Ulduzlar sistemində 11-ci yeri
tutan Sutökən bürcü
təxminən yanvarın 21-dən
fevralın 19-na qədər olan
dövrü əhatə edir. Ünsürü
hava, planeti Saturn və Uran, düşərli günü çərşənbə və
şənbə, düşərsiz günü bazar,
uğurlu rəngi göy-yaşıl,
bənövşəyi və boz, uğursuz
rəngi qara, uğurlu daşı sirkon,
parıldayan sapfir, ametist və opal, metalı qalay, enerji
verən çiçəyi yasəmən və
nərgiz, uğurlu rəqəmi 2, 4, 8
və 9, müxalif bürcü Şir, şanslı
ölkələri isə Rusiya, İtaliya,
Danimarka və Kanadadır. Sutökən bürcü ictimai
həyatda, eləcə də insanların
taleyində mühüm rol oynayır.
Klassik Şərq astrologiyasında
bu bürc altında doğulan
adamları yüksək qiymətləndirir, onları mələk
xislətli adlandırırdılar. Qədim
Babilistanda isə bu Zodiakın
hakim olduğu dövrü
müqəddəs ərəfə hesab edir,
onun gəlişinə dualar oxuyurdular.
Elmi kəşflərə, xeyir işlərlə
əlaqədar danışıqların
aparılmasına, uzunmüddətli
haqsızlığa son qoyulmasına
zəmin yaradan Sutökən dövrü Xeyirlə Şərin bir araya
gəlməsinə mane olur, onların
arasında kəskin sədd yaradır.
Sutökən digər bürclərə
nisbətən daha böyük sahəni
tutur. Belə ki, onu əmələ gətirən ulduzlar Göy
qübbəsinin 980 kvadrat
dərəcəlik sahəsində yerləşir.
O, ulduzlar sisteminin Cənub
yarımkürəsini tamamilə
əhatə edir. Adi gözlə görünən 90 ulduz və əsrarəngiz
planetar dumanlıq da məhz bu
bürcün bəxtinə düşür. Yeri
gəlmişkən, həmin
dumanlıqdan "İlbiz" adlananı
Göy qübbəsində ən parlaq və böyük dumanlıqdır. Onun
temperaturu 130 min
dərəcəyə çatır. Qəribə də olsa,
Sutökən bürcündə cəmi bir
parlaq ulduz var ki, onu da
"Səadəl-məlik" ("Hökmdarın səadəti") adlandırırlar.
"Sutökən"in "gecə evi" olan
Saturn astronomik sırada 5-ci
yeri tutur. Onu eyniadlı Roma
allahının şərəfinə belə
adlandırıblar. Astrologiyanın yarandığı ilk dövrlərdə bu
planeti yeraltı aləmin hakimi
hesab edir, onun himayəsinə
daxil olan adamlara qazıntıda,
şaxtada (indi yəqin ki, metro
da bu sıraya aiddir - S.R.) işləməyi məsləhət
görürdülər. Antik dövrün
münəccimləri Saturnu "Qəmli
xatirələr planeti" (bəzi
mənbələrdə "Böyük
bədbəxtlik planeti") adlandırırdılar. Onun radiusu
60100 km, elementi torpaq,
tərkibi soyuqluq, xatakteri
isə şöhrətpərəstlikdir.
Əgər "Sutökən"lərin bəxtində
Uran olmasaydı, yəqin ki, onlar "Oğlaq"lardan o qədər
də fərqlənməzdilər. Haqqında
yazdığımız ikinci planet
astronomik hesabla 7-ci yeri
tutur. Onun kəşfi 1781-ci ilə
təsadüf edir və yunan səma allahı Uranın şərəfinə belə
adlanır. Onun radiusu 24500
km, elementi hava, tərkibi
istilik, xarakteri hakimlikdir.
Hələ qədim babil
münəccimləri Sutökən bürcündə doğulanlarda ziddiyyətli xarakter
olduğunu, bu adamların
daxilində daima mübarizə
getdiyini bildirirdilər. Yəqin
bu qənaətə gəlməyə səbəb
onların iki əksqütblü planetə məxsus olmalarıdır. Belə ki,
əgər Saturn bədbəxtlik,
xəstəlik, soyuq münasibət,
"əbədi" düşmənçilik təlqin
edirsə, Uran istiqanlılıq,
nikbinlik, yüksək enerjili fəaliyyət yaradır.
"Sutökən"lərin ikili xarakteri
onları daima narahat edir,
bəzən əsəblərinə də səbəb
olur. İradələrini toplamağı
bacaranlar Saturndan "ayrılıb" Uranın "himayəsinə" daxil olur
və bununla da məşhurlaşırlar.
Yeri gəlmişkən, müasir
astrologiyanın ən məşhur
nümayəndəsi Linda Qudmen
"Sutökən"ləri "uranlılar" adlandırmaqla, onları yalnız bu
planetə şamil edir.
Bu bürcün sakinləri gözəl
intuisiyaya malik, mütaliəni
sevən və ürəyigeniş olurlar.
"Sutökən"lərin zəngin daxili aləmi olsa da, onlar çox vaxt
bunu gizlədirlər. Belə adamlar
həssas olduqlarından
qarşılarındakı hər kəslə
asanlıqla dil tapır, dostluq
edirlər. Onlara elə gəlir ki, dünya yalnız yaxşılardan
ibarətdir. Amma görəndə ki
düşündükləri alt-üst olur və
onu incidirlər, bundan bərk
sarsılırlar. Uzun zaman azəri
"Sutökən"lər arasında apardığımız müşahidələr
bizdə bəzi qənaətlər yaratdı.
Öyrəndik ki, onlar iki qrupa
bölünürlər: sarışınlar və
qarabuğdayılar. Bu qrupların
müsbət cəhətləri üst-üstə düşsə də, qüsurlarında kəskin
fərqlər də var. Belə ki,
birincilər əsasən sadəlövh və
yelbeyin, ikincilər isə
hövsələsiz və tez ruhdan
düşən olurlar. Məhəbbət məsələlərində bu
işarə altında dünyaya gələn
adamları ilk söhbətdən başa
düşmək olmur. Bəzən hətta
onu zövqümüzə uyğun hesab
etmirik. Bir müddət sonra isə o, sevimli dostumuza çevrilir.
"Sutökən" sevgidə azadlığa
və sərbəstliyə üstünlük verir.
O, sevgi münasibətlərinə
dostluq münasibətləri kimi
baxdığı üçün ikrah doğurmur. "Sutökən" məhəbbət
haqqında nağılların
qəhrəmanıdır. Bu bürcdən
olanlar öz sevgisi uğrunda
həmişə mübarizə aparır.
Seksual davranışlarda gözlənilməzliyi sevən bu
adamlar tərəf-müqabilini
asanlıqla qane edir.
Bu adamlar fövqəltəbii və
dərkolunmaz bacarıqlara
malikdir. Tez-tez qəribə yuxular görür və
gördüklərini çox gözəl şərh
edirlər. "Sutökən"lər güclü
öncəgörməyə malikdirlər.
Onların bilik və hissləri,
duyum və intuisiyaları həqiqəti söyləməyə imkan
yaradır. Əksər hallardasa
falabaxma ilə məşğul olurlar.
"Sutökən"lər bədnəzərə qarşı
zəifdir, lakin asanlıqla və qısa
zamanda öz güclərini bərpa edə bilirlər. Onlar, ələlxüsus da
kişilər bəzən energetik
vampirlərə, şər qüvvələrə də
çevrilirlər. Bu bürcə mənsub
insanlar pis, bədniyyətli
insanları xüsusilə hiss edir və belə cəmiyyətdə özlərini çox
narahat hiss edirlər. Bir qayda
olaraq sevgi magiyası ilə
maraqlanmırlar. "Sutökən"ləri
nəyəsə məcbur etmək çox
çətindir. Onlar tam azadlığı xoşlayırlar.
Karmik bilgilərə görə, bu
adamlar əvvəllər heç cür
birləşməyəni birləşdirir, heç
kimin görmədiyini görür, heç
kimin baxmadığı prizmadan baxırlar. Ümumiyyətlə,
"Sutökən" böyük elmi kəşflər
və proqress işarəsidir. O, tez-
tez müasirlərinin başa düşə
bilmədiyi şeylər haqqında
düşünür və danışır. Bu işarə ağıllı və ətrafa qarşı çox
diqqətlidir, lakin o soyuq
fərddir. Bu səbəbdən də İlahi
İradə ona beyni vasitəsilə
çatdırılır. O, özü üçün tapmaca
hesab etdiyi şeylərə maraq göstərir, öz ideyalarının
təcrübi tətbiqinə can atmır.
Ali Sutökən geniş baxışlara
malikdir, öz dövrünü illərlə
qabaqlayır. Onun əsas vəzifəsi
- çoxsaylı, qarışıq ideyalarını nizama salmaqdır. Yalnız bu
zaman o, köhnə elementlərin
yeniləri ilə əlaqəsini başa
düşərək nəsə yeni bir kəşf
edə bilər.
"Sutökən" təkrarsız, dahiyanə düşünmə tərzini ifadə edir.
Onun etikası ona başqalarının
nəzəriyyələrinə, hətta
yanılmalarına belə hörmətlə
yanaşmağa imkan verir. O,
ağıllı və daima inkişafda olan bir fərddir. "Sutökən" gözəl
başa düşür ki, onun ideyalarını
qəbul etməyə heç də hamı
hazır deyil. Çünki bu ideyalar
çoxtərəflidir və buna görə də
bir neçə prizmadan izah olunmağa çalışılmalıdır.
"Sutökən"lər nə qədər ki
daxili potensiallarını əməli
fəaliyyətə tətbiq edə
bilmirlər, həmişə narahat və
gücsüz görünürlər. İstəklərinə yetişəndə isə öz
işlərində dahiliyə qədər
yüksəlirlər. Bu bürcün
sakinləri nadir hallarda
qibtəediləcək var-dövlət
sahibi olurlar. Bütün bunlara baxmayaraq "Sutökən"lərin
bir əli kimsəsizlərin üstündə
olur. Onlar axırıncı tikəsini
belə, ehtiyac sahibləri ilə
bölüşürlər. Ətrafdakılar bu
amili bəzən "avamlıq" və ya "öz xeyrini bilməyən"
adlandırırlar. Lakin
"Sutökən"lər bunu bilə-bilə
yenə də öz xeyirxah
əməllərindən əl çəkmirlər.
Müqəddəs Avestada insanlara tövsiyə olunan Xeyirxah
Fikir, Xeyirxah Söz və
Xeyirxah Əməl prinsipinə ən
çox riayət edənlər də məhz
haqqında yazdığımız bürcün
sakinləridir. Bu səbəbdən də klassik ərəb astrologiyasında
"Sutökən"lərin yalnız Ağ
Dünyaya (Cənnətə) getdiyi
bildirilir. Çünki onların
günahları savablarından qat-
qat azdır. Bu bürcün ürəkağrıdan keyfiyyətləri də
olmamış deyil. Belə ki, 12
Zodiak işarəsi arasında ən
bədbin və ruhdan tez düşəni
də məhz bu adamlardır. ABŞ
mütəxəssislərinin fikrincə, şəxsi taleyindəki uğursuzluğa
və intiharlara görə
"Sutökən"lər birinci yeri
tutur.
Konfliktlər, qətllər, müharibə
və ayrılıqlar bu bürcün nümayəndələrini sarsıdır.
Özlərinə qarşı törədilən
haqsızlıqlar, şəxsi taleyinə,
sevgisinə qərəzli müdaxilələr
onların qəlbini yaralayır. Ќecə
ki Alan Leo deyir: "Sutökənlər yaşamaqda olduğumuz qan
və çirkab dolu dünyamız üçün
deyillər. Bu bürcdən olanları
Yerdən ayırıb başqa bir
planetə toplamaq və oranı
"Ədalət planeti" adlandırmaq lazımdır. Biz onları heç vaxt
başa düşə bilməyəcəyik.
Çünki "Sutökən"lərin
bugünkü fikir və ideyalarını
bəşər övladı hələ 50 il sonra
düşünəcək". Bu bürcdən olanların
həssaslığını və yüksək
intuisiyasını nəzərə alan
münəccimlər məsləhət
görürdülər ki, onlar psixoloq,
münəccim, həkim, ekstrasens və ya din xadimi işləsinlər.
Müasir astrologiya isə
"Sutökən"lərdən daha çox
idmançı, sürücü, ferma işçisi,
eləcə də siyasətçi çıxdığını
düzgün hesab edir. Məşhur "Sutökən"lər: İmadəddin Ќəsimi, Mirzə Cəlil,
M.Ə.Rəsulzadə, Əhməd Cavad,
Əliağa Vahid, Qara Qarayev , Sadıqcan, Həzi Aslanov,
Kamran Bağırov, Tamerlan
Qarayev, Polad Bülbüloğlu,
Əlabbas Qədirov, Tofiq
Tağızadə, Hacı İsmayılov,
Zəlimxan Yaqub, Firudin Qurbansoy, Surət Hüseynov,
Zaur Rzayev, Aygün
Kazımova...
|