Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Kitabxana
Главная » 2019 » Июнь » 13 » Şirin, qazlı içkilər: içmək yoxsa içməmək?
00:14
Şirin, qazlı içkilər: içmək yoxsa içməmək?
Heç fikirləşmisiniz ki, şirin və qazlı suların tərkibi nədir? Bu tip içkilərin istehsalçıları artıq çoxdan bunları sirr ola saxlamırlar. Bu içkilərin tərkibində müxtəlif rəngləndiricilər, aromatizatorlar, müxtəlif turşular, hətta karbon qazı var. Bəs bu komponentlər bir yerdə insan orqanizminə necə təsir edir?
Bir çoxlarımız bayram, şənlikdə mütləq bu sulardan istifadə edirik. Bəs bu nə qədər doğrudur? Bəlkə sadə su və təbii şirə yetərlidir?

Mütəxəssislər iddia edir ki, təmiz su və ya təzə meyvə suyu bu kimi şirin sulardan daha xeyirlidir. Supermarketlərdə geniş assortimentli içkilərə rast gəlmək olur. Lakin bunları içmədən öncə mütləq yaxşıca düşünmək lazımdır. -Məlumdur ki, insan orqanizmi 70% sudan ibarətdir. Buna görə su balansını saxlamaq üçün gündəlik su içməliyik. Sudan başqa soyuq çay və şirələr içmək olar. Lakin, təəssüfki, bir çoxları məhz qeyd etdiyimiz, şirin və qazlı sulara üstünük verirlər. Tibb işçiləri artıq uzun müddətdir başa salmağa çalışırlar ki, bu sular susuzluğu aradan qaldırmır və onları yalnız hərdən içmək məsləhətdir.

Bir şüşə belə suyun içində nə var?
Məqaləmizin əvvəlində qeyd etdiyimiz qarışım, sizlərə yalandan inanılmaz həzz və susuzluğun aradan qaldırılması hissini verir. Psixoloji olaraq, insan onsuzda maye qəbul etdiyini düşünür. Əslində isə orqanizmdə bu qarışımı neytrallaşdırmaq üçün daha çox təmiz suya ehtiyac yaranır. Üstəlik tərkibindəki qaz ağız və boğaz boşluğunu daha da qıcıqlandırır və siz daha da susuzlayırsınız, nəticədə bu kimi sulardan daha çox istifadə edirsiniz.
Çoxlu şəkər
Hər bir qazlı içkinin tərkibində şəkər və ya onu əvəzləyiciləri var. 100 ml belə içkinin tərkibində 40-50 kkal var. Bu bir stəkan çayda 5 qaşıq şəkər tozu deməkdir. Qazlı içkiləri isə adətən stəkan ilə deyil, litrələrlə içirlər. İndi siz düşünün nə qədər şəkər mənasız yerə sizin orqanizminizə daxil olur. Bilin ki, bu şəkər sizin orqanizminizdə ürək-damar çatışmamazlığına, piylənmənizə, şəkər xəstəliyinə və diş kariyesinə səbəb olur.
Köpəşiklər
Karbon qazı şəkərin qan və qara ciyərə tez bir zamanda çatmasına səbəb olur. Bu səbəbdən insan orqanizmində insulin tez bir zamanda yüksəlir. Həmçinin dofamin hormonu normadan çox ifraz olmağa başlayır. Məhz bunlar hipertoniyaya, ateroskleroza, böyrək daşları və digər ağır xəstəliklərə səbəb olurlar.
Zərərli əlavələr
Şəkərdən əlavə şirin və qazlı sular limon və ortofosfor turşuları ilə zəngindirlər. Onlar mədə-bağırsaqlarda qıcıqlandırmalara səbəb olurlar. Dişlərə gəldikdə isə, stomotoloqlar bu tip suların istifadə edilməsinə qəti qarşıdırlar. Bu sular diş emalını dağıdır. Hal-hazırda qazlı içkilərin tərkibində E211 benzoat natriy konservant olaraq istifadə edilir ki, diyetoloqlar onu güclü kanserogen adlandırırlar.
Askorbin turşusu və kofeyin
Son zamanlar askorbin turşusunun əlavə edilməsi tətbiq olunmağa başlayıb. Lakin askorbin turşusunun benzoat natriy ilə birləşməsi benzol kimi toksin maddədinin əmələ gəlməsinə səbəb olur. Daha öncələr koka bitkisinin yarpaqlarından istifadə edilsə də, hal-hazırda kofeyindən istifadı edilir. Tonuslaşdırıcı kimi istifadə olunan koka bitkisinin yarpaqları narkotik tərkib hesab edildiği üçün qidada istifadəsi qadağan edilmiş, lakin kofeyin də bu içlilərdən asıllıq yaradan maddədir.

Mədə-bağırsaq problemləri olan insanlar bu sulardan qətiyyən istifadə etməməlidir. Çalışın bütün bu şirin suları, sadə təmiz su ilə əvəz edin və sağlamlığınızı qoruyun.

idol.az
Категория: Saglamliq | Просмотров: 235 | Добавил: danger | Теги: saglamliq, Qazlı içkilər, Kişi, Şirin içkilər, Sağlam qida, kişilər, kola, qida | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Июнь 2019  »
Пн Вт Ср Чт Пт Сб Вс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz