Deyirlər ki, Harun ər-Rəşidin
Bağdaddakı sarayının
bağçasında rəngbərəng,
növbənöv güllər var imiş.
Dünyanın hər nöqtəsindən
ən gözəl çiçəklərin toxumunu gətirib bu
bağçada əkmişdilər. Amma
çiçəklərdən birini xəlifə
xüsusi sevirdi.
Həmin gül kolu çiçək açanda
qoca bağban onu dərib Haruna gətirir, Harun çiçəyi
ta solana kimi gözünün
qabağında saxlayır, ətrini
qoxlamaqdan doymurdu.
Bağbana tapşırıq vermişdi ki,
bütün güllər bir yana, bu çiçək kolundan xüsusi
muğayat olsun. Çünki bu gül
kolu ildə bir dəfə, özü də
cəmi bircə çiçək açırdı.
Qoca bağban xəlifənin
tapşırığına ciddi-cəhdlə əməl edirdi, çiçəyi istidən-
soyuqdan qoruyur, gecə-
gündüz qulluğunda dururdu.
Amma qorxan gözə çöp
batar, deyiblər. Xəlifənin
sevimli gül kolunun çiçəkləmə vaxtı gəlib-
çatanda bağban sübh tezdən
bağçaya gəldi ki, gülü dərib
Haruna təqdim etsin. Amma
gül koluna yaxınlaşanda
gözlərinə inanmadı. Bağda yuva salmış bir bülbül
çiçəyin ləçəklərini dimdiyi
ilə qoparıb yerə tökürdü.
Bağban qorxu və kədər
içində xəl
...
Читать дальше »