1. Dünyanın ən isti yeri ABŞ-ın Kaliforniya ştatında yerləşən "Ölüm vadisi" milli parkı planetin ən isti yeridir. Planetimizdə ən yüksək temperatur (56.7 selsi dərəcə) 1913-cü il iyulun 10-da məhz “Ölüm vadisi”ndə qeydə alınıb. 2. Dünyanın ən soyuq yeri Antarktidada Polar Yaylasının üst hissəsində temperatur ən aşağı 92.7 ° C-də düşə bilər, bu dərəcədə temperaturun düşməsi 2010-cu ilin avqustunda qeydə alınmışdır. 3. Ən çox əhalisi olan şəhər Əhalisinin sayına görə dünyanın ən çox əhalisi Çinin Şanxay şəhərindədir. Onun əhalisinin sayı 24,150,000-dir. 4. Ən az əhalisi olan şəhər Yalnız 842 vətəndaşı olan Vatikan şəhəri də dünyanın ən az əhalisi olan şəhəri və ən kiçik dövlət kimi tanınır. 5. Dünyanın ən varlı şəhəri Tokio dünyanın ən varlı şəhərlərinin sıyahısında yer alıb. 6. Ən yoxsul şəhər Yoxsul ölkə sayılan Konqo Demokratik Respublikasının Kinşasa şəhəri dünyanın ən yoxsul şə
...
Читать дальше »
|
23 iyul 1969-cu ildə Alma-Ata zooparkında Hindistanın baş naziri Cavaharlal Neru tərəfindən Qazaxıstana hədiyyə edilən yabanı Hind fillərinin ailəsində “Batır” adlı məşhur fil dünyaya gəldi. “Batır” adı rus dilinə tərcümədə "qəhrəman" deməkdir. Daha sonra Batır Karaqandada sirkə gətirildi və burada o qeyri-adi qabiliyyətini göstərərək dünyada məşhurlaşmağa başladı. Heyvanın bənzərsiz qabiliyyəti – onun məhz insan sözlərini deyə bilməsi idi. Batır asanlıqla insan kəlmələri söyləyirdi. Fil zooparkın işçiləri ilə ünsiyyət qururdu, hətta su istəyə bilirdi. Filin ilk qeyri-adi qabiliyyətini, zooparkın işçiləri gördülər. İlk dəfə fil 1977-ci ilin sonunda, Yeni il bayramı ərəfəsində danışmağa başladı. Bu əsl bir möcüzə idi: yemək və təmizlik zamanı zoopark işçiləri olduqca aydın şəkildə bu kəlmələri eşidirdilər: "Batır su içmək!", "Batır afərin!", "Batır yaxşıdır!" və s. Ağıllı fil özünü "mədəni" şəkildə təqdim edə bildi: "Mən Batıram!" deyirdi. Bundan əlavə, Batır i
...
Читать дальше »
|
1. Banan - buğda, düyü və qarğıdalıdan sonra dünyanın ən məşhur 4-cü qidasıdır. Hər il dünyada 100 milyarddan çox banan yeyilir. 2. Hər kəs bilir - banan ağacda yetişir. Amma əslində banan ağacı bir ot növüdür. Banan ağacı - qısa gövdəli və iri kökümsovlu hündür, bəzən də nəhəng otdur. Yeri gəlmişkən, banan dünyanın ən böyük ot bitkisidir. 3. Banan meyvə deyil, giləmeyvədir. 4. 95% banan ağacı Cənubi Asiyadan götürülmüş banan kolunun klonu sayılır. 5. Hazırda təxminən bananın 300-ə yaxın növü var, lakin onların əksəriyyəti qida üçün uyğun deyil. Yalnız 6 növ banan şirin və yeməli olur: Dondurma növü, Leydi Finger, Robusta, Racapuri, Maysur və Kavendiş. 6. Kavendiş - ən məşhur banan növü sayılır. Ötən əsrin ortalarında isə ən yeməli və daha dadlı banan növü məhz Qro-Mişel növü idi. Lakin demək olar ki, bu növ tamamilə məhv olmuşdur. Məhv olmasına səbəb isə "Panama xəstəliyi" adlı bir göbələk oldu. Təxminən 50 ildən sonra Kavendiş növünü də belə bir təh
...
Читать дальше »
|
Çörək tək qida deyil. Çörək bolluğun, rifahın rəmzidir. Bütün dünya mətbəxlərində bu və ya digər formada çörək var. Müxtəlif ölkələrdə çörəyi müxtəlif üsullarla, müxtəlif undan və müxtəlif formalarda hazırlayırlar. Arxeoloqların fikirinə görə, çörək 7000 il bundan əvvəl "icad" olunub. Çörəyi əksər hallarda buğdadan hazırlayırlar. Buğda möcüzəli bitkidir. Onun tərkibində karbohidratlar, zülallar, praktiki olaraq bütün əsas vitaminlər və minerallar var. Lakin müasir dövrdə buğda xüsusi emaldan keçir ki, nəticədə onun ən faydalı hissələri (taxılın qişaları, rüşeymi) atılır. Məhz belə emaldan sonra biz ağ un ("əla növ" un) əldə edirik. Bu undan ağ yumşaq çörək, bulkalar və s. dadlı məhsullar hazırlanır. Bu məhsullar çox dadlıdır, lakin onların faydası çox azdır. Daim ağ undan hazırlanmış çörək və s. un məmulatları yeyən insanda piylənmənin, mədə-bağırsaq sistemi xəstəliklərinin və s. pozulmaların riski artır. Təzə yumşaq çörək pis həzm olunur, bir çox hallarda kö
...
Читать дальше »
|
Qan qruplarının cinsi həyatınıza təsir etdiyini bilirdiniz? Publika.Az xəbər verir ki, xüsusilə də bu, kişilərdə daha çox özünü göstərir. Bildiyimiz kimi, qan ereksiyanın əsas hissəsidir. Bu mövzuda heç kimin bir etirazı yoxdur. Qan qrupunun ereksiya üzərində müsbət, ya da mənfi təsiri ola bilərmi? Bugünki yazımızda buna cavab tapacaqsınız. Türkiyədə həyata keçirilən bir araşdırmaya görə, qan qrupunun belə bir təsiri ola bilər. Qan qrupu 1-ci qrup olan kişilərin ereksiya probleminin olma ehtimalları 2, 3 və ya 4-cü qrupa nisbətən daha azdır. Hətta, 1-ci qan qrupu ilə müqayisədə, 2, ya da 3-cü qrup qana sahib kişilərin ereksiya problemləri 4 qat daha çox olur. 4-cü qan qrupu üçün isə bu riskin 5 qat qədər daha çox olduğu bildirilir. Qruplar arasındakı əlaqə heç də şişirdilmiş deyil. Çünki daha əvvəl reallaşdırılan işlərdə, xüsusilə 4-cü qrup olmaq üzrə bəzi qan qruplarının, ürək xəstəlikləri, qan laxtalanması, ya da yüksək xolesterol kimi bə
...
Читать дальше »
|
Baobab həqiqətən qeyri-adi bir ağacdır. Təbiətin ən qalın ağacı olmaqla yanaşı, baobab eyni zamanda ən uzun ömürlü ağacdır. Baobab 2000 ildən çox yaşayır, digər elm adamları isə 4 min ildən çox olduğunu söyləyir. Baobab – Afrika, Madaqaskar və Asiyanın tropik bölgələrində yetişir. Hündürlüyü 25m-dir . Gövdəsinin həcmi 30 tona, diametri isə 11 m-ə çatır. Bu yumşaq və süngərvari nəhəng gövdə, bir su anbarı vəzifəsini yerinə yetirir, yarpaqlarına və budaqlarına nisbətdə bu gövdəsi kobud və şişmandır. Ağacın budaqları yuxarıdan aşağıya doğru sallandığından isə qübbəvari çətir əmələ gətirir. Bəzi yerlərdə baobab ağacına ‘‘tərs dönmüş ağac’’ da deyilir. Portağal böyüklüyündə, yumurta formasında olan meyvəsinin turş lətli hissəsi yerli əhali tərəfindən şəkər tozu əlavə olunub yeyilir. Qabığından və yarpaqlarından "adasonina" adı verilən qızdırma salan maddə əldə edilir. Baobabın odunundan da kağız emal olunur. Madaqaskar adasında 8 növ baobab bitir. Bunlardan
...
Читать дальше »
|
Sabunun əsas xammalı NaOH, yəni natrium hidroksiddir. Hazırlanması haqqında məlumat aşağıdadır: A. Tərkibi: 1. Ən ucuz zeytun yağı 2. Su 3. Kaustik soda (NaOH, yəni natrium hidroksid) 4. Elektron termometr 5. Sabun qəlibləri 6. Paslanmaz qazan (6 litrlik) 7. Bir su stəkanı (ölçü olaraq) 8. Taxta yemək qaşığı və mikser (Diqqət: blender deyil!, mikser). B. Hazırlanması: 1. Paslanmaz qazana 6 stəkan su tökün. İçərisinə yavaş-yavaş 1 stəkan NaOH'ı qarışdıraraq əlavə edin. (Çok diqqət edin, hamısını bir dəfədə əlavə etməyin.) Bu qarışıq ekzotermik reaksiya ilə özü-özünə istiləşəcək. Temperaturun 40°C’yə düşməsini gözləyin. 2. 3 stəkan zeytun yağını ayrı bir qabda 40°C’dək qızdırın. 3. Kaustik soda 40°C’yə düşdükdə, 40°C’dəki yağı yavaş-yavaş taxta qaşıqla qarışdıraraq qazandakı natrium hidroksidə tökün. Qaşığı az qarışdırıb, mikserlə minimum 10 dəqiqə aşağı dövrlə qarışdırın.
...
Читать дальше »
|
Bununla belə, keyfiyyətli və kimyəvi əlavələri olmayan sabun tapmaq çətindir. Mütəxəssislər bildirirlər ki, ev şəraitində hazırlanan sabunlar insanın sağlamlığına daha müsbət təsir edir. Bu cür sabunlara əlavə olunan efir yağları isə əsəb sistemini sakitləşdirir. Kosmetoloq Nailə Rüstəmova nın sözlərinə görə, sabun hazırlamaq onun hobbisinə çevrilib və o, hazırladığı rəngarəng sabunların satışı ilə də məşğuldur. "Bu cür sabunlarda kimyəvi əlavələr demək olar ki, olmur. Həm də sabun hazırlamaq yaradıcı prosesdir. Fərqli formada, rəngdə və müxtəlif iyli sabunlar hazırlamaq olar. Bu sabunlar adi sabunlardan çox fərqlənir. Sabunları güllərlə bəzəyib hədiyyə də verə bilərsiz", - deyən həmsöhbətimizə görə, amma evdə hazırlanan sabunların mənfi tərəfləri də var. Kosmetoloq bildirir ki, xüsusilə də, bu işə təzə başlayanlarda sabunlar yaxşı alınmaya bilər: "Məsələn, sabunun üstü ağ, toz şəklində qatla da örtülə bilər. Bu cür sabun pis görünsə də, ağ ərp sabunun keyfiyy
...
Читать дальше »
|
Yapon hörümçək yengəci və ya nəhəng yengəc (lat. Macrocheira kaempferi) - Sakit okeanın Yaponiya sahillərində, Honsyu və Kyusyu adaları ətraf sularının 50 - 300 metr dərinliyində yayılıb. Buğumayaqlılar tipinə daxil olan ən iri canlılardan biridir. Yetkin yengəclər dekorativ məqsədlər üçün akvariumlarda saxlanılır. Bu canlılar qida kimi də istifadə olunur. Çəkisi 40 kq-dır. Ayaqsız uzunluğu 80 sm, ayaqları ilə birlikdə 6 metrdir. 150—800 metr dərinlikdə yaşasalar da, adətən 200—300 metr dərinlikdə daha tez-tez rast gəlmək olur. Yumurtlama dönəmində 50 m dərinliyə qədər qalxa bilirlər. Əsasən molyusk və heyvan qalıqları ilə qidalanır. 100 il ömür sürə bilər. Hörümçəyə bənzədiyinə görə “hörümçək yengəci” adlandırılıb. Növ ilk dəfə 1836-cı ildə holland zooloqu Konrad Yakob Temmink tərəfindən qeydə alınıb. Macrocheira cinsinə daxil olan və günümüzdə yaşayan yeganə növdür. Yetkin yengəc balıqçılıq üçün yararlı sayılmır. Əti da
...
Читать дальше »
|
Təzə doğulmuş uşağınızın hansı xarakter sahibi olacağını bilmək maraqlı deyilmi? Bir sıra mütəxəssislər bunun üçün çoxdandır baş sındırırlar. Belə iddia edənlər var ki, onların hazırladığı tale rəqəmlərinin köməkliyi ilə beşikdəki körpənin də kimliyini bilmək olar. Bunun üçün uşağın doğulduğu il, ay və günün rəqəmlərini üst-üstə gəlmək lazımdır. Məsələn, tutaq ki, uşaq 9 iyun 1984-cı ildə anadan olub. İndi həmin rəqəmləri toplayaq: 9+6 (iyun) +1+9+8+4=37 Bundan sonra alınan ədədin rəqəmlərini toplayırıq: 3+7=10 Alınan bu ədədin də rəqəmlərini toplayırıq 1+0=1 Beləliklə, uşağın tale rəqəmi 1-dir. Və ya əgər uşaq 1 may 1978-ci ildə anadan olubsa, onun tale rəqəmi belə tapılır: 1+5 (may) +1+9+7+8= 31 Alınan ədədin tərəflərini toplayaq: 3+1=4. Demək, uşağın tale rəqəmi 4-dür. Beləliklə, bütün insanlar doqquz qrupa bölünür. Bir: Tale rəqəmi bir olan uşaqlar dünyaya gələn andan xarakter göstərirlər. Beş yaşında
...
Читать дальше »
| |