Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2018 » Март » 21 » Kassa apparatlarının yaranma tarixi
01:44
Kassa apparatlarının yaranma tarixi
Hazırda istənilən müəssisə kassa-nəzarət apparatlarından istifadə edir. Lakin çox az sahibkar ilk kassa apparatının məhz bir tacir tərəfindən yaradıldığını bilir. Bu tacir isə öz növbəsində yaratdığı ixtira ilə satıcılarından ondan pul oğurlamasına son qoymuş və öz biznesini gəlirli etmişdi.
Tacirlər uzun əsrlər boyu öz gəlirlərini dəqiqliyi ilə təyin edə bilmirdilər. Müəssisə sahibi heç bir halda öz satıcılarını dürüst olmağa məcbur edə bilmirdi. Bu isə satıcılar tərəfindən gəlirin mənimsənilməsinə gətirib çıxarırdı.
Amerikanın Ohayo ştatı, Deyton şəhərində kiçik kafeyə sahib olan Ceyms Ritti də eyni bu vəziyyət ilə üzləşir. Bir gün o təəccüblənməyə başlayır: Kafeyə kifayət qədər müştəri gəldiyi halda, biznes gəlir gətirmirdi. Belə aydın olur ki, bunun əsas səbəbi bufet işçilərinin kiçik oğurluqlarıdır.
Problemin həlli isə qəfil olaraq peyda oldu. Məyus Ritti Avropaya istirahətə yollanır və gəminin göyərtəsində gəzərkən maşın bölməsinə daxil olur. O burada mühərrik valının hər hərəkətini avtomatik hesablayan cihaza diqqət edir. Bu zaman Ritti belə düşünür ki, oxşar cihazdan kafe və yaxud barda hər ödənişi qeydə almaq üçün istifadə etmək olar.
Ritti dərhal Deytona geri dönür və burada qardaşı ilə birgə sadə kassa apparatını yaradır və bu cihazı 4 noyabr 1879-cu ildə patentləşdirir. İlk modeldə hər ticari əməliyyat diskdə qeydə alınırdı. Daha sonradan həm satıcıya, həm alıcıya alış-verişin dəyərini görməyə imkan verən xüsusi indiqator yaradılır. İndi, satıcının kassaya daxil etməli olduğu məbləğin həcmi xüsusi indiqatorda göstərildikdən sonra nə isə oğurlamaq cəhdləri əhəmiyyətli dərəcədə azalmışdı.
Ritti həmçinin hər əməliyyatı kağı rulonda təsvir edən cihazı da yaratmağa nail olmuşdu. Bu ixtiradan sonra müəssisə sahibi kağız rulonda göstərilən məbləğ ilə kassada mövcud olan vəsaitləri müqayisə edə bilirdi. Bununla da, o gün ərzində edilən alış-veriş həcmini dəqiq təyin etmək imkanına sahib idi.
Bu ixtiradan sonra Rittinin kafesi əhəmiyyətli gəlir qazandırmağa başlayır. Ritti ilk vaxtlarda ciddi şəkildə kassa apparatlarının istehsalı və satışı ilə məşğul olmaq istəyirdi. O qardaşı ilə birgə kassa apparatlarını öz evində hazırlamağa başlayır. Lakin bu iş onlar təsəvvür etdiklərindən daha çətin idi və daha çox əmək tələb edirdi. Və nəticədə Ritti sakit, qaydasında gedən restoran biznesinə geri dönməyə üstünlük verir. O kassa apparatlarının istehsalı biznesini patenti ilə birlikdə cəmi 1000 dollara ixtiraçı Con Pattersona satır.
Patentin yeni sahibi isə öz növbəsində pul üçün nəzərdə tutulmuş yeşik dartıldıqda səs çıxaran zəngi, həmçinin alıcıya təqdim etmək üçün çeki çap etmək üçün cihaz hissəsini yaradır. İndi, yeşikdə pullara toxunmaq üçün ödənişin məbləğini qeyd etmək tələb olunurdu.
Con Patterson kassa apparatlarını təkmilləşdirməklə satışın təşkil edilməsində yeni qlobal strategiyanı yaratmış oldu.
Категория: İxtiralar və kəşflər | Просмотров: 242 | Добавил: danger | Теги: kassa aparati | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Март 2018  »
Пн Вт Ср Чт Пт Сб Вс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz