Ametist Otaqda olan ametist daşının bir hissəciyi belə, konsentrasiyanı artırır. Ametist çox güclü enerjiyə malikdir. Ayda bir dəfə axar suyun altında qoyub, 2 saat suda saxlamaq lazımdır.
Akvamarin Tənəffüs yollarına çox təsirli bir müalicə daşı olub, bronxit və astma tətbiq oluna bilər. Özünə inamı, ailədə harmoniyanı təmin edir. Günəşdə enerjisi daha da aktiv olur.
Firuzə İlk növbədə tənəffüs yolu xəstəliklərində çox təsirlidir. Orqanizmə kifayət qədər oksigeni təmin edərək, sinir və əzələləri aktivləşdirir.
Kalsedon Xüsusilə tənəffüs yolları xəstəliyində, soyuqdəymədə, bədənin müqavimətini artırmaqda, hərarətli xəstəliklərdə faydalıdır. Gözlərin cavanlaşması və canlanması üzərində effektivdir.
Əqiq Tam və yarım qiymətli daşların arasında əqiqin çox mühüm bir yeri vardır. Nəsil artımında effektivdir.
Kəhrəba Tənəffüs, yolları ağız boğaz genetik infeksiyalarda istifadə edilir və olduqca təsirlidir.
Yəşəm (Jasper) Qan dövranını tənzimləyir və enerji verir. Ayaq ağrılarında təsirlidir. Nəsil artırmaya təsir göstərir.
Obsidan Ani soyumuş lavadır. Qaraciyər üzərinə qoyulan bir qədər obsidan qaraciyərin təmizlənməsində faydalıdır.
Sitrin Bədəndən zəhərli maddələrinin atılmasını və enerji ilə təmin edir. Qan dövranını təmin edir, qanın kifayət qədər oksigenlə qidalanmasını təmin edir və damar tıxanmasının qarşısını alır.
Mərcan Qan istehsalını təşviq edir və infeksiyadan qoruyur. Unakit+ Orqanizmdə qan dövranını təmin edir. Müalicə alan xəstənin nasazlığının irəliləyişini dayandırır.
Zümrüd Fiziki və ruhi baxımdan gənc olmağınıza və valideyn münasibətlərində müsbət təsirlidir. Şans daşı kimi tanınır. Hər iki cinsdə məhsuldarlığı artırır.
Yaqut Qanın yenilənməsini təmin edir. Qaraciyərin funksiyasını artırır. Leykemiyadan müəyyən miqdarda qoruyur, intuisiya gücünü artırır.
Oniks Sümüklərdə ilik yaranmasında istifadə edilir. Peridot — Xrizolit+ Bədəni təmizləyib bədənlə zehnin ahəngini təmin edir. Təşvişi azaldıb zehni açır.
Aventurin Sevinc daşıdır. Qəlbə sükünət verir, yuxusuzluğu olanlar üçün tövsiyyə olunur.