırırlar. Bir sözlə, bu
adamlar çox ehtiyatlı olurlar.
Əgər "Balıqlar" kiməsə qurğu
və ya tələ qurmaq istəsələr,
bu, böyük hay-küy yaradır, onlar ifşa olunurlar. Belələrinin
rəhbərliyi altında çalışanlar öz
müdirlərinə asanlıqla hiylə
gələ bilir, hətta bəzi hallarda
onu müflisləşdirirlər də.
"Balıqlar" bir qayda olaraq tam əmin olmadıqları işlərə baş
qoşmurlar. Belə məqamlarda
uzaqgörənlik onların
köməyinə, yaxın ətrafınınsa
rəğbətinə səbəb olur. Müasir
münəccimlərin ən etibar etdiyi və inandığı Alan Leo
bildirir ki, əgər lazımınca
qiymətləndirilmirsə, "Balıqlar"
öz istedad və qabiliyyətlərini
qəlblərində saxlayır, heç vaxt
büruzə vermirlər. Bu bürcün sakinləri yaxşı sirr
saxlamağa, anlaşılmaz
situasiyalardan asanlıqla
qurtulmağa qabildirlər. Onlar
sevimli və zərif olduqları
kimi, narahat və hövsələsiz də olurlar. Orta əsrlərdə bu
adamları bəxti
gətirməyənlər, yaxud da ikili
həyat yaşayan adlandırırdılar.
Belələri öz talelərilə tez barışır
və "yəqin belə də olmalıymış" düşünürlər. "Balıqlar" üçün ən
təhlükəli məqam öz
səlahiyyətlərini başqalarına
həvalə edərkən yaranır.
Bəzən bu, onların həyatı
bahasına başa gəlir, talelərinə qüssə və bədbəxtlik gətirir.
Odur ki, "Balıqlar"a özlərinə
böyük inam bəsləmələri
məsləhət görülür.
Həssas və zəif "Balıqlar"
magik təsirə məruz qalan bürcdür. Buna baxmayaraq,
onlar fövqəltəbii varlıqlara
meylli olurlar. Amma bu
işlərlə məşğul olmaq onlara
məsləhət görülmür. Əks halda
fəlakətlə, xəstəliklərlə üzləşə bilərlər. Onlar müdafiəsiz və
dözümsüz olur, bəzən
problemlərini özləri həll
etmək istəyirlər. Öz
düşmənlərindən intiqam
almaq üçün magiyadan istifadə edir və nəticədə
bundan yalnız özləri əziyyət
çəkirlər. "Balıqlar" həm də
tez-tez maraqlı yuxular görür,
lakin bu yuxuları şərh edə
bilmirlər. Əgər onlar inadkar şəkildə fövqəltəbii varlıqlarla,
mərasimlərlə məşğul olmaq
istəyirlərsə, onlara "Əqrəb" və
ya "Buğa" müttəfiq ola bilər.
Onların birlikdə böyük uğurlar
qazanması mümkündür. Yer kürəsində bu bürclər
qədər haqqı tapdanan, get-
gələ salınan yoxdur. Hətta
bəzən buna görə onlarda
hamıya qarşı inamsızlıq hissi
baş qaldırır. Apardığımız müşahidələrə görə, Balıqlar
bürcündən olan adamların
ürəyində daimi bir "dağ" olur
və bu "dağ" zaman-zaman
onları üzüntülərə məruz
qoyur. Hətta bir çox hallarda bu bürcün sakinləri həmin
"dağ"ın ucbatından ya olduqca
gec evlənir, ya da ömürlərinin
sonuna qədər subay qalırlar.
Qədim zərdüştilik
astrologiyasında "Balıqlar"ın taleyini iki dövrə bölürdülər.
Kahinlərin qənaətincə, bu
adamlar ən əziz
simsarlarından birini itirir və
bununla da onların taleyində
ikinci dövr başlayır, böyük dəyişikliklər baş verir.
Elə güman etməyin ki,
haqqında yazdığımız bürcün
xarakteristikası yalnız bədbin
notlar üzərində köklənib.
Əslində, əyləncəyə həvəsinə, yumor hissinə, mehriban
ünsiyyətinə və sadiqliyinə
görə onlar həmişə seçilirlər. Peşə yönümləri Bu bürc altında doğulanlara
hələ qədimlərdən ağır işlərdə
işləməyi məsləhət
görmürdülər. Peşəkar
münəccimlər Balıqlar
bürcündən olan adamlara daha çox yaradıcı fəaliyyətlə,
incəsənət və ədəbiyyatla
məşğul olmağı məsləhət
görürdülər. Müasir
dövrümüzdə isə onlar həm də
siyasətlə, elmi fəaliyyətlə, texnologiya ilə məşğul olur,
yüksək artistlik bacarığı ilə
minlərlə, milyonlarla insanın
diqqət mərkəzində olurlar. Məşhur "Balıqlar": Corc Vaşinqton, Çarlz Darvin , Əbdürrəhim Bəy
Haqverdiyev, Musa Nağıyev,
Əlibəy Hüseynzadə, Süleyman
Rüstəm, Fərman Kərimzadə,
Bəşir Səfəroğlu, Mustafa
Mərdanov, Əlağa Kürçaylı, Mövlud Süleymanlı, Şəmsi
Bədəlbəyli, Vaqif
Mustafazadə, Çak Norris,
Süleyman Ələsgərov
(bəstəkar), İmam
Mustafayev, Elmira Qafarova, Viktor Yuşşenko, İsa
Qəmbər...
|