Ulduzlar sistemində üçüncü
yeri tutan Əkizlər bürcü
təxminən mayın 22-dən
iyunun 21-nə qədər olan
dövrü (31 günü) əhatə edir.
Ünsürü hava, planeti Merkuri, xoşbəxt rəqəmi 3, 5, 12, 18,
düşərli günü çərşənbə, bazar,
düşərsiz günü cümə axşamı,
astroloji rəngi bənövşəyi,
boz, açıq-sarı, narıncı, uğursuz
rəngi yaşıl, qiymətli daşı əqiq, dağ kristalı, metalı qızıl,
gümüş, enerji verən çiçəyi
marqaritka, lalə, jasmin,
nərgiz, müxalif bürcü isə
Oxatandır.
Əkizlər bürcü Göy qübbəsində 524 kvadrat dərəcəlik sahəni
tutur. Ona adi gözlə görünən
70 ulduz daxildir. Kastor və
Polluks ulduzları isə daha
parlaqdır. Səmanın şimal
yarımkürəsində yerləşən Əkizlər bürcü digər zodiak
işarələrindən yüksəkdə
durur.
Bu bürcün planeti olan Merkuri
astronomik hesabla birinci
yeri tutur. Onu qədim Roma Allahı Merkurinin şərəfinə
belə adlandırıblar. Bu planet
ticarət və alış-veriş işlərinə
böyük təsir göstərir, eləcə də
idmanın inkişafında
əhəmiyyətli rol oynayır. Qədimlərdə Merkurini həm də
ölmüş insan ruhlarının və
yeraltı aləmin hakimi hesab
edirdilər. Onun radiusu 2440
km, elementi torpaq, tərkibi
quraqlıq, xarakteri isə şöhrətpərəslikdir. Əkizlərin xarakterik
keyfiyyətləri Hazırda Göy qübbəsinə hakim
kəsilən bu bürc altında
dünyaya gələn adamlar ilk
növbədə müşahidəçilik
qabiliyyəti ilə seçilirlər. Onlar
başqalarının informasiyalarından daha çox
öz intuisiyalarına inanırlar. Bu
bürcün sakinləri dünyanı
olduğu kimi deyil, öz
xəyallarındakı kimi təsəvvür
edirlər. Məhz bu səbəbdən də əksər hallarda ömürləri boyu
reallıqdan kənarda qalır,
mürəkkəb prosseslərdə
özlərini itirirlər.
"Əkizlər"in ən böyük qüsuru
ikili fikrə malik olmalarıdır. Belə ki, onlar lazımi məqamda
qərar çıxarmaqda çətinlik
çəkirlər. Bəzən hətta son ana
qədər baş verən məsələyə
münasibət bildirməkdən də
çəkinirlər. Əlbəttə ki, bundan əvvəl haqqında yazdığımız
Buğa bürcünün sakinləri də öz
fikirlərini son məqamda
deyirlər. Lakin birincilərdə bu
addım təmkinlə,
uzaqgörənlikdən irəli gəlirsə, ikincilərdə səriştəsizlikdən və
qətiyyətsizlikdən doğur.
Yəqin elə bu səbəbdən də
bəzi münəccimlər belələrinin
etibarlı dost olmadığını israr
edir. "Əkizlər" nadir hallarda
zəmanədən şikayətlənirlər.
Onların əsas gileyi yalnız
insanlar olur. Əgər belə
tanışlarınız varsa, yəqin ki,
dediklərimizi təsdiqləyərsiniz. Bu zodiakın nümayəndələri
həmişə narahat görünürlər.
Bəzən hətta cəmiyyətdən
təcrid olunub ağır güzəran da
keçirirlər. Lakin gələcəyə
romantik inam həmişə onlarda yarana biləcək ruh
düşkünlüyünün qarşısını alır.
Bu bürcdən olan adamlar
özləri haqda az və ya yalnız
yanlış informasiya verirlər.
"Gözümlə görməsəm, inanmaram" ifadəsi də məhz
onlar üçündür. Çünki
"Əkizlər"i danışıq və
məsləhətlə yola gətirmək
nadir hallarda baş tutur. Bu
şəxslər təcrübələri olmayan heç bir prosesə inanmırlar.
Çevik və aktiv olan "Əkizlər"
başladıqları işi axıra
çatdırmağa meylli olsalar da,
bu istək çox vaxt reallaşmır.
