Tərəzi bürcü Zodiakın cansız
əşyaya həsr edilmiş yeganə
işarəsidir. Payızın gəlməsiylə
bərqərar olan bu bürc iki
fəslin ab-havasını özündə
cəmləşdirib. Belə ki, həm yayın qızmarlığı, həm də
payızın soyuq təbiəti məhz
"Tərəzi"lərin qismətinə düşüb.
Elə bu səbəbdən də qədim
misirlilər bu bürcü "gündüzü
gecə ilə, əməyi istirahətlə tarazlayan" adlandırırdılar.
Babil münəccimləri isə belə
hesab edirdilər ki, bu işarə
altında dünyaya gələnlər
qətiyyətsiz və dəyişkən
adamlardır. Bir-birini inkar edən bu məlumatlar
"Tərəzi"lərin konkret
xarakterini təyin etməkdə
çətinlik yaradır. Amma hər
halda bəhs etdiyimiz qrupa aid
olan insanlar haqqında bizim də özəl baxışlarımız var...
Haqqında yazdığımız bürcün
gəlişi təbiətdə olduğu kimi
ictimai-siyasi hadisələrin
axarında, elm və texnika
sahəsində, eləcə də insanların həyatında mühüm
əhəmiyyət kəsb edir. Bir
qayda olaraq Tərəzi bürcünün
əhatə etdiyi dövr
məmləkətimiz üçün nisbətən
düşərli olur. Tərəzi bürcü səmada 534 kvadrat dərəcəlik sahəni
tutur. Onun tərkibinə adi
gözlə görünən 50 ulduz
daxildir. "Tərəzi"də parlaq
ulduz yoxdur. Amma onu
himayə edən Venera ("Dan ulduzu") Ay və Günəşdən
sonra Yerdən görünən ən
parlaq planetdir. Qədim
romalılar tərəfindən
məhəbbət, gözəllik və izdivac
ilahəsi Veneranın şərəfinə adlandırılan bu planet təkcə
"Tərəzi"ni deyil, həmçinin
Buğa bürcünü də idarə edir.
Onun radiusu 6050 km,
elementi hava, tərkibi istilik,
xarakteri isə hakimiyyətlilikdir. Bu Zodiak işarəsi zəif və incə
bədənləri, hiyləgər və qalın
sifətləri, düz burunları, mavi,
bəzən də qara-qonur gözləri,
kəhrəba və ya şabalıdı saçları
ilə digər bürclərdən seçilirlər. Tərəzi bürcündən olanlar təzadlı xarakterə malik
olduqları üçün onları anlamaq
çətinlik yaradır. Orta əsrlərdə
belələrini "ən etibarsız adam"
adlandıran Fransız
münəccimləri onlara tapşırıq və ya sirr verməkdən ehtiyat
edirdilər. Lakin həmin dövr
əsrlərin arxasında qaldığı
üçün, biz bu bürcə müasir
nəzərlərlə baxmağa
çalışacağıq. "Tərəzi"lər nadir hallarda
özlərindən çıxır və demək
olar ki, əsəbiləşərkən
ümumiyyətlə, hay-küy,
dava-dalaş qaldırmırlar.
Amma adi bir sözlə münaqişə yaratmaqda da
qabiliyyətlidirlər. Onlar hər
şeydə sərbəstliyi sevir,
başqalarının təklif və
məsləhətlərini qulaqardına
vururlar. Buna baxmayaraq əgər onlar bu üsulu başqaları
üzərində tətbiq etsələr,
ömürləri boyu təhlükəli
məqamlar yaşayırlar. "Tərəzi"lər 25 yaşdan sonra
böyük iddialarla yaşayır, az
qala hamını özlərinə xidmət
etməyə çağırırlar. Həmin
ərəfədə onlara "yox"
deyənlər asanlıqla düşmənə çevrilirlər. İnadkarlıq etdikdə
onların öhdəsindən gəlmək
çox çətin olur.
Belələri sərbəst fikir irəli
sürmək, müstəqil hərəkət
etmək istedadına nadir hallarda yiyələnirlər.
"Tərəzi"lər təsir altına
başqalarından daha tez
düşürlər. Bu bürcün kişiləri
qadınlarına nisbətən
qaşqabaqlı deyil, zarafatcıl və deyib-gülməyi sevən olurlar.
Deyilənə görə, bu bürcdən
olanların əksəriyyəti hamıdan
yaxşı yalan danışa və
rəhbərliyə yaltaqlana bilir. Bu,
onların əsl peşəsidir. Bu işarəyə mənsub qadınlar
ciblərində qəpik-quruş olanda
belə, məsələn, "Komfort"
mebel salonundan bahalı
avadanlıq almaq, "Cip"də
gəzmək, xarici səyahətlərə çıxmaq və daş-qaşlar almaq
xəyalına dalırlar. Kişi-Tərəzilər
zahiri görünüşdən həddindən
artıq cazibədar, ehtiraslı
görünürlər.
Məhəbbət sahəsində "Tərəzi"lər etika qaydalara
əməl etməyi unutmur. Onlar
hər şeyi sakit, konfliktsiz həll
etməyi xoşlayırlar. Bu Zodiak
işarəsi öz tərəf-
müqabillərində ciddiliyi üstün tuturlar. Əvvəlcə onunla
dostluq münasibətləri
saxlayır, planetlər öz yerlərini
dəyişəndə isə bu dostluq
gözlənilmədən məhəbbətə
çevrilir. Bu adamlarla əlaqələrinizin uzun müddət
davam etməsini, möhkəm
olmasını istəyirsinizsə,
baxışlarınız mütləq üst-üstə
düşməlidir. Yoxsa
"Tərəzi"lərlə sizinki tutmayacaq. Bu adamlar məhəbbət
magiyasının ən gözəl
biliciləridir və bundan
məharətlə istifadə edirlər.
Lakin başqalarının məhəbbət
oyunları üçün onlar praktiki olaraq sarsılmazdır. Tərəzi bürclülər tez-tez şər qüvvələrin hücumuna məruz
qalırlar. Onlara müxtəlif dini
ayin və mərasimlərdə iştirak
etmək məsləhət görülmür.
Əks təqdirdə böyük fəlakət
və xəstəliklərlə üzləşə bilərlər. Başqa bürclərə
təhlükə törədə bilən şeylər
"Tərəzi"lərə böyük uğurlar
gətirə bilər. Məsələn, opal daşı
onlara çox faydalıdır. Əgər
istəsələr, belələri fövqəltəbii sirlərə malik olar, xüsusən də
müalicə sahəsində böyük
uğurlar qazanarlar. Maraqlı
orasıdır ki, Tərəzi bürcünə aid
insanların əksəriyyəti
fövqəltəbii elmlərlə məşğul olurlar. Karmik astrologiyaya görə,
"Tərəzi" ali sintezi təcəssüm
etdirir. Onların əsas problemi -
insan həyatının müxtəlif
sferalarını əhatə edən
harmoniya axtarışıdır. Bu adamlar vəziyyəti tez başa
düşməyi, reallığa
uyğunlaşmağı və tanış
olmayanlara ümumi qiymət
verməyi bacarırlar. "Tərəzi"lər
üçün informasiyanın ünvanı və mənbəyi maraqsızdır.
Çünki onlar intellektual, aktiv
və məntiqli bir fərddir. Buna
baxmayaraq, heç bir halda
emosional deyillər, soyuqluğu
belə açıq-aşkar nümayiş etdirirlər. Onların daxilən can
atdığı şey - hər zaman ədalətli
hakim yerini tumaqdır ki, bu
hakim də öz nöbəsində
məsələyə hərtərəfli
yanaşaraq ədalətli qərar çıxarır. Ali-Tərəzi həyata bir
neçə prizmadan yanaşır. O,
tez-tez qəti qərar qəbul
etməkdə, müəyyən qədər
şüurlu qəddarlıq
göstərməkdə çətinlik çəkir, həmişə müxalifinin nəzərləri
ilə ətrafa baxa bilir.
Ümumiyyətlə, "Tərəzi"
istənilən şeyə istənilən
nöqtədən baxmağı bacarır. Bu
şəxslər istənilən ideologiyanın üstündə durub onu müdafiə
etməyə meyllidirlər, bir şərtlə
ki, onun düzgünlüyünə tam
əmin olsunlar. Fərdi etikaya
malik olduqlarından vəziyyəti
nəzərə alırlar. Ali-Tərəzi güman ki, ən məsuliyyətli
bürcdür. Onların kosmik
sevgisi yaratdıqları və ətrafa
bağışladıqları harmoniyada
ifadə olunur.
Əgər övladınız bu bürcün himayəsində doğulubsa, ciddi
sınaq qarşısında qalacaqsınız.
Hər an sizi həm müsbət, həm
də mənfi mənada sürprizlər
gözləyir. Valideyn kimi
bilməlisiniz ki, bu bürcdən olan uşağınızın gələcək taleyi
birbaşa sizin
tərbiyyələndirməyinizdən
asılı olacaq. Çünki yuxarıda
qeyd etdiyimiz kimi, bu
adamlar təsir altına tez düşürlər və hər şey ağıllarına
batır. Hələ uşaqlıqdan
yaddaşları möhkəm olan
"Tərəzi"lər müxtəlif
dövrlərdə baş verən
hadisələri bütün təfərrüratıyla yadda saxlaya
bilirlər. Valideyn kimi onu da
unutmayın ki, belə uşaqların
gözündən heç nə yayınmır.
Əgər övladınızın gələcəyini
xoşbəxt görmək istəyirsinizsə,
məsləhətlərimizə qulaq asın. İstər cəmiyyətdə, istərsə də
ictimai proseslərdə fəaliyyət
göstərən "Tərəzi"lər tez
məşhurlaşsalar da, nadir
hallarda liderə çevrilirlər. Bu
isə onların özlərinə inamsızlıqlarından irəli gəlir.
Bu adamlar həmişə kənardan
kiminsə kömək edəcəyini
düşünürlər. Onların qəlbində
daima narahatlıq və nisgil olur
ki, bu da ömürlərinin sonuna qədər davam edir. Duyğu və
hisslərin qarşılıqlı
münasibətlərində "Tərəzi"ləri
başa düşmək olduqca çətindir.
Bu adamlar öz qabiliyyət və
bacarıqlarından heç vaxt razı olmurlar.
Müasir dünya münəccimlərinin
fikrincə, Tərəzi bürcünə şamil
edilən adamların çoxlu sayda
düşmənləri olur. Bu səbəbdən
də onların həyatı daima təhlükəyə məruz qalır.
Belələri əksər hallarda sui-
qəsdlərin qurbanı olurlar.
Amma gözəl intuisiya, səmimi
dostlar, səliqə-sahman, ciddi
xarakter, yaradıcılıq eşqi və başqa müsbət keyfiyyətlər
də məhz bu bürcə şamil edilir.
Yüksək incəsənət duyumu,
artistlik qabiliyyəti olan
"Tərəzi"ləri bu sahələrdə
şöhrət və varlanmaq gözləyir.
Müasir dünya münəccimləri bu
bürc haqqında konkret olaraq
xarakteristika da veriblər.
Müsbət keyfiyyətləri:
mülayim, ictimai, cəzbedici, yüksək zövqlü, səbrli, "zəif
yeri" tez tutan,
qiymətləndirməyi bacaran,
taktikalı, eleqant...
Mənfi keyfiyyətləri: qərar
çıxara bilməyən, çətin situasiyalarda özünü itirən,
təklikdən qorxan, boş şeydən
hay-küy qaldıran, təzadlı fikir
söyləyən, ovqatı asanlıqla
təlx edən... Məşhur "Tərəzi"lər: S.S.Axundov, Səmədbəy
Mehmandarov, Şövkət
Ələkbərova, Cahangir
Zülfüqarov, Azad
Mirzəcanzadə, Məmməd Araz,
Xəlil Rza Ulutürk, Əminə Yusifqızı, Ќüsrət Kəsəmənli,
Hamlet Qurbanov, Hüseyn
Seyidzadə, Həsən Həsənov,
Eldar Həsənov, Rövşən
Cavadov, Cavan Zeynallı,
Zülfiyyə Xanbabayeva və b.
|