Hələ qədim dünyanın adamları
qızmar Yay fəslinə təsadüf
edən Xərçəng bürcünün
gəlişindən ehtiyat edir,
özlərini buna hazırlayırdılar.
Belə ki, onlar Günəşlə Ayın bir-birinə daha yaxın
məsafədə olduğu bu ərəfəni
Xeyirlə Şərin bərabər gücə
malik olması və haqqı
nahaqdan ayırmağın çətin
olması kimi qiymətləndirirdilər. Orta
əsrlərdə isə "Xərçəng"in
hakimiyyətdə olduğu dövrü
daha çox qadınlar üçün
təhlükəli hesab edirdilər.
İnsanlar belə qənatə gəlmişdilər ki, mistik
məxluqların himayədarı olan
Ay qadınları xəstələndirir,
onları ailədən təcrid edir,
gücdən salır, hamilə olanları
öldürür. Bədirlənən Ay zamanında isə qadınların daha
zəif və əsəbi olduqları
bildirilirdi. Bu səbəbdən də
Xərçəng bürcündə daha çox
zərif məxluqları
qoruyurdular. Məqalənin girişində qeyd
etdiyim kimi, bu Zodiak
işarəsinin gəlişi iqlimin daha da
istiləşməsinə təsadüf edir. Bir
qayda olaraq bu ərəfədə
məzuniyyət götürülür və uzaq səfərlərə çıxırlar.
Druidlərə görə, insanların ən
"tənbəl" dövrü də məhz bu
ərəfəyə düşür. Ən böyük bəla
isə göstərilən müddətdə
insanların bir-birinə qarşı yaranmış soyuqluğunun daha
kəskin xarakter almasıdır.
Hesablamalara görə, ən çox
insan tələfatı da məhz
adıçəkilən zodiakın əhatə
etdiyi günlərə təsadüf edir. Bir tərəfdən siyasi olaylar,
müharibələr, terror hadisələri,
digər tərəfdənsə təbii
fəlakətlər insanların sayını
kəskin surətdə azaldır.
Ulduzlar sistemində 4-cü yeri tutan Xərçəng bürcü bir
qayda olaraq iyunun 22-dən
iyulun 22-nə qədər (31 gün)
olan dövrü əhatə edir. Ünsürü
su, planeti Ay, düşərli günü
bazar ertəsi, cümə axşamı, ağır günü çərşənbə axşamı,
şənbə, uğurlu rəngi ağ, açıq-
mavi, göy, yaşıl, uğursuz
rəngi boz, daşı rubin, zümrüd,
Ay daşı, metalı gümüş, enerji
verən çiçəyi jasmin, uğurlu rəqəmi 4, 5, 8, müxalif bürcü
Oğlaq, talismanı ürək, şanslı
ölkələri isə Türkiyə,
Şotlandiya, Prussiya,
Hollandiya, Suriya, Afrika,
Avstraliya və Sakit okean adalarıdır.
Yeri gəlmişkən, Xərçəng
bürcü Göy qübbəsində
yerləşən ən kiçik Zodiak
işarəsidir. O, səmanın cəmi 500
kvadrat dərəcəlik sahəsini tutur. Adi gözlə görünən 60
ulduza malik olsa da, heç bir
parlaq ulduzu yoxdur.
Xərçəng bürcünün himayədarı
olan Ay, bəzi mənbələrdə ən
kiçik planet, bəzi mənbələrdə isə qeyri-planet sırasına şamil
edilir. O, Yerin təbii peyki və
gecə səmasının ən parlaq
obyektidir. Hətta təzə doğan
Ayın parlaqlığı Veneranın
maksimal parlaqlığından 2500 dəfə çox olur. Antik dövrün
münəccimləri hesab edirdilər
ki, Ay insanlarda inam, ümid,
xeyrxahlıq və digər
emosional duyğular yaradır,
gündəlik qayğılarla məşğulluğa və ev işlərinə
müsbət təsir göstərir. Onun
radiusu 1738 km, elementi su,
tərkibi soyuqluq, xarakteri
isə hakimlikdir.
