Əqrəb bürcünün ünsürü su,
planeti Mars və Pluton, düşərli
günü çərşənbə axşamı,
düşərsiz günü bazar ertəsi,
cümə, uğurlu rəngi sarı, tünd-
qırmızı, al və moruğu, uğursuz rəngi boz, metalı
dəmir və polad, uğurlu daşı
akvamarin, rubin, Ay bülluru,
topaz, enerji verən çiçəyi
qərənfil, pion və
xirozentema, uğurlu rəqəmi 4, 5, 8, 9, 10, 66, müxalif bürcü
Buğa, talismanı əqrəb, ölüm
işarəsi, şanslı ölkələri isə
Almaniyanın Bavariya və
Saksoniya hissəsi, Norveç,
Əlcəzair, İsveç, Mərakeş və Seylondur. Əqrəb işarəsi altında dünyaya
gələn adamlar öz xüsusiyyətlərinə görə, iki
sinfə bölünürlər: mistiklər və
materialistlər. Birincilər hər
şeyi ilahiyyatla bağlayır,
ikincilər isə əsasən, fağır və
sakit görünsələr də, öz məqsədləri uğrunda hər şeyə
gedirlər. Hətta onlar süst və
sıxıntı içində yaşasalar da,
özlərinin şəxsi maraqları
xatirinə buna dözürlər.
"Əqrəb"lər daim narahatlıq hissi keçirən adamlardır. Bu
işarə altında dünyaya gələnlər
çatışmaz hərəkətlərini, o
cümlədən hiyləgərliklərini
çox ustalıqla gizlədə bilirlər.
Onların nə istədiyini, hansı addımı atacaqlarını özləri
deməsə, təyin etmək çətin
olur. Yəqin elə bu səbəbdən
də orta əsrlərdə "Əqrəb"ləri
"əsl sifətini maska altında
gizlədən adam" adlandırırdılar. Əqrəb bürcündə doğulanlar
ətraflarında baş verən
hadisələrdən tez nəticə çıxarır
və özləri üçün ölçü götürməyi
ustalıqla bacarırlar. Belələri
ətrafda baş verən hadisələri taraz saxlamağa çalışan,
xaraktercə qapalı və küskün
adamlardır. Onların psixoloji
dəyanəti və bol enerjisi
imkan verir ki, dağı dağ
üstünə qoysunlar. Buna baxmayaraq, "Əqrəb"lərin
çatışmazlaqları da kifayət
qədərdir. Belə ki, onların
məsuliyyətsiz addımları
ucbatından nəinki özləri,
hətta ətrafındakılar da zaman-zaman əziyyət
çəkirlər. Hisslərə qarşı həssas
olan bu adamlara qarşı
xəyanət olunarsa, stressdən
ölə də bilərlər. Onların yaddaşı
yalnız 30-35 yaşa qədər normal olur. Sonrakı
dövrlərdəsə bəzən yarım saat
əvvəl gördükləri işlər də
yadlarından çıxır. Bu zodiakın
xarakteri çox zəngindir. Belə
ki, belələrində yüksək enerji, diribaşlıq, güc və diqqəti cəlb
etmək bacarığı var. Amma
onların amansızlığı,
tündməcazlığı və bir qədər
kobudluğu da olur.
Bu şəxslər böyük enerjiyə malikdirlər. Digərləri ilə
müqayisədə daha məhsuldar
çalışırlar. Lakin başlanmış işi
axıra çatdırmadan, nəticəni
görmədən işi məhv etmək də
onlara xas bir şeydir. "Əqrəb"lərdə psixiatr və
cərrah, həmçinin hərbçi olmaq
istedadı var. Onlar özlərinə
qarşı səxavətli, digərlərinə
qarşı xəsisdirlər. Həmişə
özlərinə qarşı tələbkar olurlar. Bu adamlar hər zaman
hədiyyələri qəbul edir, lakin
eyni qaydada hərəkət etməyi
- kiməsə hədiyyə almağı
ağıllarına belə gətirmirlər. Pul
onlar üçün hakimiyyət və nüfuz rəmzidir. Məhz buna
görə "Əqrəb"lər pulu çox
sevirlər. Karmik astrologiyada "Əqrəb"
daima özünü və ətraf mühiti
dəyişən, daxilənsə çox
emosional şəxsiyyət kimi izah
olunur. Onun içində güclü
emosiyalarla müşaiyət olunan psixi dəyişikliklər baş verir.
Lakin çox qapalı olduğundan
bütün bunları hiss etdirmir.
"Əqrəb"lərin hamısı qapalıdır,
bu səbəbdən də az qala heç
kəs onların daxili aləmindən, emosiyalarından, özünə
hörmət və ləyaqət hisslərinin
mahiyyətindən xəbər
tutmur. Belələrinin gözəl
ixtiraçılıq qabiliyyəti var və
bacarıqlarından yararlanıb insanları idarə edə bilirlər.
Amma onlar bütün bunları
özləri üçün edirlər, yoxsa
başqası üçün - bilinmir.
"Əqrəb"lərin etikasının əsas
xətti də məhz budur. Danılmaz bir həqiqət də var
ki, şəxsi maraq güdən "Əqrəb"
çox asanlıqla
məhrumiyyətlərə uğrayır.
Karma dərəcəsinə görə, Ali
Əqrəb hər cür şərdən uzaq olan fərddir. O, şərdən birbaşa
Tanrı tərəfindən qorunur. Bu
insanın ətrafında güclü magik
sahə yaranır ki, bu sahəyə
düşən ən pis adam belə
günahlarını etiraf etmək, tövbə etmək istəyir. Bu
zaman insan qəfil həyata daha
ciddi yanaşmağa,
həqiqətpərəst olmağa,
xeyirxahlığa doğru güclü
impuls hiss edir. "Əqrəb"lər həm də şəri
neytrallaşdırıb yerində xeyir
cücərtmək istəyirlər.
Müasir astrologiyada bu
adamların mənfi
xüsusiyyətləri geniş şəkildə izah olunur. Qeyd olunur ki, öz
ambisiyalarına nail olmaq üçün
həmişə vəzifəyə can atan
"Əqrəb"lərlə daimi ünsiyyət
qurmaqdan çəkinmək
lazımdır. Çünki hücum üçün onların silahları həmişə hazır
vəziyyətdə olur. Zahiri
görünüşdən çox cəlbedici,
gözəl olmalarına baxmayaraq,
qadın-Əqrəblər əsl cadugər
olurlar. Onlar ağlasığmaz, qeyri-adi hərəkətlər
törətməkdə mahirdirlər. Əgər
avtomobil sürücüsü yolu
keçən qoca piyadanı vurubsa,
siz əmin ola bilərsiniz ki, bu
sürücü Əqrəb bürcündədir. "Əqrəb"lər özlərindən başqa
heç kəsə inanmır, mühüm
işlərin həllində kənardan
kiminsə kömək edəcəyinə bel
bağlamırlar. Heç vaxt cəfəng
şeylərə baş qoşmur, boş xülyalarla yaşamırlar. Əgər
övladlarınızdan bu bürcdə
doğulanı varsa, onların
müstəqilliyinə mane olmayın.
Onsuz da onları öz yollarından
döndərə bilməyəcəksiniz. Yüz illərin təcrübəsi göstərir ki,
"Əqrəb"lərin bədbəxt
olmasının əsas səbəbkarı
məhz onların valideynləri
olur. Bu səbəbdən də bəri
başdan ciddi ölçü götürməyə dəyər.
Magiyaya ən yaxın ünsür Su,
ən yaxın bürcsə Əqrəbdir.
Onlar elə doğulduqları andan
özlərində böyük magik enerji
daşıyırlar. Buna görə də bu bürcün sakinləri öz
enerjilərindən istifadə etməyi
öyrənməlidirlər. Əks halda,
ətraf mühit üçün böyük
təhlükə törədə bilərlər.
"Əqrəb"lər öz düşmənlərinə qarşı cadu, tilsim etməkdən
çəkinməlidirlər. Onsuz da
fövqəltəbii üsullarla onlara
zərər yetirmək istəyən
insanların bütün cəhədləri
boşa çıxa, bəzən hətta özlərinə qarşı yönələ bilər.
Magiyada "Əqrəb"lər o qədər
güclüdürlər ki, onlara qarşı
ehtiyatlı olmaq məsləhət
görülür. Bundan başqa, onlar
çox seksual və cəlbedici olur, öz ehtirasları ilə hər bir istəyə
çatırlar. Lakin onlar öz
bacarıqlarından çox istifadə
etməli deyillər. Ümumiyyətlə,
barəsində danışdığımız
şəxslər peyğəmbərlik etməyi xoşlayırlar, lakin onların heç
də hər məsləhətinə əməl
etmək lazım deyil.
Antik dövrün münəccimləri
"Əqrəb"ləri üç qismə
bölürdülər: özünü sancan; həm özünü, həm başqasını
sancan; yalnız başqalarını
sancan. Onlar öz
müsahiblərinin zəif yerini
asanlıqla tutduqları üçün
bəzən ciddi düşmənlər də qazanırlar.
"Əqrəb"lərin bioenergetik
sahəsi də digər bürclərdən
kəskin surətdə fərqlənir.
"Qoç"da baş, "Şir"də ürək,
"Balıqlar"da ayaq nahiyəsi olduğu halda, haqqında
yazdığımız bürcdə həmin
orqan yumurtalıqlara və
cinsiyyət üzvlərinə düşür. Bu,
daha çox ehtiras simvolu olan
Marsın himayəçilik etməsilə bağlıdır.
"Əqrəb"lər hələ kiçik
yaşlarından idmana, xüsusən
də güləşə və yüngül
atletikaya meylli olurlar.
Amma bu sahədə şöhrət zirvəsinə nadir hallarda
yetişirlər. Çünki ailə qayğıları,
şəxsi problemləri həmişə
onların arzularına sipər çəkir.
Onlar fiziki cəhətdən güclü
olduqlarından qan-damar sisteminin fəaliyyəti
qənaətbəxş olur. Amma
idmandan əl çəkən kimi
orqanizmlərində - əsasən də
böyrəklərində kəskin
duzlaşma yaranır, sidik ifrazatında çətinlik çəkirlər.
Əqrəb bürcündən olan
adamlar əksər hallarda balaca
boya, cəldliyə və qaynayan
gözlərə malik olurlar. Belələri
heç vaxt yanılmırlar. Hətta dilucu və ya yersiz sözlərini
də hansı məqsədlə dediklərini
yaxşı bilirlər. Onları aldatmaq
çətin və sadəcə olaraq
mümkün deyil. Əgər "Əqrəb"
müsahibinizə yalan satıb ürəyinizdə "aldatdım" deyə
düşünürsünüzsə, yanılırsınız.
Çünki belə adamlar üzdə sizə
inanan kimi görünsələr də,
əslində yalan danışdığınızı
sizdən də yaxşı bilirlər. Yəqin ki, "çoxbilmişlikdən balaca
qalıb" qədim el məsəlini də
məhz Əqrəb işarəsi altında
doğulanlara şamil ediblər.
Əqrəb bürcü altında doğulan
adamlar heç də başqaları kimi ən müxtəlif sahələrdə
çalışmağı bacarmırlar. Amma
onlarda bir müsbət keyfiyyət
var ki, əgər fikirlərinə bir şey
salıblarsa, mütləq axıra qədər
gedirlər. Məsələn, əgər onlar həkim olmaq istəyirlərsə, nə
valideynləri, nə dostları, nə də
yaşadıqları mühit bu yolda
sədd ola bilməz.
Orta əsrlərdə "Əqrəb"lərə
diaqnostika həkimi, cərrah, müəllim, məhkəmə işçisi
olmağı məsləhət görürdülər.
Bununla yanaşı, sərkərdə, fəal
mafiya üzvü, detektiv,
psixoloq, siyasi xadim və
başqa peşə sahibləri də yetişir.
|