Cavab: Yaxşı parol unudulmayan olmalıdır və heçkəs onu təxmin edə bilməməlidir. Mümkündürsə sadəcə hərflərdən vəya rəqəmlərdən ibarət olmamalıdır, digər simvollarla yanaşı böyük kiçik hərflər də istifadə edilməlidir və 14 simvoldan az olmamalıdır. Bu üsul sizə parol seçimində kömək edə bilər. Nə etməli?Nümunə Bir vəya iki cümlə götürün Tövsiyə :Sizin üçün mənası olan təqribən 10 kəliməli cümlə fikirləşin"Uzun və qarışıq parolların etibarlı olduğunu bilirəm. Bunu yadımdan çıxarmayacağam." (10 kəlimə) Cümlənizi hərflərə çevirin Tövsiyə :Hər kəlimənin ikl hərfini istifadə edinuvqpeobbyç (10 simvol) Qarışdırın Tövsiyə :Saitləri böyük hərfə çevirinUvqpEObbyç (10 simvol) Rəqəmlər əlavə edin Tövsiyə :İki mənalı cümlə arasına iki rəqəm əlavə edinUvqpEO56bbyç (12 simvol) Durğu işarələri əlavə edin Tövsiyə :Başlanğıca bir durğu işarəsi əlavə edin?UvqpEO56bbyç (13 simvol) Simvol əlavə edin Tövsiyə :Sonuna bir simvol əlavə edin?UvqpEO56bbyç@ (14 simvol) Virtual aləmdə cinayətkarlar parolunuzu təxmin etmək üçün çoxlu metodlar hazırlayır. Buna görə Lüğətdə yer alan kəlimələr istifadə etməyin : Bütün dillərdəki kəlimələr etibarsız paroldur. Tərsdən yazılmış, çoxlarının yanlış tələffüs etdiyi kəlimələrdən və qısaltmaradan istifadə etməyin. Sıralı vəya təkrar olunan simvollardan istifadə etməyin : 1234567, abababab, qwerty kimi parollar asan sındırıla biləndir. Şəxsi məlumatınızı parol olaraq seçməyin : Ad gününüz, adınız kimi məlumatlar başqalarına da məlum olan bilgilərdir.
|