Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 8
Гостей: 8
Пользователей: 0
Kitabxana
Главная » 2015 » Май » 23 » İnternetdə pul qazanmağın yolları
10:02
İnternetdə pul qazanmağın yolları
“İnternetdə onlayn pul qazanmaq” keçmişdə ikinci dərəcəli gəlir mənbəyi idi. Ancaq hazırda bir çox ağıllı insanlar internetdə pul qazanmaq və böyük miqdarda pul əldə etmək üçün öz müntəzəm işlərinə son verməyə başlayıblar. İnternetdə pul qazanmağın əsas sirri - düzgün strategiya qurmaq və işləri düzgün qaydada görməkdir. Sizə lazım ola biləcək bacarıqlarınızı anlamaq və onları düzgün yerdə doğru şəkildə gerçəkləşdirməkdir. Biz İnternetdə pul qazanmağın ən çox yayılmış üsullarını bir siyahıda toplamışıq, ancaq bu ardıcıllığı xüsusi bir qayda ilə düzməmişik:
Bloqlar.Əgər sizin nə isə bir şeyə xüsusi maraqınız varsa, istər bu hobbi olsun, istərsə də hər-hansı bir məşğuliyyət – və əgər bu haqda nəsə söyləmək istəyirsinizsə, o zaman bloq özünüzün sonsuz düşüncələrinizi ifadə etməkçün səmərəli üsul ola bilər. Burda da İnternetdəki bir çox xidmətlər kimi aparıcı məqam reklam satışından ibarətdir. Şəxsi bloq açdıqdan sonra bir çox yazarlar Google AdSense kimi reklam xidmətlərinə abunə olurlar ki, həmin xidmətlər də sizin veb səhifələrin yuxarısında və kənarlarında tez-tez gördüyünüz tanış sponsor linklərini yerləşdirirlər. Sizin bloqunuzun oxucuları nə qədər çox sayda həmin reklam sahələrində düyməni sıxacaqlarsa, siz relam xidmətləri vasitəsilə o qədər çox pul qazanacaqsınız. Əgər siz təsadüfi, yeni başlamış bloggersinizsə, o zaman bu əla işləyir və siz bir qədər əlavə xərclik üçün pul qazanırsınız. Ancaq əgər sizin bloqunuz davamlı olaraq maraqlıdırsa, yaxşı yazılar yerləşdirilirsə və həqiqətən də oxucu sayı çoxdursa, o zaman bloqunuzun ətrafında qrafik reklam vasitəsilə azarkeş bazanızı cəlb etmək istəyən şikətlər özü sizinlə əlaqə yaradacaqlar. "Mən Çizburger ala bilərəmmi?" və "Boing Boing" kimi uğurlu bloqlardan bəziləri pop-mədəniyyət fenomeninə çevrildilər və onların yaradıcıları reklamçılardan qazandıqları pula görə özlərinin gündəlik işlərinə son verməyi və bütün vaxtı bloqda keçirməyi bacardılar.
Frilans.Frilans muzdlu şəkildə işləyən və uzun müddətli perspektivdə hər-hansı bir sahibkarın yanında çalışmağa can atmayan şəxsdir. Bu termin daha çox yazmaq biznesi ilə əlaqədar meydana çıxmışdır. Siz jurnal və qəzetlərə məqalələr təqdim edirsiniz və sözlərin sayına görə ödəniş alırsınız. Bugünkü gündə frilans sahəsində bir çox insan çalışır. Bunun ən əsas səbəbləri aşağıdakılardır:
*.Siz öz qrafikinizin rahatlığı əsasında işləyə bilərsiniz;
*.Siz evdən işləyə bilərsiniz;
*.Başınızın üzərində müdiriniz yoxdur.
İnternetdə asanlıqla onlayn frilans peşələri tapa biləcəyiniz digər sahələr: tərcümə, proqramlaşdırma, veb səhifələrin dizaynı, konsulsatiya və sairdir.
Müştərilərə Xidmət.Bir çox biznes sahələri öz məhsullarını müştəri xidmətləri şöbələri vasitəsilə dəstəkləyir. Bir çox hallarda bu o deməkdir ki, şirkətdə müştərilərdən gələn telefon zənglərinə cavab verən insanlar vardır. Daha çox sayda biznes müəssisələri həm də öz veb səhifələri və elektron poçt vasitəsilə müştəri xidmətlərini elektron şəkildə təklif edirlər. Veb səhifəsində müştəri xidmətlərinə canlı söhbət vasitəsilə satışlar və dəstək aid edilə bilər. Bundan istifadə etmək üçün, müştəri canlı şəxslə söhbəti tələb edən linkə tıklayır və müştəri xidməti üzrə nümayəndə sorğuya cavab verərək söhbət pəncərəsi vasitəsilə müştəri ilə danışır. Elektron poçt vasitəsilə müştəri xidməti üçün müştəri Veb səhifəsində formanı doldurur və yaxud müəyən bir ünvana birbaşa elektron məktub göndərir.
Canlı söhbət və elektron poçtun yalnız etibarlı internet bağlantısı və Veb brauzerə malik olmaqdan asılı olduğuna görə biznes müəssisələrinin çoxu bu xidmətlər üçün evdən fəaliyyət göstərən işçiləri işə götürməkdə maraqlıdırlar. Nəticədə, Talk2Rep kimi müştəri xidmətləri üzrə podratçı şirkətlər daxil olan və gedən telefon zənglərindən əlavə elektron poçt və canlı söhbət dəstəyini də əhatə edirlər. Bu xidmət üçün ödəniş dərəcələri minimal və ya komissiya haqlarına əsaslanan olduğundan, əgər sizin belə bir işə istedadınız vardırsa, onlayn müştəri xidmətlərinə getdikcə artan tələbat onu etibarlı gəlir mənbəyinə çevirir.
Onlayn sorğular.Onlayn sorğularda iştirak edə bilərsiz. Onlayn sorğular sizə çox pul qazandırmır, lakin həm də çox vaxtınızı aparmır və sizə nağd pul lazım olduğu zaman köməyə çatır. Daha geniş tövsiyə üçün Pulsuz Onlayn Sorğular vasitəsilə Necə Pul Qazanmaq haqqında oxuyun.
Fotoşəkillər Satmaq.İnternet ehtiyat fotoşəkillərə olan tələbin böyük sıçrayışla artmasına səbəb olub. Onlayn KİV-lərin inkişafı ilə media şirkətləri və satış məntəqələrinin sayı artdığından yüksək keyfiyyətli fotoşəkillərə həddən artıq ehtiyac yaranmışdır. Məsələn, Yuri Arkurs hər kəsin foto ehtiyaclarını ödəyə biləcək bir şəxsdir. Dünyanın ən çox fotoşəkil satan fotoqrafı kimi o, gündə 24 saat hər 8 saniyədən bir şəkil satır (BU isə hər il 4 milyondan artıq şəkildən çox edir). Arkurs sadəcə gördüyü iş üzrə ən yaxşı olmaqla hər il milyonlarla dollar pul qazanır. Dünyada bir çox böyük fotoqraflar vardır və baryer sadəcə kameraya sahib olmaq qədər aşağıdır, lakin Arkurs davamlı, yüksək keyfiyyətli və yaradıcı obrazlar üzrə internetdə onlayn nüfuz yaratmağı bacarıb. Əgər siz peşəkar fotoqrafsınızsa (yaxud hətta sadəcə bu işlə hobbi kimi məşğul olursunuzsa), siz öz şəkil ehtiyatınızı internetdə satmaq imkanı haqqında düşünməlisiniz.
Mobil telefonların sınaqçısı olmaq.iPhone modellərini sınaqdan keçirmək və səhvləri aşkar etmək üçün vaxtı və istəyi olan şəxslər öz səylərinə görə pul ilə mükafatlandırıla bilər. uTest belə saytlardan biridir. Bu sayta abunə olmuş şəxslər də indiyə qədər həyata keçirdikləri sınaqlar əsasında müəyyən reytinq qazana bilər. Daha yaxşı nüfuz daha səmərəli tətbiqetmə sınağı imkanlarına çıxışı artırır.
Категория: Komputer ve proqramlarin dersliyi | Просмотров: 277 | Добавил: danger | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Май 2015  »
Пн Вт Ср Чт Пт Сб Вс
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz