Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 5
Гостей: 5
Пользователей: 0
Kitabxana
Главная » 2016 » Октябрь » 14
Müxtəlif yarmalardan hazırlanmış sıyıqlar çox faydalı qida növüdür. Alimlər yarmaları müalicəvi məhsul hesab edir. Araşdırmalar göstərir ki, yarmalar ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin, xərçəngin riskini azaldır. Təəssüf ki, müasir insanların qidalanmasında sıyıqlar demək olar yox səviyyəsindədir. Sizə ən faydalı sıyıqlardan biri olan düyü sıyığının faydalarını təqdim edirik: 1.Düyü sıyığı azkalorili məhsuldur. Bu səbəbdən bədən çəkisinə nəzarət edən insanlar bu sıyığı öz qidalanmasına rahatlıqla daxil edə bilər. Lakin burada nəzərə almaq lazımdır ki, sıyığa əlavə olunmuş yağ və şəkər tozu onun kalorililiyini xeyli artırır. 2.Düyü sıyığı mürəkkəb karbohidratlarla zəngindir. Bu karbohidratlar orqanizm tərəfindən gec mənimsənilir və bu səbəbdən insan özünü daha uzun müddət ərzində tox hiss edir. Bu isə arıqlamağa kömək edir. 3.Düyü çox yaxşı absorbentdir. Bu o deməkdir ki, düyü bağırsaqlarda olan toksinləri, şlakları və s. ziyanlı maddələri özünə hopdurur və orqanizmdən ... Читать дальше »
Категория: Şəfalı meyvə və Tərəvəzlər | Просмотров: 271 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Arıqlıq köklükdən yaxşıdır. Köklük halında bədən hərəkətdən aciz qalar, damarlar daralar, qan dövranı adi vəziyyətdən çıxar, qəflətən ürəksıxılması, ürəkdöyüntüsü, təngnəfəslik, iflic və s. törədə bilər. Arıqlamaq üçün pəhriz saxlamaq, yağlı və şirin xörəklərdən çəkinmək, xörəkdə turş, duzlu və kəskin ədviyyələrdən (istiot, zəncəfil, cirə, xardal) istifadə etmək, nisbətən quru çörək, arpa və darı çörəyi yemək, soğan, sarımsaq, vəzəri işlətmək məsləhətdir. Yeməkdə sirkə işlətmək də bu baxımdan faydalıdır. Bu zaman 2.4q sədəfotu toxumunu 16.8q yarpağı və zoğu ilə qatıb, bir neçə gün ac qarına yemək məsləhətdir. Həmçinin tərqovucu vasitələr işlətmək çox müsbət tə”sir göstərir. Arıqlamaq məqsədilə kökəlmənin əksinə olan tədbirlər işlətmək, tez-tez hamamlanmaq, hamamda tərləmək, mə”dən sularında çimmək, çoxlu hərəkət etmək kimi profilaktik tədbirlər görmək məsləhətdir. Kökəlmənin qarşısını almaq üçün, əsasən yağlı xörəklərdən ət, süd, pendir, kərə yağı, yumurta, düyü və s. kimi qidalardan p ... Читать дальше »
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 300 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Üzərinə şəkər səpilmiş quşüzümünü səhər-səhər acqarına yedikdə iştaha açılır. Iştaha yaratmaq baxımından istər göy, istərsə də baş sarımsaq yaxşıdır. Qırmızı turp iştahanı açsa da bir qədər ağır həzm olunur, onu təklikdə, yaxud başqa göyərti və tərəvəzlə işlətmək məsləhətdir. Soğan, tərxun, vəzəri, cə”fəri, gərəviz, yerkökü, cuğundur, portağal, naringi, qarpız, ərik, limon, moruq, böyürtkən – hər birisi ayrılıqda iştahanı açandır. Iştaha üçün xörəkdən qabaq üzüm və ya limon şirəsi işlətmək, çiy və ya suda bişmiş turşməzə alma, turşməzə şahtut yemək lazımdır. Böyürtkən şirəsi şahtutun şirəsini əvəz edə bilir. Yetişmiş şaftalı iştahanı açır, susuzluqu yatırır. Zeytun iştahanı açmaqla yanaşı, mə”dəni təmizləyir və həzmi asanlaşdırır. Küncüd və dənli bitkilər isə iştahanı azaldır.
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 293 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Yaxşı çeynəmədən tez udmaq zəiflik, yorğunluq hallarında daha çox baş verir. Həzm orqanlarının xəstəliyi vaxtında müalicə olunmasa, mə”də xorası və başqa hallar baş verər. Hamünasib xörəklər yemək, yeyən zaman çoxlu soyuq su içmək, qızardılmış yağlı xörəklər: ordək əti, qaz əti, çoxlu ədviyyə) şirniyyat işlətmək də həzmin pozulmasına səbəb olur. Belə olduqda səhərlər 10 gün ərzində bir qədər albalı yemək, günortaya qədər başqa xörək yeməmək məsləhət görülür. Armudu yaxşı çeynəyib yemək həzmin pozulmasına qarşı faydalıdır. Bu baxımdan limon şirəsi də xeyirli hesab edilir. Yumurtanın ağını köpüklənə qədər yaxşıca çalır, tədrıcən 2–3 qaşıq qaynanmış sərin su qatır, sonra isə xoşməzə olmaq üçün bir qədər şəkər və turş limon əlavə edib işlədirlər. Çox yeməkdən mə”dəsi zəifləyən şəxslər üzüm suyu rejiminə keçməlidir. Əvvəlcə 6 günlük qısa rejimə, sonra isə 3–4 aylıq uzunmüddətli rejimə keçmək olar. Düyü unu, badam, balqabaq tumunun içi, püstə və fındıq içini bir-birinə qarışdıraraq əzir, süd ... Читать дальше »
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 298 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Qaynanmış lobyanı zeytun yağı ilə yemək adamı kökəldir. Ağ xaşxaş yağı və bağayarpağı suyu içmək də bu baxımdan faydalıdır. Kökəlmək üçün lazım olan qidalardan yağlı toyuq, qaz və ördək əti, dana və quzu əti, inək və qoyun südü, təzə pendir və südlü sıyığı göstərmək olar. Şirin nar, üzüm, yemiş yemək də kökəlməyə müsbət tə”sir göstərir. Ən faydalı vasitələrdən fındıq, püstə, qoz ilə şəkər və ya badam içi ilə şəkər hesab olunur. Kökəlmək üçün şirin və yağlı yeməklər məsləhət görülür. O cümlədən, 30 misqal qabığlı noxudu inək südündə 1 gün isladır, bu müddətdə 3 dəfə südü təzələyir, sonra yeyirlər. 30 misqal yuyulmuş düyünü, həmin miqdarda şəkər, ağ xaşxaş, buğda və qabıqsız arpa, 50 misqal badam ilə qatışdırıb döyür, hər gün ondan 20 misqala qədər işlədirlər. Arıqlıq fikirdən, qəmdən olarsa həyat tərzini dəyişmək, şənlənmək, xoş ətirlər iyləmək, yumşaq paltar geymək və rahat yataqda məsləhət görülür. Kəskin, turş və acı yeməklərdən pəhriz saxlamaq münasibdir. Arıqlamanın səbəbi mə”də zə ... Читать дальше »
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 290 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

1 çay qaşığı acıyovşan yarpağını 2 stəkan qaynar su ilə dəmləyirlər, 20 dəqiqə saxladıqdan sonra süzürlər. Onu gündə 3 dəfə yеməkdən 30 dəqiqə əvvəl ½ stəkan içirlər. Dazıotunu bərk pörtlədərək, ağızı yaxalamaq üçün istifadə еdirlər. Bеlə rеsеpti də istifadə еtmək olar: 1 xörək qaşığı dazıotu üzərinə ½ litr 4-% spirt tökərək 1 gün saxladıqdan sonra süzürlər, 40 damcı bu mayеni ½ stəkan su ilə qarışdıraraq hər gün ağızı yaxalayırlar
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 681 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

1 ç qaşığı xırdalanmış marеna kökünün üzərinə 1 stəkan soyuq su tökürlər, 10 saat saxlayırlar, sonra 5 dəqiqə qaynadıb süzürlər. Bu dozanı səhər isti-isti böyrəklərdə fosfat daşları olduqda kiçirlər.
