1. Adi amöbanın 1 ifrazat qovuqcuğu olur. 2. Çoxalma zamanı bir amöba 2 yerə bölünür. 3. Yaşıl evqlenanın 1 qamçısı olur. 4. Yaşıl evqlenanın 1 ifrazat qovuqcuğu var. 5. Yaşıl evqlenanın 1 qırmızı gözcüyü var. 6. Yaşıl evqlenanın 20-dən çox xloroplastı olur. 7. Evqlena 2 yerə bölünməklə çoxalır. 8. Bir volvoks koloniyasmda 1000-ə qədər hüceyrə ola bilər. 9. Hər bir volvoks hüceyrəsində 1 nüvə və 1 xloroplast olur. 10. Hər bir volvoks hüceyrəsində 2 qamçı olur. (1 koloniyada 2000 qamçı) 11. İnfuzor-tərliyin 2 ifrazat qovuqçuğu və 2 nüvəsi olur. 12. İnfuzor-tərlik sutkada 1 dəfə bölünür. 13. Çoxalma zamanı bir tərlik 2 yerə bölünür. 14. Hidranın minimum 5, maksimum 12 qolcuğu ola bilər. 15. Hidranın xarici qatında (ektodermada) 5 müxtəlif növ hüceyrə olur. (Sinir, dəri-əzələ, cinsi, aralıq, dalayıcı) 16. Hidranın daxili qatırtda 1 növ hüceyrə olur. (həzm) 17. Hidranın hər bir mayalanmış yumurtasından 1 yetkin fərd inkişaf edir. 18. Ağ planarinin bədəninin ön hissəsindo 2 göz və 2 qısa çıxıntı olur. 19. Ağ planarinin bağırsağı 3 şaxəyə bölünür. (1-i önə, 2-si arxaya) 20. Hər bir ağ planarinin bədənində 2 yumurtalıq və çoxlu toxumluq var. 21. Qaraciyər sorucusunda 2 sormac (lağız və 1 qann) olur. 22. Qaraciyər sorucusunun sürfələri 2 cür olur. (kirpikli, quyruqlu) 23. Öküz soliterinin hər buğumunda 1 yumurtalıq olur. 24. Öküz soliterinin sürfəsi 6 qarmaqlıdır. 25. İnsan askaridində 3 dodaq olur. 26. Dişi askariddə 2 yumurtalıq, erkək askariddə isə 1 toxumluq var. 27. Soxulcanın hər buğumunda 1 cüt (2 ədəd) ifrazat — borucuğu olur. 28. Göl ilbizinin çanağı 4-5 burumludur. 29. Göl ilbizinin baş hissəsində 2 həssas çıxıntı və 2 göz olur. 30. Göl ilbizinin ağciyəri 1 ədəddir. 31. Göl ilbizinin böyrəyi 1 ədəddir. 32. Göl ilbizinin ürəyi 2 kameralıdır. (1 qulaqcıq, 1 mə'dəcik). 33. Anadontanın çanağı 2 taydan təşkü olunub 34. Anadontada 2 sifon olur.- 35. Anadontada 3 cüt sinir düyünü var. 36. Bütün molyuskalarda ancaq 1 ayaq olur. 37. Çay xərçəngində 1 cüt uzun və 1 cüt qısa bığcıq var. 38. Çay xərçənginin 3 cüt çənəsi (1 cüt üst, 2 cüt alt) ve 3 cüt çənə ayaqlan var. 39. Çay xərçəngində 1 cüt qısqaç, 4 cüt (8 ədəd) yerimə ayaqlan olur. 40. Çay xərçənginin yerinə ayaqlarının I-II cütlərində qısqaclar olur, III — IV cütlərində isə olmur. 41. Çay xərçənginin qarıncığı 6 buğumdan təşkil olunub və burada 4 cüt üzmə qarıncıq ayaqları yerləşir. 42. Çay xərçənginin quyruq üzgəci 5 pərlidir. 43. Çay xərçənginin mə'dəsi 2 şö'bədən ibarətdir. (dişcikli, lövhəcikli). 44. Xaçh hörümcəkdə 8 sadə göz olur. 45. Xaçlı hörümcoyin 1 cüt üst çənəsi və 1 cüt ayaq-qolcuqları olur. 46. Xaçh hörümcəyin 4 cüt (8 ədəd) yerimə ayaqları var. 47. Xaçh hörümcəyin 3 cüt (6 ədəd) tor ziyilciyi olur. 48. May böcəyinin 1 cüt bığcığı və 2 cüt qolcuğu olur. 49. May böcəyinin yerimə ayaqlan 3 cütdür. (6 ədəd) 50. May böcəyində 1 cüt dodaq və 2 cüt çənə olur. 51. May böcəyinin döşü 3, qanncığı isə 8 buğumludur. 52. May böcəyinin qanadlan 2 cütdür. (II döş buğumundan sərt qanadüstlüyü, III döş buğumundan isə pərdəşəkilli qanadlar inkişaf edir) 53. May böcəyində 3 ədəd döş sinir düyünü yaxşı inkişaf edib. 54. May böceyinin erkəyində 2 toxumluq, dişisində isə 2 yumurtahq olur. 55. May böcəyi öz inkişafı zamanı 3 dəfə sürfe merhələsində, 1 dəfə yctkın fərd mərhələsində qışlayır. 56. Dişi kələm kəpenəyinin ön qanadının hər birində 2, cəmi 4 qara xal olur. 57. Bal ansının 5 ədəd gözü (2 mürəkkəb, 3 sadə) olur. 58. Neşterçənin ağzı ətrafında 20 cüt (40 ədəd) çıxm-tı olur. 59. Çay xanısında 2 döş, 2 qarın, 2 bel, 1 quyruq və 1 anal üzgəci (cəmi 8) olur. 60. Çay xanısının bədəni 3 hissədən ibarətdir. (baş, gövdə, quyruq) 61. Çay xanısında burun dəliyi 2 cütdür. 62. Balıqların ürəyi 2 kameralıdır. (1 qulaqcıq, 1 mə'dəcik) 63. Çay xanısının onurğa sütunu 2 şöbəyə bölünür. (gövdə, quyruq) 64. Çay xanısında hər bir gövdə fəqərəsində 1 cüt qabırğa birləşir. 65. Çay xanısında 4 cüt (8 əded) qəlsəmə olur. 66. Bə'zi bahqlarda (treska, nalim. çəki) 1 cüt bığcıq olur. 67. Qığırdaqlı balıqlarda bədənin hər tərəfındə 5-7,cəmi 10-14 qəlsəmə yarığı olur. 68. Qurbağanın hər bir gözündo 1 cüt göz qapağı olur. 69. Qurbağanın qabaq ətrafının hər birində 4, dal ətrafmın hər birində isə 5 barmaq olur. (comi 18) 70. Qurbağanın cəmi 1 boyun fəqərəsi olur. 71. Qurbağanın hər bir dal ətrafında 4, cəmi 8 üzmə pərdəsi olur. 72. Qurbağanın ön ətraf qurşağına 7 sümük daxildir. (2 qarğa, 2 körpücük, 2 kürək, 1 döş). 73. Qurbağada 7 ədəd gövdə fəqərəsi olur. 74. Qurbağanın ürəyi 3 kameralıdır. 75. Kürü tökülməsi ilo çömçəquyruğun kiçik qurbağaya çevrilməsi arasında 2-3 ay vaxt keçir. 76. Çömçəquyruğun ürəyi 2 kamcrahdır. 77. 1 — 2 həftədən sonra qurbağa kürüsündon çömçəquyruq çıxır. 78. Kərtənkələnin hər bır gözündə 2 göz qapağı və 1 qırpma pərdəsi var. 79. Kartənkələnin hər bir ayağında 5 barmaq (cəmi 20) vardır. 80. Kərtənkələ mövsüm ərzində 4-5 dəfə qabığını dəyişir. 81. Kərtənkələnin boynunda 8 fəqərə olur. 82. Kərtənkələnin ürəyi 3 kamerahdır. 83. Zəhərli ilanlarda 1 zəhər vəzisi olur. 84. Tısbağanın onurğasının 3 şöbəsi (döş, bel, oma) çanağa hərəkətsiz birləşir. ] 85. Timsahın ürəyi 4 kameralıdır. 86. Quşların dərisində ancaq 1 vəzi (büzdüm vəzisil olur. 87. Göyərçinin qabaq ətraflarının hər birində 3, dal ətraflarının hər birində 4 barmaq (cəmi 14) olur. 88. Göyərçinin mə'dəsi 2 şö'bədən ibarətdir. 89. Quşların ürəyi 4 kameralıdır. 90. Quşların erkəyində 2 toxumluq, dişısində 1 yumurtahq olur. 91. Dəvəquşunun dal ətraflarının hər birındə barmaqlann sayı 2 — dir. 92. Su quşlarının (qaz, ördək, durna) hər bir ayağında 2 üzmə pərdəsi olur. (cəmi 4 pərdə). 93. Arxeopteriksdə 20 quyruq fəqərəsi olmuşdur. 94. İt tüklərini ildə 2 dəfə dəyişir. 95. Məməlilərdə boyun fəqərələrinin sayı 7-dır. 96. Məməlilərin döş hissəsində adətən 12-dən 15-ə qədər fəqərə ola bılər. 97 Məməlilərdə bel fəqərələrinin sayı 2-dən 9-a qədərdir. 98. Məməlilərin quyrugunda ən azı 3 fəqərə olur. 99. Məməlilərin ürəyi 4 kameralıdır. 100 Siçankimilərdə boğazlıq dövrü 11-15 gün çəkir. 101. Ev ıtinin 8 əmciyi olur. 102. Göy balina ən ağır çəkili heyvan olub çəkisi 150 T-a çala bilər. 103. Fılin çəkisı 4-5 T-dur. l04. Cütdırnaqlıların hər bır ətrafında 2 və ya 4 barmaq ) olur. 105. Təkdırnaqlıların hər bir ətrafında I və ya 3 bar-maq olur. I06. Yarasanın qabaq ətrafında baş barmaqdan başqa qalan 4 barmaq dəri pərdə ilə örtülmüşdür. 107. Yarasanın 12 barmağı dəri pərdə ilə əhatə olunmayıb. 108. Balinakimilərdə 2 ətraf olur. (arxa ətraflar reduksiyaya uğrayıblar).
|