Yerə yapışan, kök fiqura, solğun, dəyirmi sifət, enli alın,
açıq şabalıdı saçlar, böyük
gözlər, iri döşlər, xırda pəncəli
ayaqlar və uzun,
qələməbənzər əllər...
"Xərçəng"lərin zahiri görkəmindən söz düşəndə ilk
növbədə bu amil qabardılır.
Bütün dövrlərin münəccimləri
bu bürc altında dünyaya gələn
adamların ilk növbədə
dinpərəst olduğunu vurğulayıblar. Qənaətlərə
görə, bürclər arasında onlar
qədər Axirət dünyasına,
Tanrıya inanan yoxdur. Məhz
bu inamdan irəli gələrək onlar
nə qədər uğursuzluq və faciələrlə rastlaşsalar da,
istənilən anda özlərində
təmkin tapa bilirlər.
Bir qayda olaraq "Xərçəng"lər
hündürboy, yaraşıqlı və ağıllı
olurlar. Onlar nə qədər eqoist görünsələr də, insanlardan
daima qayğı, mərhəmət, bir
sözlə, ana doğmalığı umurlar.
Belə adamların taleyini xoş
təsadüflərlə bəxtlərinin
gətirməsi təşkil edir. "Xərçəng"lər hədsiz dərəcədə
hissiyyatlı və əyləncə
həvəskarı olurlar. Kənardan
baxana elə gələ bilər ki, bu
bürcün sakinləri qapalı,
səriştəsiz və kobuddurlar. Çünki görünən mənzərə
məhz deyilənlərlə eynilik
təşkil edir. Lakin dərindən
bələd olduqda, onların xoş
davranışlarının, mərhəmətinin
şahidi olmaq da mümkündür. Müasir dünya astrologiyasının
qənaətinə görə, bu işarə
altında dünyaya gələn
qadınlar uşaqları çox sevir,
ailəcanlı-qohumcanlı olur,
kişilərsə əksinə, çox vaxt ailədən təcrid olunur,
"ayağısürüşkən"liyə meyl
edirlər. Ümumiyyətlə, bu
bürcün əksər kişiləri peşəni
və pulu hamıdan çox sevirlər.
Onları Ay idarə etdiyindən az da olsa, hipnoz etməyi də
bacarırlar. Məhz bu faktor
həmişə "Xərçəng"ləri diqqət
mərkəzində saxlayır, onlara
ehtiyac olduğunu büruzə
verir. Konkret olaraq məhəbbətə gəlincə, bildirək
ki, incəqəlbli "Xərçəng" üçün
məhəbbətini itirmək çox ağır
zərbədir. Belə üzücü hallarda
bu romantiklər gözlərini
yumur və sevgilisinin qayıtmasını arzulayır. O isə
qayıtmaq haqqında heç
fikirləşmir. Belə məqamlarda
bir qədər daşürəkli olmaq
lazımdır.
"Xərçəng"lərin cəmiyyətdə nüfuz qazanmalarına mane
olan bəzən onların eqoistliyi,
məsuliyyətsizliyi,
xasiyyətinin tez-tez
dəyişməsidir. 13-cü əsrdə
yaşamış ingilis münəccimi Rocer Bekon bu bürcə aid olan
kişilər haqqında belə deyirdi:
"Onların əksəriyyəti qorxaq
və namərddir".
Kişi-"Xərçəng"lərin
hiyləgərliyi və emosional dayanıqsızlığı, onların
qadınlarla olan
münasibətlərinə mənfi təsir
göstərir. Adətən bu bürcdən
olan qadınlarla ailə həyatı
qurmaq üçün kişilər uzun müddət gözləməli olurlar.
"Xərçəng" sürücülərsə çox
şıltaq olur: qırmızı işığı
keçmək, sürəti həddindən
çox artırmaq onların adətidir.
Daima hakimiyyət iddiasında olan belələri öz istəklərinə
yetişmək üçün daha çox
başqalarının köməyinə
arxalanırlar. Ümidlərini "ağ atlı
oğlana" bağlayan
"Xərçəng"lər nadir hallarda əzmkarlıq göstərə bilirlər.
Onlarda bəzi hiyləgərlikləri də
görmək mümkündür. Belə ki,
haqqında yazdığımız adamlar
riskli iş görərkən məsuliyyəti
öz üzərlərindən atmağa çalışırlar. Hər hansı bir işə
başlayarkən mütləq özlərinə
təcrübəsiz bir fiqur tapan
"Xərçəng"lər sonradan "paxır
açılarsa" bütün səriştəsizliyi
"müttəfiqlərinin" üstünə atmaq istəyirlər. Bu amili
nəzərə alan oxucularımız
sözügedən bürc altında
dünyaya gələn adamlarla
həddindən ziyadə ehtiyatlı
olmalıdılar. Unutmayın ki, "Xərçəng"lərin hipnozlu
baxışlarından yayınmaq hər
adama nəsib olmur.
Ərəb münəccimlərinin
təbirincə, Xərçəng bürcü
altında doğulanlar təkbaşına heç bir müvəffəqiyyətə
yetişə bilmirlər. Ona görə də
belələrinə mütləq kənardan
dəstək vermək lazımdır.
Müasir nücum elmi də bu
adamlar haqqında ərəblərin göstərdiyi fikirləri təsdiq edir.
"Başqalarının dəstəyi olmasa,
onlar heç vaxt xoşbəxt
olmurlar", - bu fikirlərsə ötən
əsrin fransız münəccimlərinə
aiddir. Və bütün bunlardan da belə nəticəyə gəlmək olar ki,
mühacirət, qürbətdə
yaşamaq, tənha qalmaq,
türməyə düşmək - haqqında
yazdığımız adamların
məhvinə səbəb olur. Xərçəng bürcünün
nümayəndələri romantik
duyğularla yaşadığı üçün tez
sevilirlər. Onları Ay idarə
etdiyindən daha çox gecələr
fəaliyyət göstərirlər. Ovqatları sabit olmasa da,
qismətlərindən qaçsalar da,
tez qızışsalar da, hər halda
sevilməyi və yaxşılıq etməyi
də bacarırlar.
Antik dövrün münəccimləri xərçəngin həm suda, həm də
quruda yaşamasından çıxış
edərək belə qənaətə
gəlirdilər ki, bu bürcün
himayəsində olan adamlardan
yalnız balıqçı çıxır. Lakin sonrakı dövrlərdə bu siyahı
xeyli artmağa başladı. Belə ki,
bu bürc altında doğulan
adamlar zaman-zaman sübut
etdilər ki, onlar çox şeyə
qadirdilər. Məsələn, bu adamlardan yazıçı, tarixçi,
pedaqoq, rəssam və bu kimi
digər peşə sahibləri də çıxır.
Amma bir şey var ki,
"Xərçəng"lər incəsənət
sahəsinə o qədər də meylli olmurlar.
Məşhur "Xərçəng"lər:
Ş.İ.Xətai, Mirzə Kazımbəy,
S.Ə.Şirvani, M.F.Axundov,
Abbasquluağa Bakıxanov,
Cabbar Qaryağdı, Tağı Şahbazi, Sona Hacıyeva, Barat
Şəkinskaya, Əbülfəz Elçibəy,
Məlik Dadaşov, Türkan Şoray,
Nigar Rəfibəyli, Mirzə
Babayev, Məmməd Araz,
Telman Adıgözəlov, Anar Məmmədxanov və başqaları. Müəllif: Səbuhi Rəhimli
|