Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 7
Гостей: 7
Пользователей: 0
Kitabxana
Главная » 2016 » Октябрь » 14 » Baş ağrısı
12:25
Baş ağrısı
Başağrılarının səbəbləri müxtəlif ola bilər: qan azlığı və ya qan təzyiqi, həzm prosesinin pozulması, əsəbi narahatlıq, soyuqdəymə, yorğunluq və s. Həzm pozlunluğu nəticəsində törəyən başağrısını aradan qaldirmaq üçün hər şeydən əvvəl asanlıqla həzm olunan qida maddələrindən istifadə etmək, yorğunluqdan olan adi baş ağrıların sakitləşdirmək üçün gəzintiyə çıxmaq və ya hamamlanmaq lazımdir. Miqren (başın bir hissəsinin ağriması) zamanı adamlar özlərində əzginlik, yorğunluq, daxili narahatlıq hiss edirlər. Ağrı bir müddət davam edir, sonra çəkilir. Bunun səbəbləri müxtəlifdir: qara ciyərin funksiyasının pozulması, dişlərin xarab olması, həddən çox işləmək, çox yağlı xörəklər yemək. Bu cür xəstələr qida rejimini tənzimləməlidir. Ağrı başlayərkən alma şirəsi içmək, boyun və çiyin nahiyələrini bir qədər masaj etmək, pərpərən yarpaqlarını təpitmə kimi ağrıyan yerə qoymaq faydalıdır. Ayaqları ilıq suya salmaq da ağrının sakitləşməsinə kömək edir. Kasnı toxum baş ağrısı üçün xeyirlidir. 25-30q paxla çiçəyini 1L qaynanmış suda dəmləyib işlətmək miqren üçün faydalı hesab edilir. Mərzə də bu baxımdan xeyirlidir. 1 çay qaşığı qurusunu 1 fincan qaynanmış suda dəmləyərək işlədirlər. Miqren və başqa başağrıları zamanı 5-10q reyhanı 1 fincan qaynanmış suda dəmləyir, süzüb bal və ya şəkər ilə bir qədər şirinləşdirərək yeməkdən sonra içirlər. Limon şirəsi müxtəlif başağrıları və baş gicəllənməsi hallarında yaxşı tə”sir bağışlayır. Portağal da baş və əsəb ağrılarına qarşı faydalıdır. Başağrısı zamanı kəklikotu çayından istifadə etmək məsləhətdir. Şiddətli başağrısını sakitləşdirmək üçün kələm yarpağından istifadə etmək olar. Kələmin üst yarpaqlarını əzib yumşaldir, od üzərində bir qədər bişirib, sonra onu ilıq halda ağrıyan yerə qoyur və yun parça ilə bağlayırlar. Gündə 2-3 dəfə bunu təzələmək lazımdir. Reyhan və nanə yarpağını iyləmək də başağrısını sakitləşdirir. Xörəkdən qabaq gavalı yemək məsləhət görülür. Çobanyastığı çiçəyinin dəmləməsi baş xəstəlikləri və baş ağrıları zamanı faydalı dərmanlardan hesab edilir. Baş ağrılarına qarşı faydalı olan bitkilərdən xiyarı, bənövşə, şəbbugülü və xardalı da göstərmək olar. Zəncəfil şirəsini küncüd və ya gül yağı ilə qarışdırıb başa sürtükdə ağrı kəsilir. Göy rəngli, yarımkol bitki olan və kəskin nanə qoxusu verən lavanda (Lavandula stoechas) başağrısı üçün ən kəsərli vasitədir. Onun şirəsini su və ya bal şərbəti ilə içirlər. Gün istisindən əmələ gələn baş ağrısının dərmanı isə üzüm şirəsidir. Onu qaynadıb başin ağrıyan yerlərinə məlhəm kimi sürtmək lazımdir. Həmçinin bu zaman göy süsəni qaynadib suyunu ilıq halda başa sürtmək lazımdir. Zəif baş ağrısı zamanı göy süsəni iyləmək kifayətdir. Zə”fəranı sirkədə həll edib məhlulunu başın ağrıyan yerlərinə sürtükdə ağrı dayanır. Başağrısını dayandirmaq üçün xaşxaşı axşam sirkədə qaynadib sürtmək səhər isə onu gül yağı ilə qarışdırıb iyləməklə özünü asqırtmaq lazımdır. Həmçinin sədəfotu gül yağı və sirkə ilə qatılıb məlhəm kimi kompress edilir. Şüyüd 5 ədəd göy süsənlə suda qaynadılır, alınan məhlul boyun nahiyəsinə sürtülür. Çobanyastığı, yasəmən, sədəfotu, şüyüd və acı badamın yağını qatışdirıb isitmək, sonra onu damcı şəklində burun və qulağa tökmək lazımdir. Yaşıl reyhanı iyləmək, kətan çöpünü yandırmaq və başı onun tüstüsünə vermək zökəm üçün yaxşı dərmandır. Başı əzvayın buxarına vermək zökəm və burun tutulmasına qarşı tə”sirli vasitədir. Təzə lobya zəkəm üçün ziyandır. Qərənfil şərbəti beyinə yaxşı tə”sir etməklə diqqəti toplamağa kömək edir, skleroza qarşı işlədilə bilər. Müşk, ruh düşkünlüyünə qarşı yaxşı dərmanıdır. Sədəfotu yağı ilə 0.05 q kükürdü həll edib buruna damcılatmaqla və ya 0.6 q kükürdü təzə südə qatıb ayın əvvəlində 3 gün, sonunda 3 gün buruna damcılatmaqla özünü asqırtmaq baş gicəllənməsi və bir yerdə qərar tuta bilməmək hallarında yaxşı vasitədir.
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 285 | Добавил: danger | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Октябрь 2016  »
Пн Вт Ср Чт Пт Сб Вс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz