Ulduzlar sistemində beşinci
yeri tutan Şir bürcü təxminən
iyulun 23-dən avqustun 22-nə
qədər olan dövrü (31 gün)
əhatə edir. Ünsürü od, planeti
Günəş, düşərli günü bazar, düşərsiz günü şənbə, uğurlu
rəngi qızılı, narıncı, al, qara,
uğursuz rəngi ağ, uğurlu daşı
yantar, topaz, rubin, oniks,
brilliant, metalı qızıl, enerji
verən çiçəyi xrizantema, pion, uğurlu rəqəmi 1, 5, 9, 11,
müxalif bürcü Sutökən,
talismanı taclı inək, şir, qartal,
şanslı ölkələri Fransa, İtaliya,
Çexiya, Slovakiya,
Antarktida, Arktika və Siciliyadır. Fiziki strukturu Şir bürcündə doğulan
insanların adətən hündür boyu, dolu mütənasib bədəni,
yumru başı olur. Enli
kürəkləri, hündür, açıq alnı,
azca əyilmiş burnu, dolu
dodaqları var. İri, qara və ya
şabalıdı gözləri, məğrur, aydın baxışları, açıq rəngdə saçları
və gözəl dərisi olur. Yerişi
ləngdir. Xarakteri möhkəm,
cəsarətli, müstəqildir. Çox
diqqətli, məğrur, xeyirxah,
azad düşüncəli, lakin əsəbidirlər. Fəaliyyət üslubu Bu bürc altında doğulanlar
arasında çoxlu aktyorlar,
rejissorlar, prodüsserlər və
teatr adminstratorları var.
"Şir"lər xüsusiylə "malı yaxşı
nümayiş etdirmək",- gərək olduğu yerdə daha uğurlu
fəaliyyət göstərirlər. Buna
görə də dizayn, aşbazlıq,
vitrinlərin quruluşu və s. kimi
işlər onların ürəyincədir. Qeyd
etmək lazımdır ki, "Şir"lər yeni və təcrübələri az olan
işlərə başlamağa meyllidirlər.
Buna görə də çox
çalışmalarına və istedadlarına
baxmayaraq, bəzən öz
məqsədlərinə çata bilmirlər. "Şir"lər pulun özünü yox,
onun yaşamağa imkan verdiyi
şahanə həyatı sevirlər. Biznes
onlar üçün elit bir oyundur.
Belələrinin sərmayə qoya
biləcəyi ən uğurlu mühit daşınmaz əmlak və əmanət
sahəsidir.
Vəzifə həvəskarı olan bu
Zodiak idarəetmədə
peşəkardır. Çünki onda
artistlik bacarığı və özünəinam hissi çox güclüdür.
Zaman-zaman çətinliklərə
mübtəla olsa da, vəzifə
pilləsində hamını
təəccübləndirməyi bacarır.
"Şir"in ən zərif yeri olan özünəvurğunluq hissinə qarşı
çıxsanız, asanlıqla onun əbədi
düşməninə çevrilə bilərsiniz.
Bu bürcdən olan vəzifəlilər
hədsiz dərəcədə zəif yaddaşa
malik olurlar. Bu amildən yararlanıb bütün işləri hiss
etdirmədən icra edin və ona
yalnız uğurlu nəticə haqqında
məlumat verin. "Şir"in
ürəyinə yol tapmaq
istəyirsinizsə, cəsarətli və qürurlu olmağınız kifayətdir. "Zəif damarı" "Şir"lər otağa girəndə orada
olanlar arxa plana keçməli,
hamı onlara diqqət
yetirməlidir. Unikal və
digərlərindən üstün
olduqlarını göstərməlidirlər. Onlara bu imkanı verin. Deyin
ki, hələ bu vaxtacan belə
qeyri-adi insan görməmisiniz.
Onları tərifləyin. Bu, onlara
hava və su kimi lazımdır.
Onları tutduqları mərkəzi mövqedən yıxmağa
çalışmayın. Öz kamilliklərini
nümayiş etdirməyə imkan
yaradın. Həyatınızın onların
ən kiçik arzularından asılı
olduğunu göstərə bilsəniz, daha yaxşı olar. Deyə
bilərsiniz, "bu lap ağ oldu",
amma bir başqa bürclə bu,
bəlkə də belə olardı. "Şir"lərə
isə başqa yol yoxdur. Onlar
bunu təbii hal kimi qəbul edirlər. Bu adamlar yumor
hissinə malikdirlər, gülməyi
xoşlayırlar, lakin özlərinə
yox. İncəsənətlə, teatrla,
ədəbiyyatla maraqlanırlar.
Buna görə də "Şir"ləri şəkil qalereyasının açılışına,
tamaşanın, filmin
premyerasına, ədəbi
xarakterli dəbdəbəli
yığıncağa dəvət etmək
yerinə düşər. Mənfi cəhətləri Astrologiyadan "Şir"ləri mərd
və cəsur insan kimi tanısaq da,
bu adamlar eyni zamanda
vəzifəpərəst, dikbaş və
hissiyyatsız bir varlıqdırlar.
Onlar şöhrətpərəst və lovğa olur, onların yerini tutmağa
çalışan hər kəsi məhv edir, öz
planlarını həyata keçirmək
üçün hər şeyə (mənfi və
müsbət cəhətdən) gedirlər.
Qadın-Şirlər şıltaqlıq və ədabazlıq etmədən keçinə
bilmirlər. Gizli qabiliyyətləri Şir bürcündən olan kişiləri
ifrat özünəvurğunluq və
eqoizm uçuruma yuvarlada
bilər. Onlar hər zaman
yüksəkdə durmağa
öyrəşiblər. Ona görə də belələrini yalandan
tərifləməklə hər bir işə (o
cümlədən yaramaz işlərə də)
sövq etmək mümkündür. Bu
sayaq insanlar bir anlıq
parlamaq üçün çox şeyi qurban verərlər.
Aşağı səviyyəli "Şir"lər
eqoistdir. Belələri tərəddüd
etmədən ailəsini, uşaqlarını
onlara məftun olduğunu
göstərə bilən başqa bir qadından ötrü ata bilərlər.
Onlar hətta ailələrinin
çörəkpulunu düşünmədən
sağa-sola xərcləməyə
qadirdirlər. Özlərini təmizə
çıxarmaq üçün gözlərini qırpmadan yalan danışa
bilərlər. Şan-şöhrətə çox
qısqancdırlar. Onların
səhvlərini üzə çıxaranlara
nifrət bəsləyirlər. Əgər
yüksək səviyyəli "Şir"lər alicənab və müdrik
padşahlardırsa, aşağı səviyyəli
"Şir"lər tovuz quşu lələyi
taxmış qarğalardır və onlar bu
lələyi hər şeydən üstün
tuturlar. Şir bürcündən olan qadınlar
hər bir halda şahzadədirlər.
Onların aşağı səviyyəli olanları
çox bədxərc və eqoistdirlər.
Belələrinin istəyi başqaları
üçün qanundur. Əgər kimsə onların istəklərini yerinə
yetirmirsə, ona nifrət edirlər.
Bu sayaq qadınlar digər
həmcinslərinə yalnız
xidmətçi, yaxud da özlərinə
maneə kimi baxırlar. Aşağı səviyyəli Şir-qadınlar,
yüksək səviyyəli Şir-
qadınlardan qorxurlar. Çünki
onların üstünlüyünü çox yaxşı
duyurlar. İşlənməmiş
karmaya malik olan belə qadınları gözləyən real
təhlükələrsə göz
qabağındadır. Parlaq (yəni
pullu) cəmiyyətdə dolanmağa
öyrəşən Şir-qadınlar təbii ki,
tez-tez borca da düşər və bununla da kriminal
ünsürlərin "razborka"sının
qurbanına çevrilə bilərlər. Karmik düyünü Bu bürcdən olanlar üçün daimi
dəyişən enerji axını
xarakterikdir. "Şir" ideal
rəhbərdir. O, ruhlandırmaq
lazım gələni, öz enerjisi ilə
ruhlandırır, digərlərini isə təkrarolunmaz avtoriteti ilə
tabe edir. Onun əsas problemi
aşağı səviyyədə
qavramadadır. Ona elə gəlir ki,
uğur qazanan və güclü olan
haqlıdır. Bundan başqa, "Şir" reallığın ancaq onun enerjisinin
işıqlandırdığı tərəfi ilə
maraqlanır. Qalan şeyləri isə
inkar edir.
Ali-Şir öz enerjisi ilə kor olmuş
vəziyyətdə deyil. O, impulsiv deyil və həyatı diqqətlə
müşahidə edir. Ali-Şir enerji
axınının da qulu olmur. Bu
adam enerjini idarə etməyi
bacarır. Bu, bir növ
incəsənətdir. Odur ki, "Şir" həmişə nəzərə almalıdır ki,
enerji özlüyündə heç nə
yaratmır, bu enerji yalnız
lazımi istiqamətə yönəlib
idarə ediləndə nəsə bir nəticə
verir. Həmçinin "Şir" onun idarəçiliyi altında olmayan real
həyata hörmət etməyi də
öyrənməlidir. O, özünü daha
çox həyatın gözəlliyinə
sevinmək mümkün olduğu
və başqalarına sevinc bəxş edən yaradıcı və aktyor kimi
çıxış etməyin mümkün
olduğu yerdə ifadə edə bilər. Yuxuları Bu adamların yuxularla bağlı
tez-tez çətinlikləri olur.
Profilaktika kimi onlara
məsləhət görərdik ki,
yatmazdan qabaq bədənlərini
masaj etsinlər və nəfəs gimnastikası ilə məşğul
olsunlar. Bu bürcün
nümayəndələri yuxuları nadir
hallarda yadda saxlayır, lakin
yadda qalanları hər hansı
problemin həllində onlara kömək edir, həmçinin
gələcəkdən, sirli aspektlərdən
xəbər verir. Bəzən "Şir"lərdə
öncəgörmə qabiliyyəti də
olur. Bu, ondan irəli gəlir ki,
onların dərrakəsi "Qoç"larda olduğu kimi çox itidir və hər
bir cüzi informasiyanı da
"qamarlayırlar". "Şir"lərin
gördükləri yuxular çox ciddi
olur. Onlar bu istedadlarını
lazımınca qiymətləndirməyi bacarmalıdırlar. Bəzən də olur
ki, bu şəxslər "boş-boş"
yuxular görürlər. Bununsa
özünəməxsus mənaları var.
Lakin "Şir"lər energetik planda
çox güclü insanlar olduğundan öz enerjilərilə istənilən
bədxah adamı ciddi surətdə
zədələyə bilərlər. Sevgisi "Şir"lər məhəbbətdə
romantikdirlər. Sevdiyi
adamla dağ başında, dəniz
sahilində, təbiətin füsunkar
qoynunda görüşlərə çıxmağa
can atırlar. Onlar güllərlə, hədiyyələrlə dolu təmtəraqlı
həyatı və nümayiş olunmağı
sevirlər. Flora dünyası "Şir"lər torpaqda çox işləməyi
xoşlayır, buna görə də hazır,
dərilmiş çiçəkləri, ələlxüsus da
pion, qladiolus, xrizantem
güllərini bəyənirlər. Onlara
zövq verən çiçəklər sırasına lalə, gülümbahar,
peyğəmbərçiçəyi və
kalendulanı da əlavə etmək
olar. Onların ekzotik bitkilərə
rəğbət bəslədiyini nəzərə
alaraq deyə bilərik ki, bu adamlar evdə kiçik bir ağac da
becərə bilərlər. Bu kiçik ağac
palma olsa, lap yerinə düşər.
Çünki palma ağacı onlara çox
yaxşı təsir göstərir.
"Şir"lərin sevdikləri ətirlər: ənbər, qızılgül, inciçiçəyi,
paçuli, jasmin, kokos... Fauna dünyası Klassik astrologiyada hər bir
Zodiak işarəsinin müxtəlif
heyvanlarla bağlılığı haqqında
dəyərli fikirlər göstərilib. Özü
də bu bağlılıq həm analoji,
həm də xarakterik cizgilərlə qeyd olunub. Bu baxımdan,
"Şir" bürcünə düşən heyvanlar
bunlardır: şir, bəbir, qartal,
xoruz, şahin və s. Xəstəlikləri Şir bürcünün himayədarı olan
Günəş insanlara həyat enerjisi
bəxş edir, bütün orqanlarda
xoş əhval yaradır. Bu parlaq
planet qan dövranına, həzm
sisteminə də müsbət təsir edir. Astroloqlar Günəşin - Şir
bürcünün hakim olduğu
dövrdə (23 iyul-22 avqust)
əsəb gərginliyi və göz
ağrılarının şiddətləndiyini
göstərirlər. Barəsində yazdığımız bürcdə diafraqma,
ürək, onurğa sütunu belə
qədər (yuxarıdan) bel
əzələləri, tor qişa kimi
fəsadlar olur. Şir bürcü ilə
hipotaniya, stenokardiya, aortanın anevrizmi və başqa
ürək xəstəlikləri, bel beyinin
soyuqlaması xəstəlikləri
əlaqəlidir. Ölüm ünvanları Müşahidələrdən bəlli olur ki,
enerji simvolu olan "Şir"lər
daha çox saraylarda, ictimai
yerlərdə - mitinq və
toplantılarda, bir sözlə,
adamlar çox olan yerlərdə ölürlər. Aldıqları və
ölümlərinə səbəb ola biləcək
xəsarətlər isə bunlar olur:
infeksion xəstəliklər, edam,
müharibədə yaralanma,
yanıq, ürək dayanması və s. Məşhur "Şir"lər: Həzrəti Əli (ə), Xan Şuşinski, Niyazi,
Mustafa Topçubaşov, Cəmşid
Naxçıvanski, Şıxəli Qurbanov,
Məmmədrza Şeyxzamanov,
Əhsən Dadaşov, Xudu
Məmmədov, Mirvarid Dilbazi, Aydın Qaradağlı, Seyfəddin
Dağlı, Maral Rəhmanzadə,
Flora Kərimova, İlhamə
Quliyeva, Afaq Bəşirqızı,
Müslüm Maqomayev (nəvə),
Rafiq Hüseynov (diktor), Mehriban Ələkbərzadə,
Bəxtiyar Vahabzadə, Şahmar
Ələkbərov, Rasim Balayev,
Etibar Elkin, Anatoli
Banişevski, Toğrul
Nərimanbəyov, Rəfiqə Axundova, Akif İslamzadə,
Pənah Hüseyn, Əlisa Nicat,
Rəfael Hüseynov, Azər Paşa
Nemətov, Kamal Talıbzadə,
Alim Qasımov, Kamil Vəli
Nərimanoğlu, Vasif Adıgözəlov və b. Müəllif: Səbuhi Rəhimli
|