Münəccimlər hesab edir ki, bu zodiak işarəsi altında dünyaya
gələnlərin qəlbində böyük
mərhəmət və xeyirxahlıq
hökm sürür. Sadəcə olaraq,
bunu üzə çıxarmaqda çətinlik
çəkirlər. Bəzən ömürlərinin sonuna qədər sadaladığımız
bu mühüm keyfiyyətləri
büruzə verə bilmirlər.
"Əkizlər" tənhalıqdan çox
qorxurlar (axı onlar bir nəfər
deyil - S.R.). Çox vaxt belə hallardan üzülüb özlərinə qəsd
də edirlər.
Karmaya görə, hava işarəsi
olan "Əkizlər"
kommunikasion əlaqəni
təcəssüm etdirir. O, əlaqə, informasiya və kibernetikanı
idarə etdiyindən müasir
sivilizasiyada olduqca vacib rol
oynayır. Beləsi üçün daha çox
hər hansı informasiyanı səthi
şəkildə qavramaq və dərhal da başqasına ötürmək
xarakterikdir. Onun bu qədər
qeyri-dəqiq olmasının müsbət
tərəfləri də var. "Əkizlər"
insanı mahiyyətə varmadan
aralaşdırıb, səthə çıxararaq bir növ ruhi əzabları
yüngülləşdirir. Bununla da
yeniləşməyə səbəb olur.
Ali Əkizlər hər hansı bir
məsələnin mahiyyətinə
varmaqla məşğuldur. Bunu sözün əsl mənasında onların
məşğul olduqları sahənin
fələsəfəsi də adlandırmaq
olar. Hər bir elmdə və ya insan
fəaliyyəti sferasında
müəyyən qanunlar var ki, bunlar da elmi yox, daha çox
mistik xarakter daşıyır. Ali
Əkizlər məhz bu qanunları
kəşf etmək üçün Yer
kürəsinə göndərilir. Beləsi
dinin və fəlsəfənin sintezini yaratmağa çalışmalıdır.
"Əkizlər"in diqqətini cəlb
etmək üçün həmişə yüksək
əhval-ruhiyyədə olmaq
lazımdır. Onlar daxili aləmini
sonacan dərk etmədikləri, sirli, qeyri-adi insanları
sevirlər. Unutmaq olmaz ki,
"Əkizlər" hər şeylə
maraqlanır, fantaziyaları
sevirlər. Onlar məşhur
insanları, parlaq söhbətləri və əyləncələri olan cəmiyyətə
çıxmaq istəyirlər.
Bu şəxslərə xas olan
uzaqgörənlik və ehtiyatlılıq
heç də özünü həmişə
doğrultmur. Bunlar bir-birilə mübarizə apara, hər iki tərəfə
kömək edə və ya aranı
qızışdıra bilərlər. Onlar məhz
bu cür xarakterə qadirdirlər.
Onlar hətta "yayda qar da
tapa bilərlər". Hər işi bacarmalarına baxmayaraq,
"Əkizlər"in intim əlaqədəki
cəhdləri uğursuzluqla
nəticələnir. Qadın-Əkizlər çoxlu açarları olan vəzifəli şəxslərə qarşı
xüsusi ehtiras bəsləyirlər: bu
vəzifəli şəxs bank direktoru,
türmə rəisi və s. ola bilər. Bu
cür insanlar rəhbər orqanlara
keçdikdən sonra çətinlikləri bəhanə gətirərək, öz tərəf-
müqabillərini "soymaqla"
məşğul olurlar.
Kişi-Əkizlər isə bu cür
haqsızlığa dözə bilmir, bunun
qarşısını almaq üçün əllərindən gələni edirlər.
Bu bürcə aid insanlar istənilən
mühitdə uğur qazana bilərlər.
Lakin əminliklə demək olar
ki, onlar heç bir sahəni
mənimsəmirlər. Onların karyera qurmaq üçün ən
yaxşı şansı musiqidə,
ələlxüsus da ədəbiyyat
sahəsində olur. "Əkizlər"
maliyyə və kapitalla rəftar
etməyi bacarmırlar. Buna görə də pulla bağlı problemlər az
qala bütün ömürləri boyu
onları təqib edərək çoxlu
sıxıntılara, hətta ailə
qalmaqallarına da səbəb olur.
Onların fəaliyyət göstərməsi üçün nisbətən uğurlu mühit
radio, televiziya və dilçilikdir.
Həmçinin kapital qoymaq
üçün onların ən uğurlu sahəsi
kağız istehsalıdır.
Bir şeyi də nəzərinizə çatdıraq ki, barəsində yazdığımız
bürcün qadınları əzmkarlıq,
zəhmətkeşlik baxımından heç
də kişilərdən geri qalmırlar.
Müasir astrologiyaya görə,
Əkizlər və Oğlaq bürcünün qadınları evlilik həyatında ailə
başçısı missiyasını öz
üzərlərinə götürürlər. Bəzən
də ailəsini təkbaşına
dolandırırlar.
Ümumiyyətlə, "Əkizlər"in müəmmalı cizgiləri çoxdur.
Bəzən onların halı xarab
olanda ətrafdakıların ovqatını
səbəbsiz yerə korlayır,
müəyyən vaxtdan sonra
buna görə təəssüflənib üzr istəyirlər. Fikirlərini konkret
bir məsələ üzərində
cəmləşdirə bilməyən
"Əkizlər" bəzən nəyisə təhlil
edir, hərtərəfli aydınlaşdırır,
sonra isə bunu yarımçıq qoyub başqa bir işə girişirlər.
Bu xüsusiyyət isə onları
başqalarından üstün göstərə
bilmir. Bu adamlarda nəzakət
və mülayimlik az olur.
"Əkizlər" hətta sevəndə də qısqanclıq və çığır-bağır
səhnələrinə davam
gətirməkdənsə, qaçmağı
vacib sayırlar. Onlar öz
hisslərini çox ustalıqla gizlədə
bilirlər. Bu işarə altında doğulanların sevgisini
qazanmaq üçün əvvəlcə
özünüz onlara məhəbbətinizi
bildirməlisiniz. Çünki "Əkizlər"
öz sevgisini heç vaxt etiraf
etməyəcək, səylə öz hisslərini gizlətməyə çalışacaqlar. Onlar
evlilik həyatında, ailədə
uşaqları çox sevir, amma
onlara qarşı o qədər də
diqqətli olmurlar.
Bu bürc altında dünyaya gələn adamlar ən müxtəlif peşə
qabiliyyətlərinə malik olurlar.
Müasir dünya astrologiyası
"Əkizlər"dən bacarıqlı vəkil,
ticarətçi, katib, hüquqşünas,
müəllim, səyahətçi, natiq, filosof, siyasi vasitəçi,
bəzənsə fırıldaqçı və oğrular
yetişdiyini bildirir. Amma
bütün dövrlərin nücum elmi
birmənalı qaydada bəyan edir
ki, Əkizlər bürcünə şamil edilənlər daha çox mətbuat
işçisi kimi yararlı olurlar. Çünki
bu adamlar qədər
informasiyanı tez qəbul
edənlər yoxdur. Çox güman
ki, məmləkətimizdə çıxan qəzetlərdə fəaliyyət
göstərən "Əkizlər" digər
həmkarlarına nisbətən daha
fəaldır.
İdarəedici "Əkizlər" isə
yaradıcı, oyun qaydalarını yaxşı bilən, bəzi hallarda isə
hiyləgər olurlar. Ona tabe
olanlara mütləq sərbəstlik
lazımdır. Bu rəhbərlə şəxsi
münasibətləri dərinləşdirmək
məsləhət deyil. Yoxsa öz problemlərinizlə onda sizə
qarşı ikrah yarada bilərsiniz.
Rəhbər "Əkizlər"lə ehtiyatlı
olmağınız da vacibdir. Çünki o,
kənar təsirlərə tez uyur,
işçiləri haqqında deyilən hər yalana inanırlar. Bu səbəbdən
də karyeraya yetişmək
istəyirsinizsə, öz giley-
güzarınızı bir tərəfə atıb
yalnız fəaliyyətlə məşğul
olmalısınız. Yaxşı olar ki, müdirinizə yeni ideyalar
verəsiniz. Amma yumor
hissinizi də
dondurmamalısınız. Məşhur "Əkizlər": Qasım Bəy Zakir, Mirzə Şəfi Vazeh,
M.Ə.Sabir, Qaçaq Ќəbi,
Məmməd Arif, Möhsün
Sənani, Hökumə Qurbanova,
Mikayıl Müşfiq, Vaqif
Səmədoğlu, Hamlet Xanızadə, Xuraman və Fidan
Qasımovalar, Hacı
Xanməmmədov, Ќiyaməddin
Musayev, Ömür Ќağıyev,
Afaq Məsud, Amaliya
Pənahova, İsa Hüseynov, Bəsti Cəfərova, Hacağa Abbasov,
Eldar Rzaquliyev, Ќazim
İmanov, Söhrab Tahir, Mehdi
Məmmədov, Habil Əliyev,
İlyas Əfəndiyev, Asim
Mollazadə, Ramiz Fətəliyev, Gülyanaq Məmmədova, Oqtay
Mirqasımov və b.
|