Ulduzlar sistemində 9-cu yeri
tutan bu bürc təxminən
noyabr ayının 23-dən
başlayaraq dekabrın 21-nə
qədər (29 gün) davam edir.
Ünsürü od, planeti Yupiter, uğurlu günü cümə axşamı,
uğursuz günü şənbə, düşərli
rəqəmi 5, numeroloji rəqəmi
9, uğurlu çiçəyi nərgiz,
enerjisini artıran ağacı tut və
ağcaqayın, metalı qurğuşundur. Oxatan bürcü ulduzlar
sisteminin təqribən 867
kvadrat dərəcəlik sahəsini
tutur. Onun tərkibinə adi
gözlə görünən 115 ulduz
daxildir. Qalaktikamızın nüvəsi də məhz Oxatan
bürcündədir. Onun 10 kürəvi
və səpilmiş ulduz toplusu,
habelə üç parlaq və iri Diffuz
dumanlığı var. Onları hətta
kiçik teleskopla və ya güclü durbinlə də müşahidə etmək
mümkündür. Oxatan bürcünün himayədarı Yupiterdir. Bu planet
astronomik hesabla beşinci
sırada yerləşir. Qədim
əsatirlərdə Yupiter Roma
imperiyasının baş allahı,
göylərin, allahların, o cümlədən insanların hakimi
kimi təqdim olunur. Məhz
onun şərəfinə bu planeti
Yupiter adlandırıblar. Qədim
babillilərdə isə onu "Böyük
xoşbəxtlik planeti" hesab edirdilər. Haqqında
danışdığımız planet Göy
qübbəsində Ay və Veneradan
sonra Yerə ən parlaq işıq saçan
obyektdir. Onun radiusu 71300
km, elementi hava, tərkibi istilik, xarakteri isə
hakimlikdir. Parıldayan, sehrli gözlər,
bəzənsə hiyləgər baxışlar,
zahiri gözəllik, istənilən
adamla dil tapmaq bacarığı,
görüb-götürmək istedadı,
xeyirxah və özünü sevdirə bilən... Oxatan bürcündən söz
düşəndə ilk növbədə
sadaladığımız bu məziyyətləri
bilmək vacibdir. Bu adamlar
ilk növbədə hər şeyi açıq-
aşkar və azad görməyi sevirlər. Onlar ürəyigeniş,
yaraşıqlı, bəzi hallardasa qapalı
və impulsiv olurlar. Belələri
nadir hallarda aldanır və ya
tənhalığa qurşanırlar. Bu
bürcdən olanlar öz dəqiqliyi və uzaqgörənliyi ilə həmişə
öz yoldaşlarından seçilirlər.
Hələ çox-çox qədimlərdə
Babilistan münəccimləri
Oxatanların təmkinli
xarakterə və fəlsəfi təbiətə malik olduğunu bildirirdilər. Bundan əvvəlki dövr - Əqrəbin hakimiyyətdə olduğu ərəfə insanlara ehtiras, enerji,
güclü fəaliyyət və
münasibətlərdə gərginlik
verirdisə, Oxatan nisbətən
fərqli mövqedə durur. Belə ki,
himayəsinə daxil olduğumuz bu Zodiak cəmiyyətdə gedən
kəskin proseslərə,
qarşıdurmaya nisbi sakitlik
təlqin edir. Onun
"hakimiyyəti" dövründə
insanlara səadət, firavanlıq və dostluq kimi qiymətli amillər
bəxş olunur. Bu ərəfədə hər
bir şəxs güzəştə getməyi
bacarmalı, barış mövqeyindən
çıxış etməlidir. Münəccimlərin
fikrincə, yalnız bu yolla Oxatanın himayədarlıq etdiyi
dövr düşərli ola bilər. Bir amili
də nəzərinizə çatdıraq ki,
bəhs etdiyimiz zaman
kəsiyində daha çox
biznesmenlərin bəxti gətirir. Odur ki, pullanmaq istəyənlər
bəri başdan ölçü
götürməlidirlər.
Başqa bürclərdə olduğu kimi
bu Zodiak da özündə ikili
xüsusiyyət cəmləşdirir. Belə ki, onlar bir tərəfdən cəsur,
sərbəst, digər tərəfdənsə,
barışmaz və kobuddurlar.
Oxatan sərgüzəşt və
macəraları sevir, istənilən
ağıllı mübarizədə igidlik göstərməyi bacarırlar. Qədim
mənbələrə görə, bu bürcdən
olanlar gah kimisə fəlakətdən
xilas etməli, gah harayasa
tələsməli, gah da kiməsə yol
göstərməlidir. Onların əsas xüsusiyyətləri
məğlubedilməzlik və
nikbinlikdir. "Qoroskopdan pis xəbər" adlı
kitabda bu bürc haqqında
deyilir: "Hədsiz dərəcədə
kobud və ədəbsiz olan bu cür
insanlarla münasibətdə
istənilən xoşagəlməz hadisə baş verə bilər. Belə ki, metro
və avtobuslarda gedərkən o,
başqalarının ayağını
tapdalayar və dava düşər,
restoranda yeyib-içər və
camaatla əlbəyaxaya çıxar və s. İş fəaliyyətinə gəldikdə isə
Oxatanlar çox yönsüz
olduğundan işlədikləri idarəni
iflasa uğrada bilərlər. Bu cür
insanlar iş yerindəki bütün
sənədləri qarışdırır və texniki avadanlıqları yarıtmaz hala
salırlar. Onlara elə gəlir ki, bu
cür xırda şeylərə baş qoşmaq
yox, qlobal işlər haqqında
düşünmək lazımdır". Amma bizim qənaətimizcə,
Oxatanların müsbət
keyfiyyətləri daha çoxdur.
Fiziki cəhətdən güclü olan
belələri həmişə yüksək
ideyalarla yaşasalar da, hərdəmxəyal və ya hissə
qapılan deyillər. Əksinə,
həmişə öz perspektivlərini
həyata keçirmək məqsədilə
bütün güclərini səfərbər
edirlər. Ədalət tərəfdarı olduqlarından, nadir hallarda
hiyləgərlik edirlər.
Oxatanların, demək olar ki,
hamısı səfərlərə çıxmağı,
riskə getməyi, bəzən də
qarmaqarışıqlıq yaratmağı xoşlayırlar. Ən dəhşətlisi odur
ki, belə adamların ən azı 50
faizi uzun ömür sürmür. Onlar
nadir hallarda yorğan-
döşəkdə, öz doğmaları
arasında vəfat edirlər. Böyük siyasətlə məşğul olan
Oxatanların əksəriyyəti sui-
qəsdin qurbanı olur və ya
sürgün həyatı yaşayırlar
(F.Engels, İ.Stalin, L.Brejnev,
Rəsul Quliyev və s.). Bəri başdan bildirək ki, bu
adamlar çox bədxərcdir. Pulu
xərcləməyə başladılarsa, heç
cür dayana bilmirlər. Xəsislik
hissi onlara yaddır (xüsusilə
də, əgər söhbət onlara əziz olan adamlardan gedirsə).
Belələri maliyyə imkanlarını
nəzərə almadan bahalı və
dəbdəbəli hədiyyələr
bağışlayırlar. Pulsuzluq dövrü
yetişdikdə, qənaət etmək lazım gəldikdə isə Oxatanlar
özlərini kədərli və bədbəxt
hesab edirlər. Onlar sərbəst
pul xərcləmə imkanından
ləzzət alırlar. Yaradıcılıqda isə
bu adamlar təkrarçılığa meyllidirlər. Onların
yaradıcılığında istedadlı
insanların təsiri hiss olunur. Karmik yanaşmalara gəlincə,
Oxatan bürcündən olanların
əsas ideyası azadlıqdır və bu
ideya hər şeyə münasibətində
aydın nəzərə çarpır, xüsusilə
də nigaha dair düşüncələrində. O, dünyanı bir tam kimi qəbul
edir, bu bütövlüyə yeni ideya
bağışlamaqla bərk məşğul
olduğundan konkret
insanların hisslərinə vaxtı
çatmır. Oxatan son dərəcə xeyirxah, alicənab fərddir. O,
təkrarolunmaz məlahətə
malikdir, amma müntəzəm
surətdə ətrafa səhv qiymət
verir, laqeydlik göstərir. Lakin
ümumilikdə yüksək dairələrdən informasiya aldığı
üçün adətən hər şeyi dolğun
şəkildə təsvir edir. Oxatan
asanlıqla bir işdən başqa bir işə
yönələ bilir. Buna görə də
onun əsas problemi diqqətsizlik və
məsuliyyətsizlikdir. Ali Oxatan Tanrı Həqiqətlərini
insanlara ötürən liderdir. Onun
idarə etdiyi sahələrdə İNSAN
vasitəsilə ali ideyalar sanki
bəşəriyyətə yayımlanır. Bu
ideyalara fəlsəfi və dini xarakter xasdır. Oxatanın
beyni ideyalarla doludur, lakin
o, ideyalarını heç kimə zorla
yeritmir, daha çox bu
ideyaları işıq kimi ətrafa saçır.
Oxatanın kosmik sevgisi onun Ali Başlanğıca can atmasıdır və
bu Ali Başlanğıcı hər Oxatan
öz bildiyi formada edir. Buna
baxmayaraq ali canatmanı hər
bir Oxatan içində hiss edir.
Onların nikbinliyinin və həyatsevərliyinin kökündə
də məhz bu meyl durur. Bu bürcdən olan qadınlarda da
fərqli cəhətlər çoxdur. Müasir
astrologiyanın təbirincə
desək, Oxatan-qadınlar daha
çox kişi xarakterinə malik
olur, dostları arasında əks cinsdən olanlar böyük çoxluq
təşkil edir. Bir amili də
nəzərinizə çatdıraq ki,
sözügedən Zodiaka malik
zərif məxluqlar arasında əsl
qadın xarakterini daşıyanlar olduqca cüzi faiz təşkil edirlər.
Həm də onlar qadında olan
bütün müsbət keyfiyyətləri
özlərində toplayırlar (Əlbəttə
ki, Qız bürcünün qadınlarından
sonra - S.R.). Onlar əksər hallarda ailədə aparıcı
mövqeni əldə saxlamağa
çalışır və buna nail olurlar. Söz
ki ailədən düşdü, gəlin, bu
bürcdən olanların sevgi
həyatına da səyahət edək... Oxatan bürcündə dünyaya
gələn adamlar hamı kimi
sevib-sevilməyi də bacarırlar.
Əgər məhəbbət aləmində
kobudluq, hərdəmxəyallıq,
tez qızışmaq kimi hallar olmasa, bu adamlar "ilan"la da
yola gedə bilərlər. Ən əsası
odur ki, Oxatanlar qısqanc
deyillər. Amma bu heç də hər
şeyə göz yummaq kimi başa
düşülməməlidir. Çünki belələrinin qəzəbinə gəlmək
dözülməzdir. Əgər tərəf-
müqabilləri onları qane
etmirsə, Oxatanlar onlardan
asanlıqla imtina edir. Bir sözlə,
bu bürcdən olanlar öz adlarını təmiz saxlamaq naminə hər
şeyə gedirlər. Oxatanlar digər bürclərdən
fərqli olaraq daha tez
vurulurlar. Amma sevgi
məsələlərinə həmişə inamsız
yanaşır, "onsuz da
alınmayacaq" deyə düşünürlər. Hətta bəzən toya
bir həftə qalsa belə, onlar
sevdiklərinə qovuşacaqlarına
inanmırlar. Əlbəttə ki, söhbət
yüksək həyat təcrübəsinə
malik olan aktiv Oxatanlardan getmir. Əgər kimsə, qəlbində
bu bürcə yer ayırıbsa, ona
məsləhət görərdik ki, öz
tərəf-müqabilinin inamını
qırmasın. Oxatanın təkliflərini
eşitsəniz, söz güləşdirməsəniz, birgə xoş günlər
yaşayacaqsınız. Bu bürclülər astrologiya
sahəsində daha çox biznesmen
kimi məşhurdur. Onlar hətta
kimsəsiz səhraya düşsələr
belə, qısa vaxtda ən böyük
mənsəb sahibinə çevrilə bilirlər. Bundan başqa,
Oxatanlar daha çox siyasətə,
elmə maraq göstərirlər. Onlar
mistik elmlərə, cadugərlərə,
fal açanlara, hətta qoroskopa
qeyri-ciddi yanaşırlar. Bu adamlarda böyük bir kütləni
öz arxalarınca aparmaq
istedadı var. Onların fəallığı və
mübarizliyi həmişə diqqət
mərkəzində olur. Hətta
onların "paxırı" olsa belə, özləri istəməsə, heç kim bunu
aça bilməz. Bir sözlə, həyatın
əksər sahələrində "ilişmirlər". Peşə astrologiyasına görə,
haqqında danışdığımız bürcün
sakinləri dənizçi, hərbçi, alim,
rəssam və bu kimi digər
peşələrə yiyələnə bilərlər.
Amma yuxarıda dediyimiz kimi onların əsas qayəsi
böyük biznes və siyasətdir. Məşhur "oxatan"lar: Rəşid Behbudov, Tahir Salahov, Aşıq
Zülfiyyə, Kamal Abdulla,
Həsənağa Salayev, Əkrəm
Əylisli, Fətəli Xan Xoyski,
Mərziyə Davudova, Coşqun
Rəhimov, Rəsul Quliyev, Çingiz Aytmatov, Əminə
Dilbazi, Xudu Məmmədov,
Rac Kapur, Dilarə Əliyeva,
Səttar Bəhlulzadə, Hüseyn
Arif, Ramiz Rövşən, Salatın
Əsgərova, Osman Sarıvəlli, Mikayıl Abdullayev, Qulu
Əsgərov, Süleyman Vəliyev,
Nizami Rəmzi, Nüşabə
Ələsgərli...
|