Меню сайта
Категории раздела
Maraqli melumatlar [67]
Psixologiya [106]
idman [8]
Hikmetli sözler ve Aforizmler [11]
Maraqli Hekayeler [60]
Texnologiya [5]
Komputer ve proqramlarin dersliyi [8]
islam dini [9]
İxtiralar və kəşflər [5]
Bürclər haqqında [21]
Xalq tebabeti ( türke çare) [68]
Şəfalı meyvə və Tərəvəzlər [50]
Ölkeler haqqinda [2]
Flora ve fauna [9]
Saglamliq [54]
Xarici dil [2]
Kişilər [9]
Qadinlar [10]
Qidalar [3]
Tarix [0]
Edebiyyat [3]
Cografiya [0]
inanc [1]
Elm [15]
Наш опрос
Оцените мой сайт
Всего ответов: 3
Мини-чат
Статистика

Онлайн всего: 5
Гостей: 5
Пользователей: 0
Kitabxana
Главная » 2019 » Декабрь » 04 » Təbii pendir mayası: faydaları və hazırlanılması
13:06
Təbii pendir mayası: faydaları və hazırlanılması
Günlər keçdikcə, nemətlər artıqca sanki ağzımızın dadı da gedir, sənayeləşmə bizləri ağuşuna almış apardıqca aparır, hara gedirik özümüzdə bilmirik, bildiyimiz odurki, xəstəliklər cavanlaşmış çarəsi olmayan xəstəliklər çoxalmış, cavan ölümləri artmışdır. Bu gün elə bir dövrdə yaşayırıq ki, ağzımıza qoyduğumuz hər bir tikəni düşünməliyik, əgər bu gün biz düşünməsək, sabah gec olsa səbəbi özümüzdə axtarmalıyıq. Gündəlik ərzaq məhsullarından biri də pendirdir, təəssüflər olsunki, kəndlərimizdə belə pendir süni hazırlanılmış mayalarla mayalanır, amma bizlər bu pendiri təbii pendir bilib yeyirik. Bu gün insanlarımızın beyni, təfəkkürü düzgün çalışmağı bacarmalıdır ki mən nə yeyirəm və bunu yeyəndən sonra nə ola bilər. Məsələn çox yox 20 il bundan əvvəl demək olardı ki süni mayalar yox idi, hamı təbii mayadan istifadə edirdi.

Təbii maya nədir və üstünlükləri nədir. Təbii maya qoyun keçi və buzovun birinci qat mədəsidir (buna xalq arasında qursaq deyirlər) bu mədənin daxili qat-qat şəklində olur, bunu hər heyvan kəsiləndə görmək olar. Əgər heyvan nə qədər balacadırsa onun qursağı bir o qədər təsirlidir, yəni daha çox südü mayalaya bilir. Deməli qursaq duzlanılır və havada qurudulur, sonra yuyulur, təmizlənir, 3 litrlik balonun yarısına qədər su töküb qursaq suya salınır, qursaq həmişə suda saxlanılmalıdır, Pendir mayalayanda 10 litr südün içinə 1-2 çay qaşığı bu sudan töküb südü mayalamaq olar. Hazırladığınız pendirin südü mütləq təbii süd olmalıdır, mağazadan alınmış südlə hazırlanılmış pendirin probiotiki demək olar yox dərəcəsindədir. Xatırladım ki, bu maya təbii mayadır, bu mayanın içində canlı mikroorqanizmlər var, bu mikroorqanizmlər südün içində artıb çoxalır, biz bu süddən hazırlanılmış pendiri yeyəndə həmin mikroorqanizmlər bağırsaq probiotikləri deyilən bakteriyaların əsasını qoymuş olur, yəni probiotiklərə çevrilir. Əgər bizim bağırsaqlarımızda lazımi sayda probiotik varsa, deməli bizim immunitetimiz lazımi qaydasında olacaq, sonda bizdə sistem xəstəlikləri, şiş xəstəlikləri, allergiyalar virus və mikrob mənşəli xəstəliklər əhəmiyyətli dərəcədə azalacaq və ya olmayacaq. Çalışın çörəyi də, pendiri də özünüz evdə hazırlayın və təbii mayadan istifadə edin. Pendir hazırlayanda pendirin suyunu atmayın, pendir suyu xolesterini azaldır, arıqlamaq istəyənlər üçün mükəmməldir, təbii sakitləşdiricidir, pendir suyundakı zəngin amin turşular və zülallar həm idmançılar, həm də əzələ zəifliyi (iflic keçirmiş insanlar) üçün mükəmməldir, qaraciyər xəstəlikləri (hepatitlər və sirroz) üçün çox faydalıdır, qadınlarda hormonal pozğunluqlar üçün də faydalıdır. Pendir hazırlayanda süzülmüş pendir suyunu soyuducuya qoyun, gündə 1-2 stəkan ac qarına için.

Fizuli Hüseynov
Категория: Xalq tebabeti ( türke çare) | Просмотров: 195 | Добавил: danger | Теги: qidalar, pendir nece hazirlanir, pendir, pendirin faydalari | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
Вход на сайт
Поиск
Календарь
«  Декабрь 2019  »
Пн Вт Ср Чт Пт Сб Вс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Архив записей
Block title
gundelik burcler gunluk burcler Tarixde bu gun 4 yanvar 5 yanvar nar internet arılar plov yemek reseptleri qadinlar qan dovrani motivasiya nedir meyveler haqqinda olkeler psixologiya motivasiya Marafon IDMAN Sac psixoloji test geyim depresiya psixoji test maraqli psixolji test qadin Ana Beyin ad testi qargidali lobya heyva şaftali Biber maraqli melumatlar internet hekayeler inam dusundurucu hekayeler dusundurcu hekayeler ramazan ayi oruc tutmaq qida qarpiz nar almanin faydalari kesfler kitab qiymətli daşlar mineral daşlar kişilər bitkilər Flora genetika hormonlar bürclər burcler ve karyera göz dieta pehriz qidalar Meyveler qidalanma qarını əritmək üçün məşq proqramı Kişi bilirsinizmi evdarliq Enerji burcler reqemler qoroskop bitkiler heyvanlar ixtiralar kimya Sabun flora ve fauna mətbəxt kəşf Banan maraqli hekayeler həşaratlar hecemetin faydalari həcəmət Qatiq Gözəllik inanc care çarə Fizuli Hüseynov Faydali qidalar Peyvendler qargidali haqqinda qargidalinin faydalari Adlar heyvanlar aləmi Quşlar Heyvanlar alemi biologiya
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • База знаний uCoz
  • Block title
     
     
    Copyright MyCorp © 2025
    Конструктор сайтовuCoz