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 271 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Dəmrovotu otundan 1 xörək qaşığını 2 stəkan qaynar suda dəmləyirlər. 4 saat saxladıqdan sonra, gündə 2 dəfə səhər və axşam yеməyə 15-20 dəqiqə qalmış 1/4-1/2 stəkan içmək lazımdır. Aprеl-may aylarında cavan gicitkanı üstdən 20 sm kəsirlər, diqqətlə yuduqdan sonra xırda-xırda kəsirlər, 1 litrlik bankaya yığırlar və üzərinə qaynanmış su tökərək 10 saat saxladıqdan sonra süzürlər. Əmələ gələn cövhəri mеyvə və tərəvəz şirələri ilə birlikdə uşaqlara içməyə vеrirlər. Bu, qanı allеrgеnlərdən təmizləmə vasitəsi olmaqla, həmçinin sakitləşdirici bir dərmandır. Kərəvizin təzə sıxılmış şirəsindən 1-2 çay qaşığını gündə 3 dəfə yеməkdən 30 dəqiqə qabaq allеrgiyaya qarşı içirlər. Bu müalicə həzmi, bronxiti və duzlaşmanı da aradan qaldırır.
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 286 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Qulaq ağrısını sakitləşdirmək üçün narın içərisini çıxarır, oranı gül yağı ilə doldurub isidir və yarımisti halda ondan qulağa damcıladırlar. Turş nar dənələrini əzib şirəsini qaynatdıqdan sonra, onu eyni miqdarda bal ilə qarışdırıb qulağa damcıladanda da yaxşı tə”sir alınır. Soyuqdəymə nəticəsində baş verən qulaq ağrısını kəsmək üçün sarımsaq şirəsini zeytun yağı ilə qaynadıb ilıq halda qulağa damcılatmaq faydalıdır. Sarımsaq şirəsinin badam və çobanyastığı yağı ilə qaynadılmış qatışığı da buna yaxşı tə”sir edir. Ana südü qulaq ağrısının şiddətini azaldır. Badam və ya qoz yağını ilıq halda qulaqa damcılatmaqla bir neçə günlüyə ağrının qabağını almaq olur. Yumurta sarısını qulağa damcıladanda ağrı sakitləşir. Iltihablı ağrıları kəsmək üçün yumurtanın ağını və sarısını gül yağı ilə qarışdırıb, təpitmə kimi qulağa çəkmək çox xeyirlidir. Şirin nar dənələrini şərabda qaynadıb, həvəngdəstədə yumşalınca döydükdən sonra qulağa məlhəm şəkildə qoyanda da tə”siri yaxşı olur. Ladanı gül yağında b ... Читать дальше »
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 290 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Cinsi fəaliyyətin saxlanması və gücləndirilməsi məsələsi, qədimdə və orta əsrlərdə təbabət elmini diqqət mərkəzində dayanmışdır. Bu məsələdə əsas yer qadalanmaya verilir. Cinsi fəaliyyətin zəifləməsi orqanizmin tez qocalmasına, insanın ruhi və mə”nəvi cəhətdən tez düşməsinə səbab olur. Keçmiş təbiblərin fikrincə razyana və rəhvəni çox işlətmək cinsi fəaliyyəti zəiflədir, bunun əksinə olaraq darçın, istiot, əncir, kahı və püstə cinsi fəaliyyəti gücləndirir. hindqozunun içərisində olan süd kimi maye və yabanı kökdən hazırlanmış mürəbbə ğıcıqlandırıcı xassəyə malikdir. Balıq kürüsü yaxşı qida olmaqla yanaşı, cinsi fəaliyəti qüvvətləndirir. bu məqsədlə ləpəli meyvələrdən qoz və püstə, başqa bitkilərdən mərəçüyüd, səhləb, nanə, südlə bişirilmiş şalğam, səməni halvası və yetişməmiş buğdanı süddə bişirib yemək də yaxşı tə”sir göstərir. Toyuğun içalatı, xaya, balıq və kürü, təzə yumurta, zəncəfil, mixək və başqa istilik gətirən ədviyyələr, cinsi fəaliyyətə müsbət tə”sir göstərən təbii vasitələ ... Читать дальше »
