Koçrane evində tez-tez ziyafətlər verən varlı qadın idi. Özü isə heç vaxt qab yumurdu. Bunun üçün xüsusi xidmətçiləri vardı. Onun üçün dəyərli olan bu qablar hər dəfə yuyulan vaxtı sınırdı. Koçrane buna çarə tapmaq üçün xüsusi aparat lazım olduğunu düşünürdü. Hansı alimə söylədisə, heç kim onun istədiyini ixtira edə bilmədi. Beləcə o da bunu özü etdi. Onun “əgər heç kim bir qabyuyan maşın icad etmirsə, o halda bunu özüm edəcəyəm!” — deyə qışqırdığı bildirilir. Əvvəlcə qab-qacaqların ölçülərini ölçdü. Daha sonra onlar üçün bölmələri düzəltdi. Onların hər biri xüsusilə qablara, fincanlara uyğun şəkildə hazırlandı. Bölmələr düz səthləri mis qazan içərisində bir təkər içinə yerləşdirildi. Mühərrik, isti sabunlu su qazanın dibindən yuxarıya fışqırır, qab-qacaqların üzərinə düşür və təkəri fırladırdı. Dostları bunu çox bəyəndi və onlar üçün də qabyuyan maşın hazırladı. Yaxınları bu ixtiraya “Koçrane qab-qacaq maşını” adını qoydular. Bu ad qısa müddətdə geniş yayıldı və Koçrane
...
Читать дальше »
|
Hazırda istənilən müəssisə kassa-nəzarət apparatlarından istifadə edir. Lakin çox az sahibkar ilk kassa apparatının məhz bir tacir tərəfindən yaradıldığını bilir. Bu tacir isə öz növbəsində yaratdığı ixtira ilə satıcılarından ondan pul oğurlamasına son qoymuş və öz biznesini gəlirli etmişdi. Tacirlər uzun əsrlər boyu öz gəlirlərini dəqiqliyi ilə təyin edə bilmirdilər. Müəssisə sahibi heç bir halda öz satıcılarını dürüst olmağa məcbur edə bilmirdi. Bu isə satıcılar tərəfindən gəlirin mənimsənilməsinə gətirib çıxarırdı. Amerikanın Ohayo ştatı, Deyton şəhərində kiçik kafeyə sahib olan Ceyms Ritti də eyni bu vəziyyət ilə üzləşir. Bir gün o təəccüblənməyə başlayır: Kafeyə kifayət qədər müştəri gəldiyi halda, biznes gəlir gətirmirdi. Belə aydın olur ki, bunun əsas səbəbi bufet işçilərinin kiçik oğurluqlarıdır. Problemin həlli isə qəfil olaraq peyda oldu. Məyus Ritti Avropaya istirahətə yollanır və gəminin göyərtəsində gəzərkən maşın bölməsinə daxil olur. O burada mühərri
...
Читать дальше »
|
Rudolf Diesel (18 mart 1858 – 29 sentyabr 1913) alman mühəndis və onun öz adı ilə adlandırılmış daxili yanma mühərrikinin yaradıcısıdır (1897-ci il). O daha sonradan Fransaya köçmüş alman ailəsində dünyaya gəlib. 1870-ci ildə başlayan Fransa-Prussiya müharibəsi səbəbindən bütün ailə İngiltərəyə köçür. Buradan isə Rudolf valideynləri tərəfindən təhsilini başa çatdırmaq üçün Almaniyaya göndərilir. O ilk olaraq Auqsburq, sonra isə Münhenin Ali Texniki məktəbində təhsil alır və buranı fərqlənmə ilə bitirir. Məşhur mühəndis olan Karl fon Linde-nin himayəsi Rudolf üçün böyük uğur idi və o gələcəyin məşhur mühəndisini 1880-ci ildə öz şirkətinin Parisdəki bölməsinə işə düzəldir. Rudolf uzun illər havanın yanacaqla birləşməsi anında zəruri alovlanma temperaturu üçün havanı lazımi şəkildə sıxan bir mühərrik üzərində işləyirdi. 1890-cı ildə Linde-nin firması Diesel-i Berlin şöbəsinə köçürür. O burada öz ideyasının hesablamalarını və nzəəri izahlarını təqdim edir və 1892-ci il
...
Читать дальше »
|
Bəzən elmi ixtiralar tamamilə gözlənilməz səbəblərdən baş verir. Hennig Brand adlı alman kimyagər də kifayət qədər təsadüfən fosforu kəşf edib. Orta əsrlərdə demək olar ki, bütün kimyagərlər qızıl əldə etmək ideyası ilə məşğul idilər. Dövrün bütün kimyagərlərinin “fəlsəfə daşı” (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaq cəhdləri uğursuzluqla nəticələnsə də, onlardan biri yeni kimyəvi elementin ilk ixtiraçısı olaraq adını tarixə yazdıra bilir. Həmin şəxs isə yuxarıda adını qeyd etdiyimiz alman Hennig Brand olur. Həyat yoldaşının pulları ilə laboratoriya yaradan Brand qızılın əldə edilməsi üçün substrat qismində sidikdən istifadə etməyə qərar verir. Çünki o da qızılı rəngə sahibdir. Hərbi kazarmadan bir neçə çəllək (bir neçə ton) sidik əldə edən Brand işə başlayır və onu iki dəfə distillə etdikdən sonra əldə etdiyi qatı qarışıma qum və kömür əlavə edərək ocaqda qızdırır. Bunun da nəticəsi olaraq qaranlıqda işıq saçan ağ tozun yarandığını müşahidə etmişdi
...
Читать дальше »
|
Bəlkə də çoxumuzun heç dadına baxmadığımız bildirçin yumurtası 1001 dərdin dərmanıdır. Deməli, Yaponiyada atom bombası atılan zaman gün ərzində hansı uşaq 2-3 ədəd bildirçin yumurtası yemişdirsə, bombanın zərərlərini daha az görmüş və əqli inkişafına görə yaşıdlarından daha yaxşı inkişaf etmişdir. Bildirçin yumurtasının tərkibində toyuq yumurtasından 5 dəfə artıq fosfor, 8 dəfə dəmir, 9 dəfə çox zülal, 15 dəfə artıq B1 vitamini var. Bildirçin yumurtası uşaqların zəkasını inkişaf etdirir,zülal, 15 dəfə artıq B1 vitamini var. Bildirçin yumurtası uşaqların zəkasını inkişaf etdirir, iştahanı yaxşılaşdırır, vitaminsizlikdə, mineral çatışmazlığında faydalıdır, immuniteti qüvvətləndirir, tərkibində likopen adında antioksidant olduğundan xərçəng önləyici təsiri vardır. Gec danışan, görmə zəifliyindən əziyyət çəkən, tez-tez xəstələnən uşaqlar üçün əvəzolunmaz bir qidadır. Allergiyadan əziyyət çəkən uşaqlar üçün də çox faydalıdır. Qabıqlarını da istifadə edin, belə ki, qabıqlar azca qayna
...
Читать дальше »
| |