Главная » 2015 » Май » 22 » Torrent nədir, necə endirilir
23:44 Torrent nədir, necə endirilir |
Gündəlik olaraq müəyyən yükləmələrə ehtiyac duyuruq: musiqi, film, oyun, kitablar və digər şeylər. Bunları endirərkən rapidshare.com, fileserve.com, hotfile.com öz ölkəmizə məxsus olan boxca.com və digər saytlara müraciət edirik. Bu saytlarda isə bir çox problemlə qarşılaşırıq (xüsusilə ödənişsiz olaraq istifadə etdiyimizdə) - dəqiqələrlə gözləyirik, bəzən istədiyimiz fayl silinmiş olur, sürət aşağı olur və s. İndi isə bütün bunları unudun. Artıq həyatımızda torrent deyilən bir şey var!
Torrent nədir, necə işləyir?Torrent bir fayl paylaşım sistemidir. Fayllar torrent saytları üzərindən paylaşıma buraxılır. Düşünün ki, ortada bir fayl var və 100, 200, hətta 1000, 10000 kompüter tərəfindən bu fayl bir-biri ilə paylaşılır. Yəni biz bir faylı endirərkən həm də qarşı tərəflərə də ötürürük. Faylı endirib bitirdikdən sonra isə biz seed (yəni toxum) oluruq, yəni faylı sadəcə qarşı tərəflərə ötürməyə başlayırıq.
Torrent necə endirilir?Bu çox sadə bir şeydir əslində. Bunun üçün sizin torrent yükləyən bir proqrama ehtiyacınız var. Utorrent-i məsləhət görürəm. Bu proqramı buradanendirib kompüterinizə qurun. Əsas işimiz bitdi.
Axtarış.İndi isə istədiyimiz faylın torrent-inə ehtiyacımız var. Deyək ki, Titanik filmini axtarırsınız. Girin google-a və "titanic torrent" deyə axtarış verin. Yaxud thepiratebay.se saytına daxil olun və birbaşa burada axtarış verin. Bu sayt dünyanın ən böyük torrent arxividir. Bir saytı daha məsləhət görərdim, bu sayt ruslarındır- tfile.me. Bu sayt da ən nəhəng torrent arxivlərindədndir. Bu saytın daxilində axtarış verib, rusca bütün materialları əldə edə bilərsiniz.
Uzun sözün qısası, istədiyiniz faylın torrentini endirin və utorrent proqramı ilə açın, utorrent həmin faylı endirməyə başlayacaq. Lakin, bir məsləhət də verim ki, torrent faylları endirərəkən seed-ləri çox olanları seçməyə çalışın, ki sürət yüksək olsun. Ümid edirəm ki, kömək edə bildim. Uğurlar ;)
|
Категория: Komputer ve proqramlarin dersliyi |
Просмотров: 328 |
Добавил: danger
| Рейтинг: 0.0/0 |
|