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 315 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Yarpızı qaynadıb suyu ilə yuyunmaq, badımcanı döyüb, az miqdarda acı badam içi ilə qabıb, bənövşə yağı ilə babasilə sürtmək, mərsin yarpağını zeytun zə ya gül yağı ilə babasil üzərinə qoymaq, şam qatranını əridib özü qədər zeytun yağı ilə qatışdıraraq, bir neçə dəfə təpitmə qoymaq babasili təmizləyir və ağrıları sakitləşdirir. Babasili yatıran, ağrılarını sakitləşdirən faydalı vasitələrdən biri də saxsı qabda şam qatranı, qırmızı kükürd, yemişən, kərəviz kökü, üzərik kökü, ilan dərisi, xardal, batbat yandırmaq, bunlar tam yanandan sonra qabın üstündə oturaraq babasili onun tüstüsünə verməkdir. Pərpərən suyu içmək babasilin qanının kəsilməsinə kömək edir. Böyürtkən yarpağından təpitmə qoymaq qanlı babasil üçün yaxşı tə”sir göstərir. Turunc qabığının yağı və hindqozu yağı da baxımdan yaxşıdır. Ardınc toxumlarını döyüb əzir və bal ilə qatıb babasil üzərinə çəkirlər. Qırmızı zırnıxı gül yağı ilə sürtmək də olduqca faydalıdır. Rəvənd suyu içmək, yanmış xaşxaşı döyüb bal ilə qataraq babasil ... Читать дальше »
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 386 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Başağrılarının səbəbləri müxtəlif ola bilər: qan azlığı və ya qan təzyiqi, həzm prosesinin pozulması, əsəbi narahatlıq, soyuqdəymə, yorğunluq və s. Həzm pozlunluğu nəticəsində törəyən başağrısını aradan qaldirmaq üçün hər şeydən əvvəl asanlıqla həzm olunan qida maddələrindən istifadə etmək, yorğunluqdan olan adi baş ağrıların sakitləşdirmək üçün gəzintiyə çıxmaq və ya hamamlanmaq lazımdir. Miqren (başın bir hissəsinin ağriması) zamanı adamlar özlərində əzginlik, yorğunluq, daxili narahatlıq hiss edirlər. Ağrı bir müddət davam edir, sonra çəkilir. Bunun səbəbləri müxtəlifdir: qara ciyərin funksiyasının pozulması, dişlərin xarab olması, həddən çox işləmək, çox yağlı xörəklər yemək. Bu cür xəstələr qida rejimini tənzimləməlidir. Ağrı başlayərkən alma şirəsi içmək, boyun və çiyin nahiyələrini bir qədər masaj etmək, pərpərən yarpaqlarını təpitmə kimi ağrıyan yerə qoymaq faydalıdır. Ayaqları ilıq suya salmaq da ağrının sakitləşməsinə kömək edir. Kasnı toxum baş ağrısı üçün xeyirlidir. 25-30q ... Читать дальше »
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 285 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Orta əsr təbabətinə görə bu xəstəliyin əsas səbəblərindən biri yemək rejiminin və böyrəyin funksiyasının pozulmasıdır. Çoxlu ət, ət məhsulları və heyvan yağları işlədilən ölkələrdə şəkər xəstəliyinə tutulurlar. Ağır yağlar, xörəklər işlədilən adamlara bu xəstəlik tez tə”sir göstərir. Keçmiş həkimlər bu xəstəliyin səbəbini böyrək funksiyasının pozulmasında gördüklərindən, onlar müalicəni də böyrəyin qüvvətlənməsi və onun funksiyasının normallaşması istiqamətində aparmışlar. Əgər xəstələrin (xüsusilə cavan yaşlıların) ümumi vəziyyəti imkan verirsə, onlardan həcəmət qoymaq yolu ilə qan alırlar. Susuzluq zamanı xəstələri soyuq su içməyə qoymur, onları sərin yerdə yatızdırır, böyrək nahiyəsinə sərin kompres qoyur, xüsusilə turş meyvələr verirlər. Şəkər xəstəliyi olan şəxslərdə böyrəyin tənzimlənməsi üçün, soyuq və qəbizlik xüsusiyyəti olan yeməklər, turp yeməklər, qora, zirinc, limon, keşniş, düyü işlətmək, sərin havada olmaq tövsiyə olunur. Qədim təbabətdə xəstələri şəkərli maddələr, o cüm ... Читать дальше »
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 301 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Öskürək müxtəlif olduğu kimi onun səbəbləri də müxtəlif olur. Quru, boğazdan gələn öskürək, bə”zən yarımçıq halda olur. Bronxitdən olan öskürək əvvəlcə quru və qısa, sonra ağrılı və bəlğəmli olur. Uzun müddətli olan qara öskürək adətən uşaqlarda daha çox baş verir. Bu zaman 20q reyhan yarpağı və çiçəyini 20q kəklikotu ilə qatışdırır, üzərinə 1L qaynar su tökür, 10–15 dəq dəm aldıqdan sonra 2 qaşıq bal qatıb, hər yarım saatdan xəstəyə 1 qaşıq verirlər. Yaxud bir ovuc kəklikotunu 1L suda qaynadıb süzür, sonra 250q balı da 1L suda qaynadıb onu da süzgəcdən keçirirlər. Daha sonra bu iki məhlulu qatışdırıb, hər gün 4–6 qaşıq xəstəyə verirlər. Başqa bir vasitə kimi qara turpun içini oyub oraya döyülmüş nabat tökür, 1 gündən artıq saxlayır və əmələ gələn qatı şirədən gər dəfə 1 qaşıq içirlər. Öskürəyə qarşı 30q təzə və ya quru heyva çiçəyini 1L suda dəmləyərək öskürəyə qarşı işlədirlər. Heyva mürəbbəsi sinəni yumşaldır, öskürəyi sakitləşdirir, təngnəfəslik hallarına qarşı münasib hesab edilir ... Читать дальше »
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 357 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Müalicə tədbirlərinin siyahısı Öd kisəsinin xəstələnməsi və ya şişi həzm prosesinin pozulması, köp yaranması, ürək bulanma və qızdırma ilə nəticələnir. Xəstəlik zamanı ilk növbədə istirahət etmək, sadə və sulu xörəklər işlətmək lazımdır. Bu zaman innab və qaynanmış arpa suyu yaxşı tə”sir göstərir. Kasnı şirəsi, kahı, cücə və təzə pərpərən işlətmək faydalıdır. Duzlu və yağlı xörəklərdən, yumurta yeməkdən pəhriz saxlamaq lazımdır. Öd kisəsi xəstəliyi və öd yolunun tutulması zamanı, qida rejiminin pozulması böyük narahatlıq doğurur. Qeyd etmək lazımdır ki, sinir sistemində olan pozğunluq, çox fikirləşmək, qüssələnmək, daxili iztirablar, uğursuzluq və ümidsizlikdən doğan ruh düşgünlüyü, qorxu və başqa duyğular da öd kisəsinin funksiyasının pozulmasına öz tə”sirini göstərir. Xəstəliyin müalicəsi üçün üzüm rejimi saxlamaq, turş üzüm işlətmək lazımdır. Turş üzüm olmasa şirin üzüm şirəsini çəkib, ona bir qədər su qatmaqla şirinliyini azaldıb, istifadə etmək olar. Bir müddət hər gün turş üzüm, ... Читать дальше »
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 276 | Добавил: danger | Дата: 14.10.2016 | Комментарии (0)

Вход на сайт
Поиск
Календарь
«  Октябрь 2016  »
Пн Вт Ср Чт Пт Сб Вс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz