Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 9
Гостей: 9
Пользователей: 0
Kitabxana
Главная » 2015 » Май » 13 » Bes sonra?
14:42
Bes sonra?
Çox zəngin bir biznesmen dəniz sahilindəyerləşən kiçik birqəsəbədə istirahət edirdi.Bir günsahildə gəzənzaman gözü kiçik bir balıqçı qayığına sataşdı. Qayığı sahilə tərəf gətirən cavan bir oğlan qayıqdan düşərək onun ipini sahilə basdırılmış dəmir parçasına bərkitdi. Biznesmen qayığa tərəf yaxınlaşanda gördü ki, içərisində bir neçə balıq var. O, cavan oğlana “Tutduğun balıqlar çox gözəl və keyfiyyətli balıqlardır.” dedi. Cavan oğlan da biznesmenə xoş sözlərinə görə təşəkkür etdi. Daha sonra biznesmen davam etdi:“Bu balıqları tutmaq üçün nə qədər vaxt sərf etdin?” “Təxminən bir-iki saat.” “Onda nə üçün bir neçə saat da qalıb daha çox balıq tutmadın?” “Tutduğum balıqlar mənim bir günlük ehtiyacımı ödəyir.” “Bəs qalan vaxt nə iş görürsən?” “Uşaqlarımla oynayıram, günorta bir qədər yatıram, həyətdəki bağda işləyirəm, dostlarımla söhbət edirəm, qısacası çox sakit və xoş bir həyatım var.” Bizmesmen öz savad və təcrübəsinə güvənərək lovğa şəkildə “Mən biznes sahəsində böyük təcrübəyə malikəm istəyirsənsə sənə kömək edə bilərəm” dedi. Sonra da tövsiyələrinə başladı: “Əvvəla balıq tutmağa daha çox vaxt sərf etməlisən və pul qazanmalısan. Sonra daha böyük bir qayıq alaraq daha çox pul qazanmalısan. Daha sonra isə ondan da böyük bir qayıq almalısan.” “Bəs sonra?” “Sonra tutduğun balıqları alverçiyə satmaq əvəzinə konserv fabriklərinə birbaşa özün satmalısan. Nəhayət öz kosnerv fabrikini qurmalısan. Beləcə həm malı, həm malın emalını, həm dəsatışını öz nəzarətində saxlayarsan. Təbii ki, bunun üçün sahildə yerləşən bu kiçik qəsəbədən böyük şəhərə köçməlisən. Sonra daha böyük şəhərə köçməli və işini böyütməlisən.” “Bu işlər nə qədər vaxt aparar?” “15-20 il” “Bəs sonra?” Biznesmen gülümsəyərək cavab verdi: “İşin ən gözəl hissəsi bundan sonra başlayır. Vaxtı çatanda şirkətininsəhmlərinin bir hissəsini xalqa satırsan və bu yolla milyarder olursan.” “Hmm…bəs sonra?” “Sonrası məlumdu də, təqaüdə çıxırsan. Təqaüdə çıxdıqdan sonra sahildə yerləşən kiçik bir qəsəbəyə köçürsən. Orada nəvələrinlə oynayır, günortalar yatır, həyətində olan bağda işləyir və dostlarınla söhbətləşirsən.” Balıqçı bu sözləri dinlədikdən sonra biznesmenə ömür boyu unutmayacağı bu sözləri dedi: “Sizin dediyiniz bu sakit və xoşbəxt həyatı mən indi, yəni gəncliyimdə yaşayıram. Bunun üçün illərlə gözləmək nəyə lazımdır?”
Категория: Maraqli Hekayeler | Просмотров: 314 | Добавил: danger | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Май 2015  »
Пн Вт Ср Чт Пт Сб Вс
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz