1. Gün ərzində bir qutu siqaret çəkən şəxs həyatının hər ilindən bir neçə saniyə məhv edir. 2. Napaleonun əsgərlərinin generala 'SƏN' deyə müraciət etmək hüquqları var idi. 3. Birinci minillikdə 365 min 250 gün, ikinci minillikdə 365 min 237 gün olub. Üçüncü minillikdə isə 365 min 242 gün olacaqdır. 4. Dünyadakı canlılardan düz xətt çəkə bilən yeganə məxluq insandır. 5. Yaponiyaya atılan ilk atom bombası "Enola Gay", ikinci isə "Bocks Car" adlanan təyyarələrdə yerləşmişdir. 6. Şampan şüşəsi tıxacının uçuş sürəti saniyədə 14, uçuş məsafəsi isə 12 m-dir. 7. İlk reklam 1477-ci ildə İngiltərədə istehsal olunub. Bu, dua kitabının reklamı idi. 8. Tarixdə ən qısa müharibə 1896-ci il avqustun 27-də Böyük Britaniya ilə Zanzibar arasında baş vermişdir. Bu müharibə 38 dəqiqə davam etmişdir. 9. Gülüş zamanı insanın 17 əzələsi işləyir. 10. İnsanın həyatı boyu başında çıxan tükləri ölçsək 725 km edəcək. 11. Cek-Petro
...
Читать дальше »
|
Küplər vadisi Laosun Xienq Kxuanq əyalətində dəniz səviyyəsindən 1000 m hündürlükdə yerləşir. Annam dağ silsiləsinin ətəyində hündürlüyü 1 m-dən 3,5 m-dək dəyişən, diametrləri 1 m olan yüzlərlə daş küp var. Küp və səhəng daşların ölçüsü və çəkisi tamamilə bir-birindən fərqlidir, bəziləri üç metr diametrə qədər çatır və təxminən 6 ton ağırlığında olur. Bəzi küp daşların yanında yastı disklər var, ehtimal edilir ki, bu yastı disklər məhz qapaq kimi xidmət edib. Küplərin mənşəyi, yəni kim tərəfindən, nə məqsədlə hazırlandığı məlum deyil. Yerli əhali bu küpləri “cadugərin həvəngdəstəsi” adlandırır. 3000 ilə yaxın yaşı olan küplərin hazırlandığı süxur daşları onların yerləşdiyi əraziyə xas deyil. Küplər Vadisi ilə bağlı bir çox əfsanə və nağıl var. Yerli əhali bu torpaqlarda bir neçə yüz il əvvəl nəhənglərin yaşadığına inanır. Bu qeyri-adi daşların da məhz onlara aid olduğunu güman edirlər. Bir başqa əfsanəyə görə, bir zamanlar hökmdar Xung Çınq, düşmənləri üzərind
...
Читать дальше »
|
Kərgədan böcəyi və ya yapon buynuzlu böcəyinə Yaponiyada “kabutomushi” deyilir. “Kabuto” yapon dilində dəbilqə mənasını verir. Onu samuray dəbilqəsinə bənzədirlər. “Mushi” isə böcək deməkdir. Erkəklər 40-80 mm, dişilər isə 40-60 mm uzunluqda olur. Erkəklərin başında olan “Y” hərfinə bənzəyən buynuz, ərazinin qorunmasında istifadə olunur. Həmçinin, onlar digər erkəklə mübarizə zamanı onu buynuzunun üstünə alaraq havaya atır. Bundan əlavə sinə hissəsində də “Y” şəkilli buynuzu var. Gecə canlısı olduğundan gözləri ağ və qırmızı rənglərə uyğunlaşır. Qarnın altı qara, bədəni tünd qəhvəyi, ön ayaqları isə uzundur. Qidası meyvələr, ağac şirəsi və tərkibində şəkər olan hər şeydən ibarətdir. Kərgədan böcəkləri ağırlıqlarının təxminən 30 qatını daşıma xüsusiyyətinə sahib olduqları üçün dünyanın ən güclü böcəyi kimi tanınır. Bu növə Yaponiya, Tayvan, Koreya yarımadası və Şərqi Çində rast gəlinir. Tropik və subtropik dağlıq mühitlərdə geniş yayılıb. Həyatının çoxu
...
Читать дальше »
|
Dünyanın ən kiçik şəhəri Xorvatiyada yerləşən Hum şəhəridir. İstriya yarımadasında yerləşən Hum şəhərində yalnız 17 nəfər yaşayır. Kiçik ölçüsünə və əhalisinin sayının az olmasına baxmayaraq, şəhərin özünün bələdiyyə başçısı, polis məmuru, yanğınsöndürəni, həkimi və hakimi var. Hum şəhəri kifayət qədər qədim şəhərdir və onun haqqında ilk xatirələr 1102-ci ilə gedib çıxır. Hum şəhərində qədim qala divarlarının, XII əsrdə tikilmiş Müqəddəs İeronima məbədinin, XVI əsrə aid Saat qülləsi və sairlərinin qalıqları var. Hum - 349 metr yüksəklikdə bir təpənin üstündə yerləşir. Şəhər XI-ci əsrdə qədim Roma qəbiləsinin qalıqları üzərində qurulmuşdur. Hum Ginnes Rekordlar Kitabına dünyanın ən kiçik şəhəri olaraq daxil edilmişdir. Əfsanə görə - Hum nəhənglərin əl işidir. Nəhənglər Mirna çayının vadisində şəhərlər qurduqdan sonra, onların əlində bir neçə daş qalmışdı ki, nəhənglər də o daşlara Hum qalasını tikdilər. Şəhər erkən orta əsrlərdə
...
Читать дальше »
|
Yaşayış arealı Cənub-Şərqi Asiya olan Phobaeticus chani - hazırda planetin ən uzun həşəratı hesab olunur. Phobaeticus chani ən uzun həşərat olmasına baxmayaraq, olduqca incə və yüngüldür. Görünüşünə görə ağac budağına bənzəyir. Həşəratın sadəcə gövdəsinin uzunluğu 35.7 sm-dir. Ümumilikdə qolları və ayaqları ilə birlikdə həşəratının uzunluğu 56,7 sm-dir.
Phobaeticus chani adlı bu həşəratın yalnız 3 növü bizə məlumdur. Digər növlərin həyat tərzi heç öyrənilməyib. Bütün növlər Malayziyanın Sabah əyalətinin cəngəlliklərində yaşayır. Ən böyük növü Kalimantan adasının meşələrində 1989 ildə yerli əhali tərəfindən aşkar edilib.
Phobaeticus Chani həşəratı Datuk Çen Çjaulun tərəfindən araşdırılıb və 2008-ci ildə onun şərəfinə Chani olaraq adlandırılıb. Phobaeticus chani bir canlı olaraq ağac budağından heç də seçilmir. Bu özəlliyi onu düşmənlərdən qorunmaqda kömək edir.
|
Göbələkləri öyrənən elm mikologiya adlanır. Dünyada göbələklərin 1,5 milyona qədər növü qeydə alınıb. Göbələklərdə xlorofil, nişasta olmur. Onların hüceyrəsində bir və ya bir neçə nüvə olur, yəni eukariotdurlar. Onlar mikotoksinlər adlanan bioaktiv birləşmələr əmələ gətirirlər. Göbələklər əsasən kosmopolitan orqanizmlərdirlər ki, onlara hər yerdə rast gəlmək mümkündür. Göbələklər bəzi xüsusiyyətlərinə görə bitkilərə (daim böyüməkləri, sporlarla çoxalmaları, qidanı sormaları), bəzi xüsusiyyətlərinə görə isə heyvanlara (xitin və melaninə malik olması) bənzəsələr də onlar nə bitki nə də heyvandır. Ona görə onları ayrıca aləm kimi təsnif edirlər. Göbələklərin əsas xarakterik əlamətləri bunlardır: Göbələklərin əksəriyyəti kökü əvəz edən mitseli, gövdə və papaqcıqdan ibarətdir. Onların hamısı sporla çoxalır. Papağın alt hissəsində sporangilər yerləşir. Göbələklər çox vaxt tumurcuqlanma yolu ilə çoxalır. Göbələklə
...
Читать дальше »
|
Qaya külək, yağış və şaxtaya məruz qaldığı zaman kiçik hissələrə parçalanır. Qum diametri 0,05 - 2,5 millimetr olan hissəciklərdən ibarətdir. Onun tərkibində yeraltı sərvətlərin hissəcikləri, hətta mineral maddələr var. Qumun əsasını kvars (silisium oksidi) təşkil edir. Qumda həmçinin kalsit, slyuda, dəmir filizi və digər maddələrə rast gəlmək olur.
Dağların təbiətin təsirinə məruz qaldığı bütün ərazilərdə qum mövcuddur. Qum ən çox dəniz kənarında yığılır. Bəzi mineral maddələrin duzlu suda həll olunması prosesləri qum yaradır.
Bəs səhralarda qum haradan peyda olur? Onun çox hissəsini külək gətirir. Hətta deyilənə görə, bugünkü səhralar nə vaxtsa dəniz dibi olub, sonra min illər əvvəl su çəkilib və səhra yaranıb.
Qum çox faydalı süxurdur. Ondan beton, şüşə, sumbata kağızı hazırlanmasında, suyun təmizlənməsində istifadə olunur.
|
Limonad bir zamanlar çox bahalı və elit içki hesab edilirdi. Deyilənlərə görə, ilk dəfə limonad Fransız Kralı XIV Lüdovikin dövründə yaranıb. Lüdovik hər dəfə masaya fərqli növ şərab gətirtməyi sevərmiş. Bu da xidmətçilər arasında çaşqınlıq yaradırmış. Limonad içkisi xidmətçilərdən birinin səhvi üzündən yaranıb. İçki növünü dəyişmək üçün anbara düşən xidmətçi içkiyə səhvən başqa maye əvəzinə limon şirəsi əlavə edib. Alınan dadda olan fərqliliyi aradan götürmək üçün ona mineral su da əlavə edib. Xidmətçinin bu səhvi ona uğur gətirdi. Sonralar limonad adlandırılan bu içki XIV Lüdovikin çox xoşuna gəldi. Hər gün bu içkidən süfrəsinə gəlməsini sifariş edirdi. Tezliklə bu içki məşhurlaşmağa başladı. Əvvəlcə kral ailəsinin süfrəsinin, sonra isə bütün Avropanın sevilən içkisinə çevrildi. Limonad uzun illər kralın xidmətçisinin reseptinə uyğun hazırlanırdı: təbii limon şirəsi və mineral su. Ancaq 1767-ci ildən reseptdə dəyişiklik edildi. Britaniyalı alim
...
Читать дальше »
|
Rumıniyanın mərkəzində və cənubunda, şəhərdən uzaqda qeyri-adi daşlara rast gəlmək olur. Yerli əhali hətta onlara xüsusi ad verib: Trovantlar. Bu daşlar nəinki inkişaf edir hətta çoxala bilir. Əksər halda bu daşlar yuvarlaq bir formaya malikdir və kəskin ucları yoxdur. Görünüşünə görə bu yerlərdə çox sayda olan hər hansı bir qaya parçasından heç də fərqlənmir. Lakin yağışdan sonra daşların tərkibində və üzərində inanılmaz bir hadisə baş verir: göbələk kimi böyüməyə və artmağa başlayır. Hər bir trovant tədricən yalnız bir neçə qram artır və bir tondan çox çəkiyə sahib ola bilir. Gənc daşlar daha sürətli böyüyür, lakin yaşı artdıqca böyüməsi yavaşlanır. Canlı daşların tərkibi əsasən qumdan ibarətdir. Daşların unikallığına baxmayaraq, geoloqlar onları elm üçün açıqlanmayan hadisələrin kateqoriyasına aid etməyə tələsmirlər. Alimlərin fikrincə, böyüyən daşlar qeyri-adi olsa da, onların təbiəti izah edilə bilər. Geoloqlar iddia edirlər ki, trovan
...
Читать дальше »
|
Kərtənkələləri təhlükədən çevik ayaqları və quyruğu qoruyur. Təhlükə anlarında düşmən onu quyruğundan tutanda kərtənkələ quyruğunu buraxır və qaçır. Quyruq bir müddətdən sonra bərpa olur. Bir kərtənkələ üçün quyruğunu itirmək asan deyil. Buna görə də, quyruğundan azad olmazdan əvvəl, o təhlükənin həyatı üçün nə dərəcədə böyük olduğunu qiymətləndirir. Quyruqdan imtina prosesi refleks deyil, beyin tərəfindən tənzimlənən hərəkətdir. Kərtənkələnin quyruğu qığırdaq, bağlar və əzələlərlə bir-birinə bağlanan bir neçə zonadan ibarətdir. Təhlükə yarandıqda, dərhal o hissədə əzələlər və bağlar kiçilir, parçalanır və quyruq ayrılır. Ayrılmış quyruq kiçilməyə və hərəkət etməyə davam edir, beləliklə diqqəti özünə yönəldir. Bu arada onun keçmiş sahibi təhlükədən uzaqlaşır. Yeni quyruq yarandıqda, quyruğun qırıldığı hissədə onurğa bərpa olunmur, yerində yalnız qığırdaqlar meydana gəlir. Buna görə, hər dəfə quyruğun bədəndən ayrılması daha yüksək hissədən olur. <
...
Читать дальше »
| |