İslam böyüklərindən olan Bəyazid Bistami bir gecə yatıb qalır,sübh namazını qıla bilmir.Oyananda artıq günəş çıxmışdı.O qədər iztirab çəkir ki,nə edəcəyini bilmir.Ağlayır,fəryad edir."Allahım,qəflətə düşdüm,məni əfv et!"-deyib sızıldayır.Peyğəmbərimizin "Kim bir namazını qaçırsa,bütün var-dövləti,oğul-uşağı əlindən alınmış kimidir"hədisini xatırladıqca əzabı daha da artır.
Bir az keçmiş namazın qəzasını qılır.Sonra başını səcdəyə qoyub Allahdan bağışlanma diləyir.Bu zaman bir səs eşidir:
-Ey Bəyazid,bu günahın bağışlandı.Bu peşmançılıq və ağlamağına da yetmiş min nafilə namazı qədər savab yazıldı.
Bu eşitdiklərindən ürəyinə su səpildi.Aradan bir neçə ay keçdi.Bir sabah namazı yenə az qala yatıb qalacaqdı.Ancaq bu dəfə namaz vaxtının bitməsinə bir az qalmış şeytan onu oyatdı:
Qalxnamazın vaxtı çıxır,-dedi.
Bəyazid onun şeytan olduğunu başa düşüb:
-Ay lənətlənmiş,sən heç vaxt belə eləməzdin.Hər kəsin namazının keçməsini,qəzaya qalmasını istəyərdi
...
Читать дальше »