Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2015 » Июнь » 08 » Hər kəsin əməlinin əvəzi verilər
18:49
Hər kəsin əməlinin əvəzi verilər
Deyirlər ki, Harun ər-Rəşidin Bağdaddakı sarayının bağçasında rəngbərəng, növbənöv güllər var imiş. Dünyanın hər nöqtəsindən ən gözəl çiçəklərin toxumunu gətirib bu bağçada əkmişdilər. Amma çiçəklərdən birini xəlifə xüsusi sevirdi. Həmin gül kolu çiçək açanda qoca bağban onu dərib Haruna gətirir, Harun çiçəyi ta solana kimi gözünün qabağında saxlayır, ətrini qoxlamaqdan doymurdu. Bağbana tapşırıq vermişdi ki, bütün güllər bir yana, bu çiçək kolundan xüsusi muğayat olsun. Çünki bu gül kolu ildə bir dəfə, özü də cəmi bircə çiçək açırdı. Qoca bağban xəlifənin tapşırığına ciddi-cəhdlə əməl edirdi, çiçəyi istidən- soyuqdan qoruyur, gecə- gündüz qulluğunda dururdu. Amma qorxan gözə çöp batar, deyiblər. Xəlifənin sevimli gül kolunun çiçəkləmə vaxtı gəlib- çatanda bağban sübh tezdən bağçaya gəldi ki, gülü dərib Haruna təqdim etsin. Amma gül koluna yaxınlaşanda gözlərinə inanmadı. Bağda yuva salmış bir bülbül çiçəyin ləçəklərini dimdiyi ilə qoparıb yerə tökürdü. Bağban qorxu və kədər içində xəlifənin hüzuruna gəldi, hadisəni ona danışdı. Harun qəzəblənmədi, yalnız bunu söylədi: “Eybi yoxdur, qoca. Heç kimin əməli cavabsız qalmaz. Bülbül də öz cavabını alar”. Bu hadisənin üstündən bir müddət keçdi. Bağban isə xəlifənin sevimli gülünü zay etmiş bülbülü unutmadı, onun əlamətlərini yadda saxladı. Hərdənbir bülbülü yenə bağçada görür, kənardan izləyir və xəlifənin sözlərinin mənası haqqında düşünürdü. Yenə bir səhər bağçaya gələndə gördü ki, həmin bülbülü iri bir əfi ilan tutub. İlan quşu öz möhkəm gövdəsi ilə sıxıb öldürmüşdü, indi də onu udmaqla məşğul idi. Qoca bağban bunu görən kimi cəld özünü saraya yetirdi, izn alıb Harunun hüzuruna gəldi, gördüyünü ona danışdı. Xəlifə yenə soyuqqanlılıqla dedi: “Bu iş də belə qalmaz. Hər kəs əməlinin əvəzini alacaq, ilan da həmçinin”. Bağbanı fikir götürdü. Xəlifənin bu sözünü də sınamaq qərarına gəldi. İlanın bülbülü ovladığı yeri nişanlayıb, həmin gündən ora tez-tez baş çəkməyə başladı. Güman edirdi ki, ilanın yuvası həmin yerin yaxınlığındadır. Gümanı doğru çıxdı. Bir müddətdən sonra bağban həmin yerdə yenə həmin ilanı gördü. Bu dəfə fürsəti fövtə vermədi, qulluq etdiyi bağçanın ən yaraşıqlı bülbülünü öldürmüş ilanın başını əlindəki belin bir zərbəsi ilə əzdi. Bu xəbəri xəlifəyə çatdırmağı da unutmadı. Harun yenə onu dinlədikdən sonra sakitliklə söylədi: “Sənin də bu işinin əvəzi verilər. Unutma, heç kimin əməli cavabsız qalmaz”. Bağban fikir içində bağçaya qayıtdı. Canını qorxu almışdı. Xəlifənin xəbərdarlığı onu möhkəm narahat edirdi. Bir neçə ay ötüb-keçdi. Əyanlardan biri öz qohumunu saray bağçasına bağban təyin etdirmək fikrinə düşdü. Amma bunun üçün hazırki bağbanı aradan götürmək lazım idi. Qoca bağbanı şərləyib, xəlifənin gözündən saldılar. Harun ər- Rəşid bağbanı hüzuruna çağırtdırdı, onun haqqında deyilənləri üzünə söylədi, sonra fərraşlara əmr verdi: “Aparın bunu zindana!” Fərraşlar qoca bağbanın qollarından tutub sürükləyərkən, son anda üzünü xəlifəyə tutub haray çəkdi: “Deyirdin ki, hər kəsin əvəzi verilər. Sözlərin doğru çıxdı, bülbülün də, ilanın da, mənim də əvəzim verildi. Elə isə, sən də öz aqibətini gözlə. Sənin də bu əməlinin əvəzini verən tapılar”. Xəlifənin başına sanki qaynar su tökdülər. Fərraşlara işarə verdi ki, qocanı buraxsınlar. Sonra bağbanın könlünü alıb, onu əvvəlki işinə qaytardı, bağbana böhtan atan əyanı isə cəzalandırdı.
Категория: Maraqli Hekayeler | Просмотров: 400 | Добавил: danger | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Июнь 2015  »
Пн Вт Ср Чт Пт Сб Вс
1234567
891011121314
15161718192021
22232425262728
2930
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz