Qədim Babil münəccimləri
Buğa bürcü altında dünyaya
gələnləri varlı və öz
mənafeyini hər şeydən üstün
tutan adamlar adlandırırdılar.
Əgər bundan əvvəl yola saldığımız Qoç bürcü
cəmiyyətdə və siyasi
həyatda gərginlik yaradırdısa,
Buğa bürcünün Göy qübbəsinə
hakim kəsildiyi dövr nisbətən
sabit keçir. Münəccimlərin qənaətlərinə görə, Buğa
bürcünün əhatə etdiyi
məqamlarda hava mülayim
və sakit keçir. Bu isə haqqında
yazdığımız Zodiak işarəsinin
təmkinliliyi ilə əlaqədardır. Torpağa bağlı olan Buğa
bürcündə müəmmalı cəhətlər
çox olduğundan hələ də onun
xarakteri tamamilə aşkar
olunmayıb. Müşahidələr
göstərir ki, təbiətin ən gözəl çağına təsadüf edən Buğa bürcü həm də toy-nişanla zəngin keçir.
"Qoç"la müqayisədə Buğa
bürcünün əhatə etdiyi dövr
kifayət qədər sakit olur.
Haqq-ədalətin, tapdanmış
hüquqların bərpası, kəskin qarşıdurmaların sonuclanması
da məhz bu ərəfəyə təsadüf
edir. Hesablamalar göstərir ki,
Buğa bürcünün yalnız 1-ci
dekadası (21-30 aprel) insanlar
üçün təlatümlü keçir, qalan dekadalarda isə həqiqət üzə
çıxır, müəmmalı hadisələrə
aydınlıq gəlir. Müasir dünya
münəccimlərinin qənaətincə,
cinayət işlərinin ən çox
açılması da məhz bu zodiakın əhatə etdiyi müddətə düşür.
Amma Buğa bürcü
məmləkətimiz üçün o qədər
də əhəmiyyətli deyil. Çünki
sənayedə, elm və təhsildə nə
qədər uğurlarımız olsa da, hərbi zəmində zaman-zaman
yalnız məğlubiyyətlərlə
üzləşmişik. Bu səbəbdən də
hər dəfə "Buğa"nın təmkinini
pozmamalı, onun nazıyla
oynamalıyıq. Ulduzlar sistemində ikinci yeri
tutan Buğa bürcü təxminən
aprelin 21-dən mayın 21-nə
qədər olan dövrü (32 günü)
əhatə edir. Ünsürü torpaq,
planeti Venera, xoşbəxt rəqəmi 6 (6-ya bölünən bütün
rəqəmlər), uğurlu günü cümə,
uğursuz günü çərşənbə
axşamı, astrolji rəngi ağ, yaşıl,
narıncı və yasəməni, qiymətli
daşı isə brilliyant, opal və Ay daşıdır. Bu zodiak Göy
qübbəsində təqribən 800
kvadrat dərəcəlik sahəni
əhatə edir. Onun tərkibində
230-dan artıq ulduz var və
onlardan yalnız 25-ni adi gözlə görmək mümkündür. Buğa
bürcündə parlaq ulduzlar,
eləcə də iki böyük ulduz
toplusu var.
Buğa bürcünün planeti olan
Venera astronomik hesabla ikinci yeri tutur. Yəqin
çoxlarınız bu planetin Dan
ulduzu adlandırıldığını da
bilirsiniz. Çünki Venera, Günəş
və Aydan sonra yerdən
görünən ən parlaq obyektdir. Qədim romalılar onu sevgi,
gözəllik və izdivac ilahəsi
Veneranın şərəfinə belə
adlandırıblar. Bu planetin
radiusu 6050 km, elementi
hava, tərkibi istilik, xarakteri isə hakimlikdir. Müasir
astrologiyada artıq üç ildir ki,
Yerin təbii peyki olan Ayı da
Buğa bürcünün himayədarı
kimi qələmə verirlər.
Bu Zodiak işarəsi altında dünyaya gələn adamlar ilk
növbədə yüksək
qabiliyyətləri və
əməksevərlikləri ilə diqqəti
cəlb edirlər. Onlar hətta
mənasız görünən məsələlərdə də ciddi nüanslar tapırlar.
Güclü yaddaş, özünə inam,
dəqiqlik, hədsiz təmkin bu
adamların ən mühüm
keyfiyyətlərindən hesab
olunur. Belələri ətrafda cərəyan edən hadisələrə
tələsik reaksiya vermir, hətta
hər şey aşkarlansa belə, fikir
bildirməyə tələsmirlər. Hər
bir məsələdə vaxtı uzatmağı
sevən "buğa"lar nadir hallarda yanılırlar. Onların qapalılığı
ünsiyyətdə olduğu adamlarda
ikrah hissi doğursa da, ciddi
görkəmləri və yüngüllükdən
uzaq olmaları münasibətlərin
korlanmasına mane olur. "Buğa"ların nə düşündüyünü
və hansı addımlar atacağını
öyrənmək çox çətindir. Çünki
bu bürcün sakinləri ən yaxın
simsarlarına belə sirr vermir,
gələcək perspektivlərini hamıdan gizlədirlər. Riskdən
uzaq olan bu adamlar adətən
tələsmir, hər şeyi öz axarında
həll etməyə çalışırlar.
"Buğa"lar o qədər dözümlü
olurlar ki, bəzən onların hər şeydən məhrum olduğunu
zənn edirlər. Lakin gərgin
situasiyalardan elə ustalıqla
çıxırlar ki, hamı inanılmaz
dərəcədə təəccüblənir.
Bəri başdan nəzərinizə çatdıraq ki, bu bürcə aid
olanlar ən darıxdırıcı
insanlardır. Onların öz
həmsöhbətləri ilə ünsiyyəti
yalnız Miriş demişkən, "Salam.
Sağ ol" çərçivəsindən çıxmır. Əgər siz bir kişi ilə tanış
olarkən cəmi beş dəqiqə sonra
onunla söhbətdən
bezirsinizsə, çox ehtimal ki,
yeni tanışınız Buğa
bürcündəndir. Orta əsr münəccimlərinin
qənaətincə, Qadın-buğalar çox
tamahkar olur, ən gözəl, ən
yaraşıqlı oğlanları
ovsunlamağa çalışırlar.
Ümumiyyətlə, bu adamlar həddindən artıq xidmət
göstərən olur, işlədikləri
müəssisənin şərəfini
qaldırmaqdan və müəssisə
rəhbərəni razı salmaqdan
böyük zövq alırlar. "Buğa"larla yaxşı ünsiyyət
yaratmaq üçün onların
xarakterinə uyğun davranış
nümayiş etdirmək lazım gəlir.
Hər hansı yumor, yüngül
hərəkət, çılğınlıq və ya yalançı meyllər ağır nəticələr
verə bilər. Bizim leksikonda
işlədilən "yerəbaxan" sözünü
haqqında yazdığımız zodiaka
şamil etsək, heç də
yanılmarıq. Lakin onların sakitliyini fağırlıq və ya
qorxaqlıq kimi qəbul etmək
də səhv olardı. Çünki onlara
"sataşmaq" çox təhlükəlidir.
Ən azı ona görə ki, belələri
hiddətlənəndə mütləq qisas alırlar, hətta 20 il keçsə də.
"Buğa"ların nəyə maraq
bəslədiyini bilmək kiməsə
nadir hallarda müyəssər olur.
Məktəb illərində heç vaxt
qabaqcıl şagird olmasalar belə, bu, heç də onların passiv
oxumasına dəlalət eləmir. Hər
şeyə qiymət verən "buğa"lar
qənaəti sevir, yığımcıl olurlar.
Hətta həddi-buluğa çatmamış
övladlarında bu qabiliyyəti görən valideynlər öz
"qaraqabaq" uşaqlarının
gələcəyinə ümidlə yanaşırlar.
Yeri gəlmişkən, nəzərinizə
çatdırırıq ki, Buğa bürcü
altında doğulan hər kəs - istər qadın olsun, istərsə də kişi -
gözəl aşbazlıq qabiliyyətinə
malik olurlar.
Yəqin çoxlarınız bilmirsiniz ki,
bürclər arasında ən varlısı da
məhz "buğa"larla "oxatan"lardır. İkincilər var-
dövlətə əziyyətləri və
dostlarının köməyi ilə
çatırlarsa, birincilər buna
bəxtləri və ağılları hesabına
yetişirlər. Onlar özlərindən və ailələrindən daha çox
başqalarının mənafeyini təmin
etməyə üstünlük verirlər. Bu
bürcdən olanlarda bir qədər
hiyləgərlik də var. Lakin onlar
bunu yalnız lazımi məqamda icra edirlər. Məsələn, öz
ideyalarının obyektiv
olduğuna valideynlərini
inandırmaq, münasibətləri
soyuqlaşan iki şəxs arasında
sülh yaratmaq üçün biclik işlədirlər. O ki qaldı
"buğa"ların sevgisinə, bu
barədə bəzi incə nüansları
nəzərinizə çatdırmaq istərdik.
Öncə qeyd edək ki, "buğa"lar
sevgidə çox tələbkardır. Hər nə istəsən, etməyə qadirdilər.
Amma bunun əvəzini də
görməyə çalışırlar. Cüssəli,
qamətli, qəşəng görkəmli
"buğa"ların məhəbbətini
qazanmaq istəyirsinizsə, əvvəlcə özünüzə fikir verin.
Çünki onlar sevdiyi adamı
gözəl və yaraşıqlı görmək
istəyirlər. Siz dəbə uyğun,
zövqlə geyinməyi
bacarmalısınız. Ehtiraslı "buğa"nı intim əlaqələrdə də
razı salmaq çox çətindir. Siz
məhəbbətin bütün sirlərinə
yiyələnməlisiniz. Əks halda,
onlar sizə qarşı bütün
maraqlarını itirəcəklər. Hələ qədimlərdə bu bürc
altında dünyaya gələnləri
hakimiyyətə iddialı hesab
edirdilər (2-ci Yekaterina, 2-ci
Nikolay, Karl Marks, Mustafa
Kamal Atatürk, Vladimir Lenin, Heydər Əliyev, Ayaz
Mütəllibov, Səddam Hüseyn
və başqaları). Onların ticarət
sahəsində məşhurlaşacağını da
bildirirdilər. Lakin "buğa"lar
səyyah, incəsənət xadimi və icmalçı kimi də məşhurlaşırlar.
Bu adamlar daha çox rəhbər
vəzifələrdə çalışırlar. Çünki
Buğa bürcünün sakinləri
digərlərinə nisbətən
idarəetmə funksiyasını mükəmməl bilirlər.
Məşhur "buğa"lar: 2-ci Nikolay,
Lenin, 2-ci İohann Pavel, Karl
Marks, Sirus Təbrizli, Sabir
Rüstəmxanlı, Uilyam Şekspir,
Rabindranat Taqor, Al Paçino, Anatoli Karpov, Adil
İskəndərov, İsmayıl Osmanlı,
Əjdər İbrahimov, Həsənağa
Turabov, Həsən Əbluc,
Məhluqə Sadıqova, Səid
Rüstəmov, Rəsul Rza, Ətayə Əliyeva, Kamal Xudaverdiyev
və başqalarıdır.
|